XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 06:50

Fransa nəşri: Terror Avropanın iç üzünü acdı – Təhlil

2001-ci ilin 11 sentyabr teraktları amerikalılarda birlik və milli qürur hissi doğurdu. Prezidentin hakimiyyətə gəlişi bir sıra ziddiyyətlərlə müşayiət olunsa da, xalq öz prezidenti ətrafında birləşdi. Parisdəki qanlı hadisə Fransada oxşar reaksiya doğurdu. Lakin əsas fərq elə bundan ibarətdir. Avropa Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin ətrafında birləşmədi, Avropanın yollarında AB-nin bayraqları asılmadı və Avropa teraktlara vahid cavab vermədi.

Amerikadakı kimi Parisdəki teraktlar ona müharibə ilə cavab vermək istəyi doğurdu. İŞİD ümumavropa (və hətta ümumdünya) təhlükəsi sayılsa da, teraktlara cavab İŞİD-in Suriyadakı istinadgahı Rakkanın Avropa orduları tərəfdən deyil, fransız ordusu tərəfdən bombardmanı oldu. Fransa təkbaşına hərəkət etməyə başladı. Deyəsən, Böyük Britaniya da bənzər şəkildə hərəkət edir. Eyni yolla getməyə İtaliyanın da cəsarəti çatacaqmı? Yoxsa öz ərazisində teraktlardan yayınmaq ümidiylə hərbi əməliyyyatlara qatılmaqdan yayınmağa üstünlük verəcək? Bəs Avropanın qalan ölkələri necə davranacaq?

Parisdəki teraktlar təkcə vahid Avropanın daha olmadığı faktına işıq salmadı, həm də hazırda onda qalma azdan-çoxdan nə varsa, onu məhv edə bilər. Fransa prezidenti Fransua Ollandın ilk reaksiyası Şengen sazişinin müvəqqəti dayandırılması, yəni Fransa ilə Avropa Birliyinin qalan dövlətləri arasında sərhəd nəzarətinin bərpa edilməsi oldu. Terrorçuların əksəriyyəti fransalı idi. Böyük Britaniya Şengen zonasına daxil olmasa da, on il öncə onun ərazisində olduqca dəhşətli terakt həyata keçirildi. Buna görə də Şengen sazişini ləğv etməyə ehtiyac varmı? Əgər Fransa güman edirsə ki, Suriya və Yəməndəki təlim düşərgələrindən ölkəyə silah və terrorçular sızmasını AB-nin digər ölkələrindən daha yaxşı şəkildə önləyə bilər, onda mümkündür.

Şengen sazişinin dayandırılması göstərir ki, fransızlar qalan Avropaya inanmır. Onlar bu cür davranmaqla Avropa birliyinin ən başlıca rəmzini məhv edirlər. Həm də, gəlin, bunun müvəqqəti tədbir olduğunu deməklə özümüzü aldatmayaq. Fransanın hansı prezidenti yeni teraktların keçirilməsinə köməyə görə məsuliyyət daşımağa risk edib Şengenin fəaliyyətini təzələməyə cürət edər?

Təəssüf ki, Parisdə baş vermiş olaylar qaçqınlarla terrorçuların eyniləşdirilməsinə səbəb ola bilər. Deyəsən, teraktın təşkilatçılarından birində suriyalı qaçqın pasportu var imiş. Fransa rəsmiləri müəyyən ediblər ki, sənəd saxta imiş. Lakin hətta bu, həqiqət olsaydı da, gerçəklik belədir ki, terrorçuların əksəriyyəti Avropada böyüyüb, suriyalı qaçqınların isə İŞİD-ə dəxli yoxdur – onlar, sadəcə, terrorçuların cinayətlərindən xilas olan bədbəxt qaçqınlardır. Lakin bu,  (Macarıstandan başlamaqla) əvvəlcədən qaçqınlar haqda heç nə eşitmək belə istəməyən bütün ölkələr üçün yaxşı bəraət olacaq. Bölgü üzrə qaçqınları qəbul etməkdən nə qədər çox ölkə imtina etsə, qalan ölkələrə zərbə bir o qədər güclü olacaq. Ona görə də Paris teraktları Avropanın qaçqınlaırn bölüşdürülməsi üzrə bütün cəhdlərini heçə çıxarda bilər.

Nəhayət, Parisə hücum silahlanmaya, polisə və bütünlükdə müdafiəyə yeni məsrəflərin zəruri olduğunu ortalığa qoyur. 11 sentyabrdan sonra ABŞ federal büdcəsinin kəsiri kəskin şəkildə artdı. Təkcə ABŞ müdafiə nazirliyi ildə 50 milyard dollardan çox sərf edir.  

Avropada qüvvədə olan müqavilələr üzv ölkələrdə bu cür kəsir artımının qabağını almalıdır. Lakin təsəvvür etmək çətindir ki, prezident Olland öz vətəndaşlarına deyə bilər ki, onları müdafiə edə bilmir, çünki Avropa sazişləri ona imkan vermir ki, polis ştatını genişləndirsin. Kəsirlə bağlı öhdəliklər təhlükəsizliyin təminatı bəhanəsi altında gözardı ediləcək. Nə qədər ziddiyyətli olsa da, durum müştərək tələbatdan əziyyət çəkən Avropa iqtisadiyyatına xeyir gətirə bilər – ən azı, qısamüddətli perspektivdə.

Lakin dövlət qurtuluşun özəl (hərbi və iqtisadi) üsullarını özbaşına tapıb tətbiq edirsə, Avropanın vahid olub qalacağına necə güvənmək olar? Avro siyasi ittifaqın ən yaxın müddətdə əldə ediləcəyi əminliyi ilə tətbiq edilmişdi, lakin bu gün getdikcə daha da əlyetməz görünür.

Paris teraktları yekunda bütün Avropa layihəsinin iflasına səbəb ola bilər. Bu, baş versə, onda terrorçular qalib gələrdilər.

 

Lespresso (Fransa)

20.11.2015