XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 İyun 2017 - 20:38

İki ildə 9 min “yanlış” ölüm:Səudiyyə 750 milyon $ müqabilində bu "səhv"i düzəltmək istəyir - Təhlil

Erik Şmitt

"New York Times"

 

Yəməndə husi üsyançılara qarşı hava hücumlarında mülki əhali arasında itkilərin qarşısını almaq üçün Səudiyyə Ərəbistanı ABŞ-ın 750 milyon dollarlıq, çoxillik hərbi təhsil proqramında iştirak edir.

Səltənət, həmçinin Amerikanın narahatlığını azaltmaqdan ötrü müəyən addımlar atmağa vəd verib. Xarici işlər naziri Adil əl-Cübeyr prezident Trampın ötən ay Səudiyyəyə səfərindən əvvəl dövlət katibi Reks Tillersona yazdığı məktubda etiraf edib ki, münaqişənin davam etdiyi iki ildən çox müddətdə 9 min mülki şəxs həlak olub.

Bu, hava kampaniyasında Səudiyyə silahlı qüvvələrin daha bir zəif tərəfinin açıq etirafıdır.

Əlavə təhsil və yeni səmərəli təminatlar Trampın səfəri zamanı elan olunan Səudiyyə Ərəbistanına 110 milyard dollarlıq silah satışına mühüm yeni şərtdir.

Bu şərtlər Səudiyyə Ərəbistanına 510 milyon dollarlıq ilk silah satışı üçün Senatın dar təsdiqinə rol aça bilər.

Amma səudiyyəlilərlə sıx işləmiş yüksək vəzifəli Amerika məmurları əlavə hazırlığı vacib saymaqla bərabər, Müdafiə NazirliyiDövlət Departamentinin bu proqrama yaxından nəzarət etməsini lazım bilir və yalnız bu halda proqramın təsirli olacağını bidirir.

Yəməndəki iki illik kampaniyada hərbi səhvlər Səudiyyə Ərəbistanının xaricdəki imicinə zərər verdi, Səudiyyə silahlı qüvvələrindəki nöqsanlar onu beynəlxalq təzyiqlə üzləşdirdi. 

"Əl-Qaidə"İŞİD kimi ekstremist qruplar ölkədəki xaosdan istifadə edərək əməliyyatlarını artırır, eyni zamanda, minlərlə yəmənli öldürülür, yaxud aclığa məruz qalır.

Oktyabr ayında koalisiya qüvvələri Sənada, paytaxtda 100-dən çox adamın həlak olduğu dəfn mərasimini bombaladı. Sonradan koalisiya elan etdi ki, hücum yalan məlumat əsnasında baş verib.

Obama administrasiyası mülki əhali arasında itkilərdən narahatlığa əsaslanaraq səltənətə dəqiqnişanalma sursatları transferinin qarşısını aldı.

Tramp rəhbərliyi səudiyyəlilərin mülki əhalini vurmasının qarşısını almaq üçün dəqiq idarə olunan sursat lazım olduğu fikrini müdafiə edərək, bu qərarı ləğv etdi. Səudiyyəlilər uzun müzakirələrdən sonra Kapitoli Təpəsində satış əqdinin təsdiqlənməsi üçün cənab Tillersona lazımi təminat verdi.

Amerika rəsmilərinin sözlərinə görə, Səudiyyə hava qüvvələri üçün treninqlərə insan hüquqları, uçuş təlimi və mülki əhali arasında itkinin qarşısını almaq kimi fənlər daxildir.

Bundan əlavə, cənab Cübeyr məktubunda söz verib ki, Səudiyyə Ərəbistanı silahlı münaqişələr haqqında beynəlxalq konvensiyaya riayət edəcək və 33 min obyekti Yəməndəki hədəflər siyahısından çıxaracaq.

Nəhayət, səudiyyəlilər Amerika hərbi məsləhətçilərinin Riyadda, Səudiyyə hava əməliyyatına nəzarət mərkəzində oturmaq imkan verir; əvvəllər maddi-texniki yardımın əlaqələndirilməsi üçün kiçik Amerika hərbi komandası başqa bir ofisdə fəaliyyət göstərirdi.

Konqresdə silah satışının əleyhdarlarından biri olan Nyu-York ştatının demokrat senatoru Çak Şumer Səudiyyənin vəhhabiliyi dəstəklədiyini və rəsmi Ər-Riyadın Yaxın Şərqdə müsəlman gənclərin radikallaşması üçün məsuliyyət daşıdığını söylədi.

"Bundan başqa, administrasiya silahların yad əllərə düşməməsini təmin etməyib", – Şumer deyib. 

İnsan hüquqları təşkilatları və humanitar qruplar da Yəməndə əlavə problemlər yaranacağına istinadla, silah satışını tənqid edib.

"Səudiyyə Ərəbistanının öhdəsinə götürdüyü şərtlərin heç bir əhəmiyyəti yoxdur. Çünki onlar Yəməndə yeddi milyon insanın aclığı və ya vəbanın qarşısını almayacaq", – "Oxfam Amerika"nın humantar siyasət üzrə baş məsləhətçisi Skott Pol bildirib.

 

Tərcümə: Strateq.az