XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 December 2015 - 13:12

Türkiyə ilə ticarət savaşı Rusiyanı AB-nin qucağına itələyir – Təhlil

Rusiyanın iqtisadi çevrələrində hökm sürən qırım çətin ki düzəlsin, görünür vəziyyət daha da pis ola bilər: neftin qiyməti rublun kursu ilə birlikdə uçuruma gedir, iqtisadiyyat mühərrikdən məhrum olub, Qərbin sanksiyaları uzadılmaq üzrədir.

Lakin sanki bu da az imiş: hər şeylə bərabər Moskvanın əsas ticarət tərəfdaşlarından biri – Türkiyə ilə iqtisadi müharibə qızışmaqdadır. çünki görünür, türklərin vurduğu bombardmançı ilə insidentdən sonra “Kremlin sahibi”ni dayandırmaq olmayacaq.

O bu günlərdə xalqa müraciətində bildirdi ki, “Ankara rejimi əməlinə görə dəfələrlə təəssüflənəcək”. (Yeri gəlmişkən, Rusiyanın  “Ведомости” qəzeti Putinin nitqini “Türkiyə prezidentinə ismarıc” adlandırdı.) Onun sözlərinə görə, Türkiyəyə münasibətdə tədbirlərin ticarət sanksiyaları ilə məhdudlaşacağını düşünənlər səhv edirlər.

Rusiya şirkətlərində daha heç bir türk işləməyəcək

Sanksiyalar haqda qərar hələ noyabrın sonunda praktiki olaraq bir anda qəbul edildiyanvarın 1-dən türk şirkətləri üçün Rusiya bazarında məhdudiyyətlər tətbiq ediləcək, Rusiya şirkətləri isə daha türklərlə əməkdaşlıq etməyəcək. Bundan savayı, Türkiyəyə çarter aviadaşımalarına, həmçinin Türkiyənin bəzi tərəvəz və meyvələrinin ixracına qadağa qoyulacaq.

İndiyədək tərəvəz məhsullarının 20%-ə qədəri Türkiyənin payına düşürdü. Mərkəzi bankın dəyərləndirməyinə görə, yeni embarqo inflyasiyanı 0,4% sıçradacaq. Alfa-bank istehlak qiymətlərinin 1,5-2% artacağından əndişə içindədir. Bununla belə, onsuz da Rusiyada bu il inflyasiya Qərb sanksiyalarına görə, tam 15% təşkil edib.

Rusyada bu mənada heç kimin illüziyası yoxdur ki, Türkiyə də öz növbəsində Rusiyaya qarşı əks-sanksiyalar hazırlayır. Məsələn, Rusiyanın Ticarət Nazirliyi Rusiyada istehsal gücü olan bütün avtokonsernləri Türkiyənin komplektləyici məhsullarını digər ölkələrdən əvəzləmək üçün imkanlar axtarmağa çağırıb. çünki Ankara Rusiyaya komplektləyicilərin ixracını məhdudlaşdırarsa, ölkə ərazisində istehsalın dəyəri ləngimədən artacaq.

KİV-in məlumatına görə, Rusiyanın taxıl istehsalçıları daha çox təşvişə düşüblər, çünki bir neçə treyder türklər tərəfdən idxal yasağı halında itkilərdən yayınmaq naminə Türkiyəyə taxıl tədarükü haqda müqavilə bağlamaqdan eyni vaxtda imtina edib. Artıq keçən həftə Rusiyanın ixracat limanlarında buğdanın qiymətləri enib.

Rusların Türkiyədə yaxşı biznesi var idi

Demək olar ki, nikbin adam qalmayıb. Yalnız Rusiyanın ən böyük bankının – ƏmanətBankın başçısı German Qref hesab edir ki, 2015-ci ilin neqativ hadisələrinin son həddinə artıq çatılıb və 2016-cı ildə gərginliyin azalacağlna ümid bəsləmək olar. Əslində, ƏmanətBankın nikbinlik saçmağı lazımdır, çünki Türkiyə ilə sıx əlaqələri var. Məsələn, ruslar üç il əvvəl Türkiyənin DənizBankını 3,5 milyard avroya alıblar. Hər iki tərəf üçün çox şey təhlükə qarşısında qalıb. Neftin qiymətinin düşməsi və rublun kursunun çöküşü üzündən qarşılıqlı mal dövriyyəsinin həcmi bir qədər azalsa da, 2014-cü ildə 31 milyard dollar təşkil edib. Buna xidmət sahəsi də əlavə edilsə, məbləğ 44 milyard dollara çatar. Ruslar Türkiyədə türklərin Rusiyada qazandıqlarından xeyli çox qazanırdılar: həmişə ticarət kəsiri məhz Türkiyədə olub və əlbəttə, ruslar həqiqətən də məzuniyyətə Türkiyəyə getməsələr, bu kəsir daha da çox olacaq. Bosfor üstündəki ölkə üçün Rusiya ali rəhbərliyinin (o cümlədən Putinin) həmvətənlərinə Türkiyəyə getməmək tövsiyəsi xüsusilə ağrılı oldu. çünki son on ildə Almaniyadan sonra rusiyalı turistlərin ən çox səfər etdiyi ölkə Türkiyə idi. Lakin Türkiyə də rusların “Axille dabanı”ndan xəbərdardır: Qaz sənayesi.

Bu ölkə son illərdə Almaniyadan sonra “Qazprom”-un ikinci ən iri müştərisi idi. Keçən il Türkiyəyə tədarük 27,3 milyard kubmetrə çatmışd ki, bu da Almaniyaın illik qaz istehlakının üçdə birini təşkil edir.

Ankara başqa qaz tədarükçüləri axtarır

Güman etmirəm ki, ən yaxın perspektivdə nəsə ciddi şəkildə dəyişilsin. Türk hökuməti artıq yeni qaz tədarükçüləri axtarmağa başlayıb. Ankaranın təmsilçiləri dekabrın 2-də əsl “Qaz Eldoradosu” Qətərlə sıxılmış qaz tədarükü niyyəti ilə bağlı protokol imzalayıblar. Türklər oradan əvvəllər də sıxılmış qaz alırdılar, lakin yalnız qısamüddətli sazişlər çərçivəsində. Tərəflər bu dəfə uzunmüddətli əməkdaşlıq haqda razılaşa bilsə, güman ki, Rusiyada “dejavyü effekti” meydana çıxacaq: 2008-ci ilin maliyyə böhranından sonra məhz Qətər öz tankerlərini Avropaya göndərdi və oradakı bazarın önəmli hissəsini “Qazprom”-un əilndən çıxartdı.

Bundan başqa, türk emissarlar artıq Azərbaycanda da olublar. Qətərlə razılıq əldə eildikdən sonra növbəti gün baş nazir Əhməd Davudoğlu Bakıya səfər etdi və orada prezident İlham Əliyevlə görüşdü. Tərəflər açılışı əvvəllər 2018-ci ilə təyin edilmiş Transanadolu qaz kəmərinin (TANAR) inşasının sürətləndirilməsi haqda razılığa gəldilər. Türküiyə bu kəmərlə ildə altı milyard kubmetr qaz əldə edəcək. Ankara Qərbə – güney Balkan ölkələrinə və İtaliyaya daha on milyard “kub” ötürəcək. Beləliklə, istisna olunmur ki, Avropa tam on il ərzində arzusunda olduğu Xəzər qazını hətta indiyədək nəzərdə tutduğundan tez alacaq.

Baltik dənizindən ikinci qaz kəmərinin salınması şansı artır

Lakin Qərbi Avropanın qazla təchizatında Rusiya-Türkiyə savaşının digər nəticələrini də istisna etmək olmaz: ötən cümə axşamı bildirildi ki, “Qazprom” “Tük axını”nın inşası ideyasından imtina edib. Rusiyanın energetika naziri Aleksandr Novak türk tərəfi ilə uyğun danışıqların dayandırıldığını açıqladı. Bu, avtomatik şəkildə bildirir ki, AB Rusiya qazının Türkiyə ərazisindən tədarükünə güvənməli olmayacaq. Bununla belə, “Türk axını”nın inşası ideyası yalnız bu ilin əvvəlində Qara dənizin dibi ilə “Güney axını”na alternativ qismində meydana çıxmışdı. Lakin ciddi şəkildə deyilsə, türk layihəsinin gerçəklə
şdirilməsi hətta başlamağa da müvəffəq olmadı, çünki AB Türkiyə tərəfdən əlavə borunun inşası ideyasından məmnun deyildi.

Eyni zamanda güclü şübhələr var idi ki, “Qazprom” “Türk axını”ndan  yalnız Avropanı “Quzey axını”nı genişləndirməyə meylləndirməkdə alət kimi istifadə edir. Türklərlə əməkdaşlıqdan imtinadan sonra Baltikadan yeni qaz kəmərinin salınması ehtimalı güclənir.

Eduard Ştayner

Die Welt (Almaniya), 10.12.2015