XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2017 - 11:18

Kürd yazar:“PKK milli hərəkata xəyanət edir” – Təhlil

İbrahim Əliyev

Kurdistan.ru, 28.05.2017

 

Kürd xalqı müəyyən ərəb ölkələrindəki narıncı inqilablara qədər Kürdüstan Fəhlə Partiyasına (PKK) rəğbətlə yanaşıb. Son illərdə onun strategiyası nə kürd xalqının maraqlarına, nə də beynəlxalq həyatdakı kürəsəl dəyişikliklərə uyğun gəlir.

Sual doğur: PKK son zamanlar cənub Kürdüstanın müstəqilliyinə münasibətdə niyə sərt antikürd mövqeyi tutub?

Cavab birmənalıdır və bundan ibarətdir ki, partiya uzun müddət öz strukturlarında islahat aparmayıb və rəhbər qurum üzvlərini təzələməyib. Bundan savayı, kapitalizmə qarşı mübarizədən indiyədək imtina etməyib marksizm-leninizmin bəzi prinsiplərindən tam əl çəkməyib, ideologiyasını çağdaş dünyadakı dəyişikliklərə uyğun şəkildə təshih etməyib.

Məgər cəfəngiyyat deyil ki, PKK-nın Əli Heydər Kaytan, Mustafa Qarasu, Duran Kalkan, Rza Altun kimi liderləri və başqaları bildirir ki, Öcalanın layihəsi üzrə Yaxın Şərqin bütün ölkələrində konfederativ demokratiya yaradacaqlar? PKK lideri Abdulla Öcalanın Yaxın Şərqdə konfederativ demokratiya yaratmağa nisbətdə nəzəriyyəsi utopiyadır. Məlumdur ki, Yaxın Şərq bölgəsində demokratik cəmiyyət qurmaq mümkün deyil, çünki demokratiya prinsipləri şəriət qanunlarına ziddir Demokratiya və İslam dini bir araya sığmır (müəllif bu məqamda təsəvvürü olmayan mövzudan danışır-tərc.).

Bundan savayı, qeyd etmək lazımdır ki, Yaxın Şərq və Fars körfəzi ölkələrində indiyədək feodal qaydaları mövcuddur və bu ölkələrin xalqları şəriət qanunları üzrə yaşayır (müəllif yenə də bölgəyə bələdsizlik sərgiləyir-tərc.). Məsələn, bu ölkələrdə qadın və kişilərin bərəbaər hüquqluluğu üçün bir əsr bəs etməz.

Deyilənlər əsasında qeyd etmək lazımdır ki, sözügedən fanatik və ehkamçı liderlər PKK üzvlərini İraq Kürdüstanı prezidenti Məsud Bərzaninin müstəqil Kürdüstan yaratmaq üzrə layihəsinə qarşı çıxmağa çağırırlar. Tərəfdarları PKK rəhbərliyinə ədalətsizcəsinə böhtan atıldığını düşünürsə, onda qoy partiyanın liderləri Cəmil BayıkMurad Karayılan öz televiziya kanalları ilə müstəqil Kürdüstanın yaradılması üzrə partiyanın rəsmi mövqeyini ifadə etsinlər. Partiyanın birinci şəxsləri tərəfdən bu xüsusda təkzib olmadığından qeyd etmək lazım gəlir ki, PKK rəhbərliyi müxalif məkana yuvarlanır, kürdləri müstəqil Kürdüstan haqda ideyanı beyinlərindən atmağa inandırmağa çalışır.

İşin mahiyyəti üzrə söhbət ondan gedir ki, PKK kürd xalqının müstəqillik uğrunda bundan sonrakı milli-azadlıq mübarizəsindən imtina edir.

Əli Heydər Kaytanın son bəyanatı əsasında qeyd etmək olar ki, PKK satqınlıq yoluna keçməklə kürd xalqının maraqlarına xəyanət edib. Axı xalq bu partiyaya inanır və ardınca gedirdi; Kürdüstanın azadlığı naminə on minlərlə oğul və qızını qurban verib. Həlak olmuş vətənsevərlərin axmış qanlarına görə indi kim cavab verəcək?

Bütün bunlardan sopnra PKK-nın mövqeyi kürd dövlətçiliyinin yaradılmasına qarşı qəti şəkildə çıxış edən İran və Türkiyə rejimlərindən nə ilə fərqlənir? Kürd xalqı bu satqın liderləri həbs etməli və beynəlxalq tribunala verməlidir.

PKK liderləri müstəqil Kürdüstanın yaradlması üzrə həqiqətən antikürd mövqeyi tuturlarsa, onda istefaya getməlidirlər.

 

Tərcümə Strateq.az-ındır.