“Hökumətin nəzarətə götürülməsinə böyk ehtiyac var”
Rusiyalıl
arın əksəri istəyərdi ki, hökumətin insanların qayğısına qaldığı cəmiyyətdə yaşasın.
Strateq.az İnterfax.ru-ya isnadən bildirir ki, “Левада-Центр” analitik mərkəzinin apardığı sorğuya görə, rəyi soruşulanların 72%-i bu fikirdədir.
Hər dörd nəfərdən biri güman edir ki, insanlar hakimiyyətdən istədiyini əldə etmək imkanına malik olmalıdır.
Sorğuya qatılanların 55%-i ancaq özünə güvənir və hökumətlə təmasdan yayınır.
Eyni zamanda rusiyalıların çoxu bu fikirdədir ki, ölkədə dövlət qərarlarının qəbul olunmasına təsir edə bilmir.
Rəyi soruşulanların 47%-i hesab edir ki, insanların öz hüquqları uğrunda mübarizə aparmağa hüququ var – bu hətta dövlət maraqları ilə ziddiyyət təşkil etsə də.
Respondentlərin 50%-i hesab edir ki, hazırda Rusiyada hökumətin nəzarət altına götürülməsinə böyk ehtiyac var. Lakin 40% düşünür ki, əksinə, ölkədə hökumətin möhkəmlənməsinə ehtiyac var.
Qeyd edək ki, sorğu Rusiyanın 46 bölgəsində 1600 nəfərin arasında keçirilib.