XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 21:19

Avropa İranla əməkdaşlığa can atır

İran'la nükleer anlaşma ve Almanya

Mucahid Yıldız / Almaniya

_________________________________________________________________________

İranla bağlanan nüvə sazişi regiondakı bütün dəngələri alt-üst etdi. Bir vaxt Azərbaycan Avropanın regiondakı ən yaxın tərəfdaşı, İran isə düşməni idi. İndi bizim get-gedə Avropa ilə münasibətimiz korlanır, İran isə bölgənin ən ciddi Avropa ayağına çevrilir.

Şair-publisist Heydər Oğuzun Strateq.az üçün tərcümə etdiyi bu yazı Avropanın ən böyük sənaye ölkəsi olaraq tanınan Almaniya iqtisadiyyatının İrana bağladığı böyük ümidləri əks etdirir. Buyurub siz də tanış ola bilərsiniz.

_______________________________________________________________________

İranın Qərb ilə nüvə razılığına gəlməsi Almaniyada ən çox İranla xarici ticarətlərini böyütməyi planlaşdıran şirkətləri sevindirdi. Alman iqtisadiyyatı bundan sonrakı mərhələdə İrana tətbiq olunan sanksiyaların sürətli bir şəkildə qaldırılmasını ümid edir. Siyasi dairələr də İranla iqtisadi əlaqələrin genişləndirilməsini yana olduqlarını bildirirlər.

Lozannada bağlanan sazişin ardından Berlində mətbuata açıqlama verən Almaniya Federal Toptancılar, İhracatçılar və Xidmət Sektoru Birliyinin (BGA) bir sözcüsü İranın xüsusilə avtomobil, enerji və makina istehsalı sahələrində Alman şirkətləri üçün böyük bir potensiala sahib olduğunu qeyd edib. Ancaq bu potensialın ən uc nöqtələrinə qədər istifadə olunması üçün həm AB-nin, həm də ABŞ-ın İrana qarşı sanksiyaların qaldırılması üçün işləri sürətləndirməsi lazımdır. Hər halda sözü gedən sözcü bu fikirdədir.

Federal koalisiya hökumətinin böyük ortağı Xristian Demokratlar Birliyi Partiyasının (CDU / CSU) məclis qrup sədrinin köməkçisi Maykl Fuş da sanksiyaların razılaşmaya əsasən, möhkəm bir nəzarət altında, amma sürətli şəkildə yumşaldılmasının vacibliyinə toxunaraq Almaniya ilə İran arasındakı ticarətin böyük bir kompensasiyaya ehtiyacı olduğunu qeyd edib.

Əslində Almaniya ilə İran arasındakı ikitərəfli ticarət əlaqələri sanksiyalar nəticəsində tamamilə durdurulmadı. Bu əlaqələrdə uzun bir müddət içində ciddi azalmalar müşahidə olunsa da BGA-nın məlumatlarına görə, 2014-cü ildə təkrar böyüməyə başladı. ötən il Almaniya ilə İran arasındakı ticarət həcmi 2,68 milyard avro həcmində idi. 2010-ci ildəki 4,71 milyard avro ticarət həcminə çatmasa belə, bu rəqəm əvvəlki bir neçə illə müqayisədə 30% artım demək idi. Alman şirkətləri İrana makina, dərman və kimyəvi məhsullarla elektrik təchizatı satırlar.

İran təbi qazı Almaniya və AB üçün Rusiyanın alternativi

İran 75 milyon əhalisi ilə dünyanın 20 ölkəsindən biridir. Sanksiyaların sona çatmasıyla başda, alman şirkətləri olmaqla, bütün Avropa şirkətləri illərdən bəri təcrid edilən İran iqtisadiyyatına böyük ehtiyacları var. İran-Almaniya Ticarət Palatası İdarə Heyətinin üzvü Maykl Tokus, İrandakı sənaye müəssisələrinin çox köhnəldiyini və modernləşməyə ehtiyacı olduqlarının fərqindədir. Tokusun təxminlərinə görə, sanksiyaların qaldırılmasıyla Almaniyanın İrana edəcəyi illik ixracat 7 milyard avroya qədər yüksələ biləcək. ötən illərdə bu miqdar ortalama 3 milyard ətrafında idi. Təcrid olunma nəticəsində İranın iqtisadi böyümə nisbəti də 5%-dən yuxarı çıxa bilmədi. Sanksiyaların sona çatmasıyla İran iqtisadi böyüməsinin də artacağı gözlənilir.

Alman Xristian Demokratlarının millət vəkili, Federal Məclis qrup sədrinin köməkçisi Fuş siyasi baxımdan mülayim bir İranın Almaniya və Avropanın Rusiyadan etdiyi təbii qaz ixracatını azaltmağa imkan verəcəyini ifadə etdi.

Tokusun mövzuyla əlaqədar açıqlamasına görə isə, İranla Almaniya arasındakı ticarət əlaqələri, yalnız mal mübadiləsindən başqa, daha geniş iqtisadi əlaqələrə imkan verən “dişli iqtisadiyyat”a çevrilə bilər. Bunda İranın, neft zəngini Ərəb ölkələrindən fərqli olaraq, sənayeyə söykənən bir iqtisadi quruluşunun olması əhəmiyyətli rol oynayır. Sənaye sektorunda Almaniya ilə İran arasında inkişaf etdiriləcək iqtisadi əlaqələr nəticəsində yalnız böyük holdinqlər deyil, orta dərəcəli Alman şirkətləri də bundan böyük bir pay ala biləcəklər. Ticarət burosunun məlumatlarına görə, indiki anda təxminən 6 min orta dərəcəli alman şirkəti İranda aktiv fəaliyyətdədir.

Xüsusilə Alman enerji şirkətləri, sanksiyaların sona çatmasıyla İranda uzun illərdən bəri modernləşdiriləməyən sahələrdə iş qurmağa ümid edirlər. Alman politoloq Matthias Küntzel İranın enerji sektorunda böyük təzyiq makinaları və turbinlər kimi yüksək alman texnologiyası məhsullarına böyük ehtiyac duyulduğunu, ayrıca təmizləyici və boru kəmərlərinin də tamamilə yenilənməsi lazım olduğunu düşünür.

İranda keçmişdə qurulan obyektlər həmişə alman qaynaqlı olduğundan, yenilənməsində də yenə Almaniyanın seçiləcəyi təxmin edilir. Almaniya, ayrıca, sivil hava nəqliyyatında da İranla böyük işlər görülə biləcəyinə ümidlidir.

Almaniya ilə İran arasında xüsusilə yüksək texnologiya sahəsində keçmişə söykənən bağlar heç bir zaman tamamilə qoparılmadı. Nüvə enerji sektorunda da İranın ən əhəmiyyətli partnyoru yenə Almaniyadır. Buşəhrdəki tək nüvə enerji stansiyası Alman texnologiya nəhəngləri Siemens, AEG və Telefunken tərəfindən inşa edilib. 1979-cu ildəki İslam İnqilabı əvvəlində qurulan böyük sənaye müəssisələrinin də çoxu yenə Alman holdinqlər tərəfindən qurulub. Bu qurğuların müasirləşdirilməsi üçün yenə alman holdinqləri dövrəyə girəcək.

İran Almaniya və Avropa iqtisadiyyatı üçün hər sahədə böyük bir bazar olmaqla yanaşı, eyni zamanda böyük bir xammal ölkəsidir. Dünya xam neft qaynaqlarının 11%-i İranda yerləşir. çox böyük miqdarda təbii gazı yataqları da həmçinin. Ayrıca, bu ölkə sənaye ön məhsulları üçün lazımlı olan çox əhəmiyyətli meta- xammal qaynaqları ilə də zəngindir.