XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2017 - 16:20

Amerika ekspertləri:“ABŞ Koreyanın raket zərbəsini dəf etməyə hazır deyil” – Təhlil

Jaklin Kilmas, Konnor О'Brayen

Politico (ABŞ), 06.07.2017

 

On milyardlarla dollar məsrəfi və otuz ildən çox RƏM sistemi üzərində işə baxmayaraq, ABŞ müdafiə idarəsi əvvəlki kimi ABŞ ərazisinə yönələcək nüvə başlığı ilə təchiz edilmiş raketləri zəmanətlə vura bilməz. Əksinə, ABŞ-ın qitələrarası ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmuş raket əleyhinə sistemi (RƏS) beş dəfədən üçündə effektsizliyini göstərib. Hətta xeyli dərəcədə uğurlu sınaqlar qeydə alınsa da.  

Pentaqonun iyulun 5-də ifadə edilmiş rəsmi mövqeyində "Boeing" şirkəti və bir sıra digər podratçıların hazırladığı uçuşun marş sahəsində Yerüstü raket əleyhinə müdafiə sisteminin (Ground-based Midcourse Defense system) istənilən raketi vura bildiyi səsləndirilsə də, bu rəyi mütəxəssislərin az qismi dəstəkləyir.

ABŞ silahlı qüvvələrinin indiki və keçmiş qulluqçularının əksəriyyəti və ekspertlər qeryd edirlər ki, ABŞ ərazisinin qəfil və yaxud buraxılışdan bir qədər əvvəl məlum olan hücumdan müdafiə ehtimalı ən yaxşı halda böyük deyil. Xüsusən də ABŞ HDQ-nin raket əleyhinə bütün proqramlara başçılıq etmiş və admiral postunu tərk edənlərdən biri iyunda Konqresə bildirib ki, sistemin “etibarlılığına nisbətdə narahatlığı” var.

Ekspertlərin sözlərinə görə, bu cür etibarsızlıq Pentaqonun qarşısında duran vəzifənin qəlizliyi ilə bağlıdır. ABŞ yaxın və orta məsafəli sistemləri yaxalamaqda xeyli uğura nail olub, amma bu, rəqib müxtəlif əks-tədbirlər və yayındırıcı manevrlər tətbiq edincə kosmosda böyük sürtələ hərəkət edən raketi dayandırmaqla eyni şey deyil. Son sınaq mayın 30-da yaxalayıcı raket Kaliforniyadan Marşall adalarının tərkibinə daxil olan Kvacaleyn mərcan adasındakı Reyqan adına poliqondan start götürmüş hədəf raketə buraxılarkən keçirilib. Pentaqonda bu sınaqları “birbaşa toqquşma” kimi qeyd edərək uğur adlandırıblar.

Buna baxmayaraq, həm ABŞ hökumətində olmuş və həm də indi daxil olan ekspertlər ABŞ-ın KXDR-in hərəkət radiusu, təxminən, 5500 km təşkil edən yeni raketini vura biləcəyinə nisbətdə şübhələrini ifadə edirlər.

Əvvəllər idarənin özünün hesabatında göstərilib ki, ABŞ RƏM-i “ABŞ-ın qitə ərazisini İrandan və yaxud Şimal Koreyadan buraxılmış orta mənzilli raketlərdən və yaxud qitələrarası ballistik raketlərdən müdafiə etməkdə məhdud qabiliyyət nümayiş etdirib”.

Həmçinin göstərilib ki, gerçək sınaq şəraiti olmadığı səbəbindən yekun nəticə çıxartmaq mümkünsüzdür.

 

Tərcümə Strateq.az-ındır.