XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 18:02

Türkiyə, Rusiya və İranın birgə “Şah damarı” planı –Hədəfdə İdlib və Afrindir - Təhlil

Erkam ÇOBAN, 

"Sabah" qəzeti, Türkiyə, 18.8.2017

 

Suriyadakı terror koordinasiyasına sədd çəkən “Fərat Qalxanı”nın ikinci addımı üçün hərəkətə keçilib. Əməliyyat İdlibdəki, sərhəddi (TC sərhəddini – tərc.) təhdid edən terrorçuları təmizləməyə və Afrini PKK-YPG terror ünsürlərindən təcrid etməyə yönəlik olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın ““Fərat Qalxanı” Hərəkatı ilə Suriyadakı terror formalaşdırma layihəsinin qəlbinə soxduğumuz xəncəri yeni həmlələrlə genişləndirməkdə qərarlıyıq. Çox yaxında bu istiqamətdə yeni və əhəmiyyətli addımlarımız olacaq” mesajından sonra Ankarada hazırlıqlar son mərhələyə gəlib. Yeni həmlə terror dəhlizinin “Şah damarı”nı kəsmək olacaq.

 

İkinci təhlükəsiz bölgə planı

 

Bölgədə ABŞ-ın dəstəklədiyi, Suriya Demokratik Gücləri pərdəsi altında PKK-YPG-PYD terror təşkilatı əməliyyatlar aparır. Kəşfiyyat hissələri YPG terror təşkilatının, Raqqa əməliyyatının ardından “Təhrir əl Şam” (əl Nusra) ilə mübarizə bəhanəsini önə sürərək, İdlibə girməyi hədəflədiyini açığa çıxarıb. Bölgədə yaşanan hərarətli hadisələrin ardından, Suriyada yaradılacaq atəşkəs bölgələri üçün anlaşan Türkiyə, Rusiya və İran yeni hərəkat planı müəyyən edib. Terror dəhlizinin önünə sədd çəkəcək bu planın dövrəyə girməsilə təhlükəsiz bölgələrə nəzarət məsələsində də sahədə ilk addım atılmış olacaq.

 

Bir daşla iki quş

 

Türkiyə, Rusiya və İranın üzərində anlaşdığı plan çərçivəsində Türkiyə İdlibi terrorçu qruplardan təmizləmək üçün əməliyyat düyməsinə basacaq. Əksəriyyətini Hələbdən qaçan ərəb mənşəli mülki şəxslərin təşkil etdiyi İdlib şəhəri terrorçulardan təmizlənəcək. İkinci mərhələdə isə YPG terror təşkilatının əhəmiyyətli mərkəzlərindən olan Afrin, Azez-İdlib-Hələb xəttində mühasirəyə alınacaq. YPG-nin Türkiyə sərhəddində yaradacağı təhdid də ortadan qaldırılmış olacaq. Türkiyənin Hatay-Reyhanlı sərhəd xətti təhlükəsiz bölgəyə çevriləcək, YPG-nin buradan terror transferi üçün yaratmağı planlaşdırdığı xətlər kəsiləcək.

 

Afrin atəşkəs bölgəsinə daxil edilə bilər

 

Yeni hücumla terror dəhlizinin şah damarı kəsilərkən, sahədə atəşkəs bölgələrinə nəzarətin təmin edilməsi üçün həmlə edilmiş olacaq. Atəşkəs bölgələri İdlib şəhərinin tamamını, Lazkiyə, Hama, Hələb şəhərlərinin və Humus vilayətinin müəyyən hissələrini, Şam – Şərqi Guta bölgəsini, Dera ve Kuneytra vilayətlərinin müəyyən hissələrini əhatə edir.

Planın sonrakı mərhələlərində Afrinin İdlib atəşkəs bölgəsinə daxil edilə biləcəyi dəyərləndirilir. Türkiyə sərhəddində daha artıq təhdid yaratdığı təqdirdə, Afrinə birbaşa əməliyyat fikri də masadadır. Plana son şəklini vermək üçün Türkiyəyə ilk ziyarəti İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakıri həyata keçirdi. Ikinci ziyarəti Rusiya Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov edəcək. Bu ziyarətlərdn sonra plan reallaşdırılacaq.

 

Tərcümə Strateq.az-ındır