XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2015 - 07:09

Amerika nəşri: Əsəd İŞİD-dən neft alır – Təhlil

Rusiyaya inansaq, Türkiyə prezidenti Ərdoğan hər gün İŞİD-dən gələn neftdən 200 min barrel neftin qaçaqmalçılığı üzrə multimilyardlıq sxem qurub və saxtakarlığa əl atıb bu nefti dünya bazarlarına ixrac edir. Məsələ İŞİD-ə gəlincə, həqiqtən də, Türkiyəni çoxdandır mülayim sakitikdə ittiham edirlər. Lakin Moskva Ankaranı daha müdhiş bir işdə – soyqırım həyata keçirdən terrorçu qruplaşmanı maliyyələşdirməkdə ittiham etdi.

Lakin əslində, İŞİD-dən kim neft alır? Türkiyə bu syahıda heç də birinci yerdə deyil, Türkiyədənsə Əsəd rejimi bu sırada daha yüksəkdə durur. İŞİD-in neftinin böyük hissəsi İŞİD-ə tabe olan ərazidəki yerli sakinlər tərəfindən alınır. İŞİD-in özünün benzindaşıyan maşınlar parkı yoxdur. Bu, resursların və canlı qüvvənin hədər itkisi olardı. Yüzlərlə vasitəçi yataqlardan nefti nəqd pula alır və yaxınlıqdakı primitiv neft emalı qurğularının sahiblərinə satır. Sahibkarların böyük qismsi İŞİD-in üzvü olmayan ərəb ailələridir. Qurğuların məhsulu yolqırağı YDM-də satılır və yaxud iri şəhərlərə daşınır.

İçİD-in neft ticarətində iştirakı neft yataqlarında sövdələşmə, həmçinin İŞİD-in öz ərazisində yığa biləcəyi rüsum, vergi və gömrük rüsumu ilə  məhdudlaşır.

İŞİD-in qeyri-leqal şəkildə hər gün 200 min barrel neft daşıdığı haqda Rusiyanın iddiası bu tezisdən qaynaqlanır ki, İŞİD, ən azı, bundan az neft hasil etmir. Lakin ABŞ-ın mayda ələ keçirdiyi sənədlərə görə, hasilat gündə 55 min barrel təşkil edir.

Ən yeni dəyərləndirmələrə görə, gündə ən çoxu 40 min barrel neft hasil edilir. Bununla bərabər, İŞİD-ə tabe olan ərazilərdə, güman ki, bu neftdən istifadə edən 5 milyondan çox adam yaşayır.

Biz bilirik ki, İŞİD-in Türkiyə ilə deyil, qonşusu ilə məxfi müqaviləsi var. Suriya rejiminin lap əvvəldən İŞİD-lə işgüzar münasibətləri var idi. Müharibənin əvvəlində yanacaq-energetika aktivlərini ələ keçirmiş “Cəbhət ən-Nusra” və digər üsyançı qruplaşmalarla olduğu kimi.

Avropa Birliyi martda ilk dəfə Corc Hasvaniyə – İŞİD-lə sövdələşmə üzrə Əsədin təmsilçisinə işarə etdi. ABŞ Maliyyə Nazirliyi noyabrın 25-də HESCO-nu (Hasvaninin mühəndis-inşaat şirkətini) təkcə neft sövdələşmələrində deyil, həm də İŞİD-in fəaliyyətdə olan neft yataqlarına xidmətdə ittiham etdi. Bu ərəfədə İŞİD-in neft infrastrukturuna aviahəmlələr dalğasında amerikalı məmurlar etiraf etdilər ki, bu şəbəkə gözlənildiyindən etibarlı və zirək çıxdı.

ABŞ Maliyyə Nazirliyinin başqa bir sənədində sentyabrın sonunda eyham var idi ki, İŞİD bu il artıq neft hasilatını artırıb. Güman ki, buna Əsədin adamı bir qədər kömək edib.

İŞİD həmçinin Əsəd rejiminə kəmərlə qaz tədarük edir. Əvəzində rejim elektrik enerjisi və digər kommunal xidmətlər təklif edir, İŞİD isə bunlara uyğun vegilər qoyur.

İŞİD-in Türkiyə ərazisindən hər gün 200 min barrel neft nəql etməsi haqda heç bir sübut yoxdur. ABŞ-ın özəl elçisi Eymos Hohsteyn dekabrın 4-də bildirdi: qaçaqmal neftin həcmi olduqca azdır, zaman keçdikcə tamamilə azalıb və son dərəcə önəmsizdir.

2014-cü ildə Türkiyəyə xam neftin deyil, qaçaqmal yanacağın daşınması haqda xeyli sübutlar var idi.  20-dən çox neft emalı zavodu bombardman edildikdən sonra İŞİD ancaq neftlə alver edir. Türkiyənin neft emalı şirkəti heç vaxt İŞİD-in neftini emal edə bilməzdi.

Bununla belə, Suriya kürdləri fəal neft ticarəti aparırlar. Rusiyanın Müdafiə Nazirliyi İŞİD-in üç əsas neftdaşınma məntəqəsinin adını çəkib. Bunların ikisi kürdlərin xeyli dərəcədə fəal olduğu ərazidə yerləşir.

Bu arada 2014-cü ildə müstəqil şəkildə neft ixracına başlayan İraq kürdləri neft kəmərindən istifadə edir, ağır nefti isə Türkiyə ərazisindən avtomobillərlə daşıyırlar. Ən azından, bir kürd məmuru deyir ki, Rusiyanın göstərdiyi benzindaşıyanlar, əslində, Bölgəsəl Kürdüstan hökumətinin sifarişi ilə neft daşıyır.

Rusiyanın iddiaları yerlərdəki gerçəkliklə təsdiq olunmur. Rusyanın Türkiyəyə İŞİD neftinin tədarükü haqda “konspiroloji nəzəriyyə”si Rusiyanın təyyarə və iki hərbçi itirdiyi 24 noyabr insidentinin birbaşa nəticəsidir.    

 

Mettyü Rid

The Daily Beast (ABŞ), 12. 12. 2015




Yuxarı Əvvələ Ana Səhifə