XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Avqust 2017 - 14:19

Rusiyalı nazir məhkəmə qarşısında:qalmaqal, yoxsa qisas?

Yuliya Smirnova

Die Welt (Almaniya), 10.08.2017

 

Çərşənbə axşamı məhkəmə qarşısında durmuş Aleksey Ulyukayev sarsılmış və sanki qocalmış görünürdü. Keçmiş iqtisadi inkişaf naziri “Роснефть” dövlət konsernindən iki milıyon dollar məbləğində rüşvət  qoparmaqda ittiham olunur. Amma o bu cür iddiaları qəti rədd edir. Proses bağlı qapılar arxasında ilkin oxunuşla başlanıb. Ulyukayev bundan sonra bildirib ki, “rəzil bir fitnəkarlıq” baş verib. Onun sözlərinə görə, ona qarşı təhqiqat “xüsusi xidmətlərin korrupsiyalamış əməkdaşlarına” əlverişlidir.

Keçən ilin noyabrında Ulyukayevin həbsi Rusiya siyasi elitasını sarsıdıb – sovet dövründən bəri ilk dəfə fəaliyyətdə olan nazir həbs olunub. Lakin bu hadisəni korrupsiya ilə güzəştsiz mübarizənin sübutu saymaq olmaz. Bu prosesə daha çox ölkədə hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi kimi yanaşılır. Və bundan mənfəəti “Роснефть”in qüdrətli başçısı İqor Seçin götürüb.

Artıq Ulyukayevin saxlandığı şəraitin özü müəyyən şübhələr doğurmuşdu. İqtisadiyyat naziri noyabrın 14-də gecədən keçmiş  Роснефть”-in mərkəzi ofisinə gəlib. Reuters informasiya agentliyi xəbər verib ki, Seçinlə şəxsi görüş haqda razılaşma olub. Ulyukayev guya orada nəqd pulla dolu iki çamadan alıb. Rusiya KİV-lərinin məlumatına görə isə, Ulyukayev bu çamadanlardan birini əlinə alıb, bundan sonra dəstəyə yaxılmış xüsusi maye onun əlində qalıb. Ulyukayevi həbs edib, çox keçmədən isə nazir postundan istefaya göndəriblər.

Guya o bu pulu “Башнефть” şirkətinin “Роснефть” tərəfindən udulması xeyrinə qərara görə qoparıb. “Башнефть”-lə bağlı bütün əhvalat əyani şəkildə göstərir ki, Rusiyada dövlət kapitalizmi necə hərəkət edir və prezident Vladimir Putinin ən yaxın çevrəsinə daxil İqor Seçin hansı nüfuza malikdir.

Neft şirkəti 2009-cu ildən “Sistem” konserninə məxusus olub, 2013-cü ildə isə “Башнефть”-lə Seçin maraqlanmağa başlayıb. Şirkətin sahibləri deyiblər ki, başqa şəxslərin də onda marağı olub və birjaya çıxmağı planlaşdırıblar. Lakin guya 2014-cü ildə “Sistem”in əsas sahibi Vladimir Yevtuşenkoya “pulların yuyulmasına” görə iş açılıb. Milyarder yalnız “Башнефть” məcburi qaydada milliləşdirildikdən sonra azadlığa çıxıb. Rusiya hökuməti iki il sonra dövlət büdcəsini doldurmaq məqsədilə özəlləşdirmə proqramını elan edib. Beləliklə “Башнефть” səhmlərinin 50%-i satmaq lazım gəlib. Şirkətdə doqquz tərəfin marağı olub. İqtisadi inkişaf naziri Ulyukayev bu “sövdə”yə qatılmağı “ən yaxşı qərar” saymayıb. Lakin yekunda Seçin qalib gəlib. “Башнефть” səhmlərinin 50,1%-i keçəın ilin oktyabrında 4,6 milyard avroya “Роснефть”-ə satılıb. Danışırlar ki, şirkət qiymətli kağzlar almağa hazırlaşan yeganə qurum imiş. Kreml və hökumət bu sövdələşməyə razılıq verib.

Doğrudanmı, Ulykayev buna görə “mükafat” almaq istəyirmiş? Rusiya sənayeçilər və iş adamları Birliyinin prezidenti Aleksandr Şoxin Bu haqda deyir: “Dəli olmalısan ki, sazişin formal siyasi və hüquqi təqdirindən bir ay sonra “Роснефть”-ə nə iləsə hədə-qorxu gələsən. Və yaxud faktiki olaraq ölkəmizdəki ən nüfuzlu adamlardan biri İqor Seçindən iki milyon dollar qoparasan”.  

O, Ulyukayevə qarşı ittihamı “nə sübut edilmiş, nə də ağlabatan” sayır. Rusiyada son illərdə yüksəkçinli məmurlar getdikcə daha tez-tez korrusiya ittihamı üzrə məhkəmələrə düşürlər: üç qubernator, İstintaq Komitəsi əməkdaşları və mədəniyyət naziri müavini. Bu tendensiyanın mümkün izahını politoloq Yekaterina Şulman verir: “Resurslar lap az qaldıqca rəqabət bir o qədər yüksək olur”.

Bundan savayı, müxtəlif hakim qruplaşmalar arasındakı mübarizə iqtisadi böhran üzündən də kəskinləşə bilər. Lakin Seçinə və yaxud Putinin ən yaxın çevrəsindən kiməsə qarşı təhqiqata başlamaq heç kimin ağlına da gəlməz. Özü də Rusiya ədliyyəsi keçmiş məmurlarla təəccüblü dərəcədə yumşaq davranır və bundan başqa, korrupsiya işləri haqda öz mülahizəsi ilə hərəkət edir. Ən pis halda Ulyukayevi 15 ilədək azadlıqdan məhrum edilmə təhdid edir, ən yaxşı halda bir neçə milyon həcmində pul cəriməsi gözləyir. Dövlət televiziyası çərşənbə axşamı ehtimal edib ki, keçmiş naziri “cüziyə yaxın” cəza gözləyir. Və bu zaman nəyin nəzərdə tutulduğu önəmli deyil.

Tərcümə Strateq.az-ındır.