XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2017 - 15:48

Fransa nəşri Raqqa “xilaskarları”nın əsil simasından yazır:“Raqqa sakinlərini dəhşətlər gözləyir” – Təhlil

Jan-Pyer Filiu

Le Monde (Fransa), 28.06.2017

 

Suriya Demokratik Qüvvələri (SDQ) cihadçıların 2013-ü ildə “İraq-Şam İslam dövləti”ın yaranışını elan etdikləri Suriya şəhəri Raqqaya bu ay başlanmış hücumun ucundadır. SDQ ABŞ tərəfdən çeşid-çeşid yardımlar alır: aviasiya mühafizəsi (təyyarə və döyüş helikopterləri), silah, “müşavirlər” – yaxınlıqda yerləşmiş xüsusin bölmələrin yüzlərlə döyüşçüsü. Pentaqonda nəfəs dərmədən bildiriblər ki, Raqqa uğrunda döyüş “uzun və çətin olacaq”.

 

Çox da “demokratik” olmayan qüvvələr

 

Savadlı şəkildə seçilmiş ada baxmayaraq, SDQ o qədər də “demokratik” deyil. Onun sütunu Türkiyədə separatçı partizan müharibəsi aparan PKK-nın Suriya qanadı olub və belə də qalır (hərəkatın hərbi rəhbərliyi İraqın şimalında dağlarda möhkəmlənib). PKK-nın hərbi aparatı (onu dəmir əllə Cəmil Bayıq yönəldir) komanda zəncirini SDQ-nin özəyini təşkil edən Xalq Özünümüdafiə Dəstələrinə (XÖD) inteqrasiya edib. Bəşər Əsəd minlərlə PKK döyüşçüsünün ölkəyə dönüşünə icazə verərkən XÖD və onun “Demokratik Birlik” partiyası 2012-ci ilin yayından Suriyada məskən salıb.

Nəticədə orada Suriya inqilabına tabe olmayan zona meydana çıxıb, PKK və DQ isə Əsədlə bağlı müxtəlif xüsus xidmətlərin gizli iştirakına razılaşmaqla Suriya Kürdüstanı muxtariyyətini bərqərar edib. PKK-nın rejimlə əməkdaşlığında problemli məqamlar olub, lakin Hələbin şərqində üsyançı məhəllələrin mühasirəsinin gedişində buranı 2016-cı ilin payızında döyüşlə geri almaq üçün XÖD-ün töhfəsi həlledici olub. Mən bu ilin aprelində Afrin bölgəsində (Hələbdən şimal-qərbə yerləşir) PKK/DQ hakimiyyətini təmsil edən adamla söhbət etmişəm. O, İraq Kürdüstanının idarəçiliyinin əsasında duran “sosial müqavilə”nin fransızca variantını qürurla mənə verdi. Qərb tərəqqiçilərinin bir çoxu bu sənəddə Yaxın Şərqdə diktatura ilə islamçılıq arasında üçüncü yolu görürlər. Yəqin ki, onlar müdafiə monopoliyasının XÖD-ə, daxili təhlükəsizlik monopoliyasının isə PKK “Asayiş”inə verildiyi 15-ci maddəni yetərincə diqqətlə oxumayıblar. “Asayiş” anlayışı müxtəlif kürd partiyalarının “təhlükəsizlik qüvvələri”ni bildirir. Onlar hər yerdə üstün mövqe tutan hərbi dairələrin xeyrinə olaraq kürd vətəndaş cəmiyyətinə münasibətdə repressiya aləti rolunu oynayır. Bu qayda ilə PKK Suriya Kürdüstanında narazı səslərin boğulmasında bütün üsulları özünə caiz bilir.

 

Suriya qüvvələrindən daha çox kürd gücləri

 

SDQ birbaşa kürd zonalarından kənara ərazicə irəlilədikcə ABŞ görünməmiş dəstəklə bu cür birliyə itələdiyi ərəb dəstələri arasında öz nüfuzunu genişləndirməyə cəhd edib. Hər necə olsa da, komanda strukturu ehramvari quruluşu xüsusən də Suriyadakı tam hərc-mərclik fonunda bir çox qərargahların ürəyincə olan PKK-nın tam əlindədir.  Vaşinqton bu xüsusda Ankaranın qəzəbini özünə cəlb etməkdən çəkinməyib və hətta Afrin bölgəsində Rusiya HKQ ilə SDQ arasında qarşılıqlı fəaliyyətlə barışıb.

SDQ-də ictimaiyyətlə əlaqələrlə qondarma polkovnik Təlal Sello məharətlə məşğul olur. Təcrübəli reportyorlar artıq aydınlaşdırmağa müvəffəq olublar ki, döyüşçülər öz aralarında “Roza Lüksemburq” və “Klara Setkin” kimi ayamalardan istifadə edirlər. Keçən əsrin rəmzi alman fəalları ilə bu cür özünü eyniyyətləşdirmə bəzilərində nostalgiya doğura bilər, lakin eyni zamanda Raqqa gerçəklikləri və üzərinə sosial mühafizəkarlıq qalığının çökdüyü bölgənin tam uyğunsuzluğundan xəbər verir. PKK/DQ bütün kürdləri təmsil etdiyini ucadan bəyan etsə də, bu cür iddia Raqqada kürd fəalı Nissan İbrahim tərəfindən təkzib olunub. İŞİD 2016-cı ilin yanvarında onun edam edildiyini bildirib, Hala Kodmani isə bu yaxınlarda ona gözəl bir kitab həsr edib.

Spiegel”in məlumatına görə, Raqqada hərəkətə keçmiş qüvvələrin 90%-ni təşkil edən kürd döyüşçülərə gəlincə, gələcək qələbənin barını onlar dərməyə də bilər. XÖD və SDQ-nin 2015-cin ilin iyulu və 2016-cı ilin avqustunda döyüşlə İŞİD-dən aldığı Ət-Təll-əl-Əbyəd və Mənbicdəki presedentlər səciyyəvi nümunə rolunu oynayır: kürdlər “azad edilmiş şəhərlərdə” əməliyyatda onlara yardım etmiş ərəb qüvvələrini arxa plana sıxışdıraraq və yaxud hətta qovaraq cəmi bir neçə həftə ərzində öz üstünlüklərinin üsullu şəkildə möhkəmləndiriblər. Buna görə də Raqqanın İŞİD-in tiranlığı ilə koalisiya bomabrdmanı arasında sıxılı almış zavallı sakinləri gələcəkdə şəhərə kökündən yad olan “xilaskarlar”ın dabanı altında qala bilərlər. Bu cür ssenari Raqqadan güneyə və Fərat vadisi boyunca cihadçılıq ocaqlarının bərpasına şərait yarada bilər.

Bəlkə də, Raqqanın “azad edilməyinin” onun əhalisi üçün dəhşətə çevrilməsinə yol verməmək üçün hələ vaxt var.

 

Tərcümə Strateq.az-ındır.