XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2015 - 07:01

Mahirə Əliyeva: Sivilizasiya – son, yoxsa başlanğıc? – Təhlil

Bu, həm sondur, həm də başlanğıcdır. Yeniliyin başlanğıcı üçün köhnəliyin sonu olmalıdır.

Təbiətin qanunu belədir: yeni mütləq köhnəlir, köhnə isə məhv olur ki, yerini təzəyə versin. Bu, təbiətin dəyişkənlik qanunudur: hər an nəsə baş verir və dəyişir. Məsələn, ağacın həyat prosesini izləsək, müşahidə edərik ki, cücərmiş zoğ tədricən böyüyur, cavan ağac olur. Cavan ağac böyüyüb yaşlı ağaca çevrilir və ömrünü təhvil verir. Tam məhv olmamışdan qabaq qalan toxum yeni pöhrə verir.

İnsan həyati da belədir: körpəlik, uşaqlıq, cavanlıq, yetkinlik və qocalıq.

İnsan doğulan gündən həyatı dəyişkənliklərlə keçir, ən böyük dəyişkənlik ölümdür. ölüm nədir? Həyatın sonumu deməkdir? Həqiqətdə ölüm – ruhun qocalmış bədəni tərk etməsi deməkdir.

Ancaq siz deyə bilərsiniz: “Axı ruh körpə bədəni də tərk edir”.

Bəli, belə hallar da olur. Ruhun onu əhatə edən hər şeylə, o cümlədən bədəni ilə də haqq-hesabı var. Ruh bu haqq-hesabları bağlayanda bədəni tərk edir. ölüm – böyük dəyişiklik və yeni başlanğıcdır. Ruh üçün ana bətnində yeni bədən hazırlanır və ruh əvvəlki bədəni tərk edib, körpə bədənə daxil olur.

Bu, silsiləli prosesdir.

Təbiətdə hər şey dövridir: ölüm son deyil, doğuş başlanğıc deyil. ölən nədir? ölən bədəndir. Ruh isə ölmür, ona görə də həyat davam edir. Ruh əbədidir – nə doğulur, nə də ölür.

Təbiət də belədir: səhər, günorta, axşam, gecə və yenə də səhər açılır. Bir-birini əvəz edən ilin fəsilləri və ya suyun təbiətdəki dövrü və s.

Mikrosəviyyədə baş verən makrosəviyyədə öz əksini tapır. Hansısa prosesləri fiziki gözlə müşahidə edirik, lakin elə proseslər də var ki, adi gözlə görə bilmirik və bunu başa düşmək üçün mütləq ruhsal bilik lazımdır. Biz yalnız bu biliyin köməyi ilə bəşəriyyətin təbii dövri tarixini başa düşə bilərik.

İnsan həyatının dövri prosesi necə gedirsə, bəşəriyyətin tarixi prosesi də belə gedir.

Burada bəşəriyyətin tarixi silsilə formasında təsvir olunur. İnsan həyatında bir-birini əvəzləyən 4 mərhələ bəşəriyyətin tarixində də mövcuddur: Qızıl, Gümüş, Mis və Dəmir dövrlər. Dəmir erası son deyil, yəni bu eradan sonra mütləq Qızıl era gəlir.

Bəzi mənbələr dünyanın tarixi hərəkətini düz xətt, bəzən spiralvari qəbul edirlər. Bu hərəkətin trayektoriyası düz xətt və ya spiral olsaydı, başlanğıc və son olardı.

Tarixi prosesin dövri olduğunu necə anlamaq olar?

Səbəb və nəticə qanunu mövcuddur. Hər nəticənin səbəbi və hər səbəbin nəticəsi var. Bu, sonsuz prosesdir. Ona görə də dünyanın tarixi hərəkatı da sonsuzdur, bu trayektoriya dövri olduğu üçün sonu və başlanğıcı yoxdur.

Zamanın üç həddinin izahı da buna sübutdur: keçmiş, indi, gələcək. Onlar bir-birilərindən necə fərqlənirlər? Növbəti dəqiqələr indiki zamandır və həmin dəqiqələr bir neçə andan sonra keçmiş olur. Gələcək adlandıdığımız zaman isə çox tezliklə indi, sonra isə keçmişə çevrilir.

Əgər situasiyanın gedişatına məhdud, yəni fiziki nəzərlə baxsaq, bu üç həddin fərqini görərik. Əgər fiziki şüur çərçivəsindən çıxıb kənardan baxsaq anlayarıq ki, keçmiş, indi və gələcək həmişə dövr edən qapalı dövrədir. Əgər deyiriksə, dünyanın tarixi dövri prosesdir və əbədidir, əbədilik başlanğıcı və sonu olmayan prosesdir, deməli, dünyanın tamam məhv olması halı mümkün deyil. Böyük dəyişikliklər olur və olacaq. Dünyada gedən böyuk dəyişikliklərin (dağılma prosesi) səbəbkarı insanlar özləridir.

Dünyanın əbədi tarixi və ya dünyanın silsiləli Draması – 3 əbədi substansiyanın qarşılıqı münasibəti: materiya, ruh və Allah. Materiya (enerji) əbədidir və enerjinin saxlanması qanununa görə bir haldan başqa hala keçir. Cismimiz də materiyadır.

Ruh da əbədidir – heç vaxt yaranmayib və heç vaxt yox olmur.

Ruhla materiyanın əsas fərqi odur ki, ruh şüurludur, materiya isə şüursuzdur.

Allah da əbədidir, Ali Şüurdur və onu heç kim yaratmayıb. Allah – ruhdur, lakin O, Ali Ruhdur, Ucadır. Ali Ruhla adi ruh arasında fərq – O sonsuz  həzz, sevgi, rahatlıq, bilik mücəssəməsidir.

Ruh əzəli halında bütün güclərlə təmin olunmuşdu, tədricən bu güclər sərf olunduqca ruh zəifləyir. Ruhun əzəli forması sevgi ilə doludur, sonra bu keyfiyyət zəiflədikcə yerini kin, paxıllıq, aqressiya, qisas kimi hisslər əvəz edir.

Rahatlıq ruhun təbii halıdır, lakin rahatlığın yerini getdikcə narahatlıq və qorxu tutur. Ruhun halı dəyişməsinə görə bir neçə etaplardan keçir. Ali Ruh isə sabitdir və həmişə qüdrətli, hər şeyə qadirdir. Bunları sadəcə bilmək yox, dərk etmək çox vacibdir.

Köhnəliyin tamamlanması və yeniliyin başlanması prosesi necə baş verir? Yeniliyin doğulmasını kim yaradır?

Bütün bunları dərk etmək üçün Allahın kim olduğu və Onun bizdən nə ilə fərqləndiyini anlamaq çox vacibdir. Dünya Dramasının əbədi iştirakçılarının rollarını özümüz üçün aydınlaşdırmalıyıq.

Allah – Yaradandır, Rejissordur.

Ruhlar – aktyorlardır, bədən isə libaslar.

Təbiət – Yer, Günəş, Ay, ulduzlar, hadisələrin baş verdiyi səhnədir.

Hadisələrin gedişatı, dünyanın bütün draması – zamandır.

Bir anlıq özümüzü teatrda təsəvvür edək. Hər tamaşanın təyin olunmuş sayda personajı və onları ifa edən aktyorları var. Bəşəriyyətin tamaşasında da təyin olunmuş sayda aktyorlar var. Bu aktyorlar ruhlardır.

Aktyorlar səhnəyə çıxmamışdan qabaq səhnə arxasında olurlar. Bəs ruhlar (aktyorlar) Yerə gəlməmişdən qabaq harada olurlar? Onların olduğu səhnə arxası ruhi dünya adlanır. Ruhi dünya onların həqiqi  evləridir.

Yəqin ki, belə bir ifadə eşitmisiniz: “Bu dünyaya gəlmişik ki, zamanı çatanda onu tərk edək”. Demək, hardansa gəlmişik və o dünya fiziki kainatdan kənarda yerləşir. Tamaşada bütün aktyorlar səhnəyə eyni zamanda çıxmır, hər bir aktyorun rolunu ifa etmək üçün, səhnəyə çıxmaq vaxtı var. Ruhlar da yaşadıqları məkandan təyin olunmuş vaxtda rollarını oynamaq üçün gəlirlər. Tamaşanın axırına yaxın, yəni pərdə salınanda artıq
bütün aktyorlar (ruhlar) səhnədə olurlar. Sonra isə aktyorlar libaslarını dəyişib evlərinə qayıdırlar. Onlar evlərinə gedirlər ki, istirahət edib sabah yeni güclə səhnəyə çıxsınlar.

Ruhlar da həmin aktyorlara bənzəyirlər. Dünya Draması da artıq elə bir dövrünü yaşayır ki, bütün ruhlar səhnəyə (Yerə) eniblər, çox az ruh yuxarıda (evdə) qalıb. Planetimizdə əhalinin sayı buna misaldır. Axırıncı ruhlar da enəndən sonra bütün ruhların birlikdə geriyə (evlərinə) dönüşü yetişəcək.

Demək, son – evə qayıtmaq zamanıdır. Necə ki aktyorlar evlərinə dönəndə səhnə libaslarını özləri ilə aparmırlar, ruhlar da evlərinə qayıdanda libaslarını (bədənlərini) qoyub gedirlər. Demək, ruhlar necə cisimsiz gəliblər, cisimsiz də qayıdacaqlar.

Söhbət milyardlarla aktyorlardan (ruhlardan) gedir. Bu qədər ruhun libasını qoyub getmək prosesi necə baş verəcək?

Onlara təbiət kömək edəcək ki, bədəni tərk edib ruhi dünyaya qayıda bilsinlər.

İnsan orqanizmi zəhərlənəndə bədən halsızlaşır, temperatur qalxır, ürək bulanır və orqanizm çalışır ki, sağlam halına qayıtmaq üçün toksinlərdən azad olsun.

İndi isə hal-hazırki təbiəti, ətraf mühiti təsəvvür edək. Təbiət də əvvəlki gözəlliyini, saflığını, qücünü qeri qaytarmaq istəyir. Ona görə də təbii fəlakətlər qaçılmazdır. çox vaxt fəlakətlər insan əməllərinin nəticəsidir-təbiəti insan çirkləndirir. İnsanlar təbiətin əzəli halına qayıtması prosesinə hazır olmalıdırlar. Ruhun cisimi tərk edib evinə qayıtmasına məhz bu proseslər kömək edir. Birinci hazırlıq – günahlı işlərdən əl çəkmək lazımdır.

Son, əslində iztirablardan xilas olmaq, iztirablardan xilas olmaq isə, günahlardan xilas olmaq deməkdir. Hər kəs öz üzərində böyuk günah yükü daşıyır və ruhi dünyaya qayıtmaq üçün bu yukdən azad olmalıdır. Ona görə də qəlbimizdə, intellektimizdə yalnız O – Yeganə Varlıq olmalıdır, çünki O, Xilaskardır.

Əgər insanlara, əşyalara və ya bədənimizə bağlılığımız varsa, onda bu yukdən azad ola bilməyəcəyik. Əgər bu prosesə hazır olmasaq, qarşıda bizi güclü sarsıntılar, ciddi cəzalar, iztirablar gözləyir.

Son – xilas olub geriyə qayıdış anıdır. Bədənimizdən asan azad olmaq üçün biz indidən özümüzü bədəndən ayrı hiss etmək bacarığına nail olmalıyıq. Biz həmişə xatırlamalıyıq: Mən kiməm? Mən cisimsiz şüuram (ruham).

Bəs başlanğıc nədir?

Son evə qayıdış, başlanğıc isə evdən qeriyə Yeni Dünyaya – Qızıl dövrə dönüşdür.

Qızıl dövrün sakinləri  təbii obrazda, yəni günahdan, qüsurlardan azad yaşayırlar, ona görə də o dövr iztirabdan, kədərdən, xəstəlikdən, ziddiyyətdən, müharibələrdən azad dövrdür və bu başlanğıc adlanır.

Qızıl dövrün doğulmasına hazırsınızmı?

Biz evimizə qayıtmaq üçün pis xüsüsiyyətlərdən azad olmalıyıq. Evimizdən Yeni Dünyaya gəlmək üçün isə biz ilahi kayfiyyətlərin mücəssəməsinə çevrilməliyik.

Bunun üçün isə zəhmət çəkmək lazımdır, yalnız o zaman deyə bilərik ki, yeni ağacın toxumunu əkdik.

Şəkildə qocalmış, yetişmiş ağac təsvir olub. Bəşəriyyətin ağacına diqqətlə baxsaq görərik ki, onu qabaqda hansı tale gözləyir

Hal-hazırda ailələr, cəmiyyət, təbiət hansı vəziyyətdədir? Dində, siyasətdə nələr baş verir? Bəs ağılın halı nə vəziyyətdədir? Anlayırıq ki, dünya nüfuzunu itirib, onun fundamenti artıq sabit deyil və bəşəriyyətin ağacı qurumağa doğru gedir, əvvəlki xoşbəxtlik yoxdur. Dönün öz həyatınıza baxın, xoşbəxt anlarınız nə qədər olub və hər kəs bu vəziyyətdədir, bu köhnə ağacın halından xəbər verir. Lakin dünyanın bu halı ümidlərimizi qırmamalıdır, çünki köhnəliyin sonu, yeniliyin başlanğıcı deməkdir.

Köhnə ağacın yuxarı hissəsi yeni ağacın kökləri altında təsvir olunub. Bu, o deməkdir ki, köhnə ağacın ruhları yeni ağacın kökləri olmağa hazırlaşmalıdır.

Yeni ağacın ruhları olun!

Bunun üçün iki vəd vermək lazımdır:

1. Həyatınızın tamamlanan dövründə saflaşın – şəhvət hisslərinə galib gəlin, günahlı baxışlarınızı təmizləyin. özünüzü ruh kimi dərk edin və başqalarına da qadın və kişi nəzəri ilə yox, ruh kimi baxın. özünüzü (ruhunuzu) cisminizdən ayrı hiss etmək vərdişinə alışın, onda təbii olaraq şəhvətə qalib gələrsiniz.

İlk baxışdan bu çətin görünə bilər. Əgər ruhsal şüur səviyyəsini tez-tez təcrübədən keçirsəniz, bunun çətin olmadığını görəcəksiniz. çünki saflıq ruhun təbii keyfiyyətidir.

Ruh saflığı sevir, ona görə də körpələr cəlbedicidirlər. Onlar təmizlıklərinə görə təbiidirlər, gözəldirlər, şirindirlər.

Ona görədə hal-hazırda Allahın çağırışı budur: “özünüzün əzəli, təbii halınızı yada  salıb, paklaşmağa qayıdın!” – Bu, birinci vəddir.

2. Allah deyir: Məni yad edin, Ali Ruhu, Atanızı və mən sizi himayəmə götürürəm. Söz verirəm ki, keçmiş günahlarınızdan sizi azad edəcəyəm və yeni güc verəcəyəm ki, yeni günahlar etməyəsiniz!”

Sizin ikinci vədiniz – yalnız Allahı düşünmək və yad etməkdir.

Əgər bu iki vədi yerinə yetirə bilsək, dünyaya xoşbəxtlik bəxş etmiş olarıq. Günahlar içində batan bu dünyanı bizim saflıq gücümüz xilas edə bilər.

Əsas odur ki, arzuedilməz proseslər başlayanda doğmalarına, ətrafındakılara kömək edə biləsən. Bunun üçün mütləq özündə güc toplamalısan. Güc toplamağın yolu yalnız bu vədləri yerinə yetirməkdir. Başqa çıxış yolu mövcud deyil. Dünyanın və özümüzün xeyrimiz üçün biz bu gücü toplamalıyıq.

Sonda iştirak etmək hamımızın qismətində yazılıb, yalnız bu dünyanın sonu yox, yeniliyin başlanğıcı olacaq.

 

Mahirə Əliyeva

Beynəlxalq Ruhsal Universitetin əməkdaşı

[email protected]