XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 13:56

Qərbə iki əsas təhlükə – Rusiya müsəlmanlarla birləşəcək

“Bizim qitənin indiki görkəmdə varlığını tezliklə dayandıracağı daha çox mümkündür”

Strateq.az olaraq əziz oxuculara təqdim etdiyimiz məqalə Avropa mütəfəkkirlərinin (alman filosofu Şpenqler, rus filosofu Danilevski) hələ XIX əsrin sonu və XX əsrin əvvəlində xəbər verdikləri peyğəmbəri olaydan – Qərb sivilizasiyasının qüruba yaxınlaşması barədədir. Və çex müəllifi Lukaş Lhotyan Qərb sivilizasiyasının başının üstünü alan təhlükəni başqa yöndən açıqlamağa cəhd edir.

ümumiyyətlə, hansısa bir sivilizasiya niyə məhvə doğru gedir? O bu məhvi nə ilə haqq edib? Fikrimizcə, dünya fəlsəfəsində bu problem yetərincə dərindən açıqlanmayıb. Yaxınlarda oxuculara təqdim edəcəyimiz “Qaçılmaz tale və yaxud xalqların qədəri” adlı yazımızda bu tarixi gərdişi batini baxımdan şərh etməyə çalışacağıq. İndi isə, böyük alman filosofu Şpenqlerin dediyi kimi, “qüruba gedən” Avropanın bu günki yaşantıları barədə çex müəllifinin səmimi və sarsıntı doğuran gəzişmələri ilə tanış olun…

Avropanın növbəti iflası yaxınlaşırmı? Avropa Birliyi gil ayaqlı nəhəngə daha çox oxşamağa başlayır. Bizim qitənin indiki görkəmdə varlığını tezliklə dayandıracağı daha çox mümkündür. Qoca qitə həm iqtisadi, həm də hərbi planda çox zəifdir. Onun sakinləri isə gələcək nəsillər üçün yaşamaq və ölmək arzusunu çoxdan itiriblər. Cəmiyyətimizin halı Qərbi Roma İmperiyasının tənəzzül dövrünə daha çox bənzəməyə başlayır.

German ordusu Alarixin başçılığı ilə 410-cu il avqustun 24-də Romanı tutdu. Romanın iflasının baiskarı xristianlar deyildi, əksinə, onlar imperiyanın törəmələri oldular və daha çox Roma cəmiyyətində müxtəlif birliklərin müxtəlif simalı kütlələri içində olmaq sayəsində təkcə indi naminə deyil, həm də gələcək üçün yaşayan yeganə kimsələr oldular. Ona görə də Alarix Romanın üstünə gedəndə şəhərdə artlq xristianlar məskunlaşmışdılar və onun özü də xristian idi.

Alarixin Roma qala divarlarının yanında peyda olması xristianları dəhşətli dərəcədə şoka saldı. Onlar anladılar ki, şəhəri işğaldan qorumaq üçün germanları qorxudacaq təkcə “Mən romalıyam” kəlməsi bəs etmir.

Qərbi Roma İmperiyasının iflasının bu günki dövrə nə qədər bənzəməsi adamı, sadəcə, dəhşətə gətirir. O zaman Avropa cəmiyyətin tənəzzülü və xalqların köçünə görə əməlli-başlı böhran yaşasa da, yenə də ideya səviyyəsində rəqibə malik olmaması onun üçün uğur idi.

Barbarların Roma İmperiyasını müvəqqəti məhv etməsinə baxmayaraq, onun sivil nailiyyətlərini, din və mədəniyyətini mənimsədilər. Ən sonda elə imperiyanı məhv etmiş həmin xalqlar sonralar imperiyanı və sivilizasiyanı yeni səviyyədə dirçəltdilər və Roma mirası ilə sonradan avroatlantik sivilizasiyasına çevrilmiş yəhudi-xristian sivilizasiyasının sintezini mümkün etdilər. Lakin Avropa cəmiyyətinin iflası halında da eynilə bu cür durumun Avropada inkişaf edəcəyinə heç bir qarantiya yoxdur. Bizans və yaxud İran imperiyalarının tarixi, köçkünlərin və İslam ideologiyasının təzyiqi altında Avropa sivilizasiyasının necə yox olması, müsəlmanların Konstantinopol (indiki İstanbul) sivilizasiyasını, yaxud İran sivilizasiyasını necə dağıdıb məhv etdiyi kimi faktlar bizə yaxşı xəbərdarlıq nümunəsi ola bilər. İslam sivilizasiyaları onların önəmli cizgilərini sonradan mənimsəsə də, bu sivilizasiyalar bir tam kimi məhv edilib xilafətlə əvəz olundu.

Avropada isə bu gün eynigüclü iki təhlükə ilə üzləşmişik. Bunlar Rusiyanın artan iddiaları, hərbi gücü və İslamın ən müxtəlif radikal formalarının yayılması ilə birgə müsəlman ölkələrindən kütləvi mühacirətdir.

Rusiyaya nisbətdə ehtiyatlı olmalıyıq. Bizim iqtisadi durumumuzun əvvəlki kimi Rusiyanınkından daha yaxşı olmasına baxmayaraq, tarix bizə öyrədir ki, iqtisadi baxımdan daha zəif rəqib iqtisadiyyatca daha güclü rəqibi dəfələrlə məhv edib. Biz Moskva üçün sosial sahədə də bekara rəqibik. Kommunizmin iflası və Yeltsin erasının sona çatması ilə Rusiyada xalq üçün dinin vacibliyini dərk edən rejim bərqərar oldu və yenidən pravoslav kilsəsinə, müsəlmanların məskunlaşdığı bölgələrdə isə İslama söykəndi.

Beləliklə, bu gün dünyanın ən böyük ölkəsində əvvəlki kimi ya pravoslav inancı naminə, ya da öz xalqı uğrunda döyüşə gedib ölməyə hazır olan gəncləri kifayət qədər tapmaq mümkündür.

Bəs bizim adamlar nəyin uğrunda savaşmağa və ölməyə getməlidirlər? Homoseksualların uşaqları övladlığa götürmək hüquqları uğrunda? Abortları dəstəkləmək uğrunda? Multikulturalizmə dəstək vermək naminə? Necə düşünürsünz, nə qədər kişi və qadınımız müharibəyə getmək və bu çağdaş cəmiyyət uğrunda ölməyə hazırdır? Və bu, Rusiyanı idarə edənlərə yaxşı məlumdur.

Hərbi kəşfiyyatın keçmiş başçısı Andor Şandor bəyan edib ki, bizim vətəndaşlara, sadəcə, müharibəyə getmək və ölməyi əmr etmək lazımdır. Lakin insanlar, əslində, bizim bu dövlət və cəmiyyətimiz naminə ölmək istədikərinə əmin olmasalar, onda hər şey vətəndaşların sadəcə müharibəyə qovulduğu Avstriya-Macarıstandakı kimi başa çatacaq. O zaman bizim adamlar sonradan legionlar yaratdıqları rusların tərəfinə keçdilər.

Ən nəhayətdə, axı onlar razılaşmadıqları Avstriya-Macarıstan cəmiyyəti uğrunda niyə ölməliydilər?

çağdaş cəmiyyətimiz külli miqdarda daxili böhranlarla, həmçinin iki təhdidlə – Rusiya imperializmi və müsəlman kütlələrinin Avropaya mühacirəti təhlüklələri ilə üzləşib. Bu təhlükələr eyni dərəcədə mühümdür və hər ikisi bizi məhv edə bilər. Ən pis halda, Rusiya müsəlmanlarla birləşəcək. Onda Avropa Birliyini və cəmiyyətimizi kim müdafiə edəcək? Ona inanmayan insanlar? Muzdlular? Ya biz, sadəcə, məhv olacağıq?

Lukaş Lhotyan (Lukáš Lhoťan), “Reflex”, çexiya

Qaynaq: inosmi.ru