XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 11:11

Erməni analitik: İndiki sövdələşmədə Ermənistan uduzur, Azərbaycan udur – Təhlil

Müdafiə və təhlükəsizlik məsələləri üzrə “Jane’s Intelligence London” analitik mərkəzinin eksperti Lilit Gevorkyan bildirib: “Hətta Ermənistan hökuməti Rusiya tərəfdən hazırlanmış istənilən sənədi imzalamağa hazır olsa da, Rusiya Ermənistan cəmiyyətini, xüsusən də sərhəddə durmuş əsgərləri geri çəkilməyə və yaxud Azərbaycana ərazi verməyə vadar edə bilməz”.

Analitik “Jamanak“la söhbətində Sergee Lavrovun “sülh proqramı” haqda dəqiqləşdirilməmiş məlumatları şərh etdi.

“Коммерсант” qəzeti Rusiya Xarici İşlər nazirinin İrəvan səfərindən sonra yazdı ki, Rusiya Qarabağ probleminin həlli proqramını hazırlayıb. Sənədə görə, guya Ermənistan tərəfi “işğal edilmiş ərazilər”in böyük hissəsini Azərbaycanın Dağlıq Qarabağ Respublikasını tanımayacağı, lakin problemi hərbi yolla həll etməyəcəyi vədi əvəzində Azərbaycana  verir.

Bu məlumatlar yayıldıqdan sonra Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov tez-tez bildirir ki, Sergey Lavrov Qarabağ məsələsinin həlli üçün təklif verib. Güman edilir ki, bu “təkliflər” Lavrovun “sülh proqramı”nın eynisidir.

Rusiyanın belə bir proqramının olub-olmadığını söyləmək çətindir. Lilit Gevorkyan hesab edir ki, danışıq iştirakçılarından başqa heç kim bu suala dəqiq cavab verə bilməz, lakin digər tərəfdən, bu haqda yetərincə uzun müddətdir danışırlar ki, bu da pərdə arxasında həqiqətən də sövdələşmə cəhdinin edildiyini göstərir.

Həmsöhbətimiz dedi: “Rusiyanın böyük problemləri var, çünki hətta belə bir problem olsa da, Ermənistan əhalisinə ciddi təsirə malik deyil. Bu sövdələşmədən Ermənistan uduzur, Azərbaycan udur. Lakin hətta Ermənistan hökuməti ruslar tərəfdən təklif edilən istənilən sənədi imzalamağa hazır olsa da, Rusiya Ermənistan cəmiyyətini və xüsusən də sərhəddə durmuş əsgərləri geri çəkilməyə və yaxud ərazini verməyə məcbur edə bilməz. Mən düşünürəm ki, bu, mümkün olsaydı, tərəflər hələ əvvəllər müəyyən güzəştli həllə nail ola bilərdi”.

Ekspert qeyd etdi ki, Qarabağ məsələsini Avrasiya Birliynə daxil olmaqla qarışdırmaq lazım deyil, çünki Avrasiya Birliyinin Avropa Birliyi ilə əvəzlənməsi ermənilər üçün ağrılı məsələ deyil, Qarabağ məsələsi isə tamamilə başqa bir səviyyədir. Bu, təkcə Ermənistan ermənilərinin deyil, dünyanın bütün ermənilərinin məsələsidir. “Bu məsələ birbaşa milli sinirlərə təsir edir. Bu cür məsələlər asanlıqla həll olunmur, sadəcə, bu status-kvoda yeganə problem budur ki, sərhəd xəttində durum erməni tərəfinin zəif siyasəti və Azərbaycanın yetərincə aqressiv siyasəti sayəsində kəskinləşir və “dondurulmuş” münaqişədən, necə deyərlər, aşağı intensivlikli münaqişəyə çevrilir. Təəssüf ki, hər iki tərəfdən insan qurbanı daha da artır, həmçinin daha böyük toqquşmalar ehtimalı çoxalır”.

“Jane’s Intelligence-“in aparıcı analitiki Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı görüşündən hansı gözləntilərin olduğu barədə sualı cavablandırarkən qeyd etdi ki, çətin ki, bu görüşdə hansısa həll tapılsın, çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələyə maraq göstərmirlər. Onların diqqəti tamamilə başqa problemlərə cəmlənib.

O dedi: “Əlbəttə, narahatlıq var ki, münaqişə artıq “dondurulmuş” durumda deyil, yəni təmas xəttində toqquşmalar daha da tezləşib. Həm Azərbaycan, həm də Ermənistan prezidentlərində bu poblemin necə həll edlə biləcəyi haqda hansısa bir ciddi görüş yoxdur. Hər iki prezidentin yanaşmasını “zero-sum”, yəni “ya hər şey, ya da heç nə” adlandırmaq olar ki, bu da problemin beləcə açıq qalacağını bildirir. Fəal yaxud yarıfəal münaqişə isə Rusiya üçün olduqca yaxşı imkandır ki, Dağlıq Qarabağ məsələsini Ermənistan və Azərbaycana təzyiq rıçaqı qismində istifadəni davam etdirsin”.

Ekspertin təsəvvürüncə, erməni tərəfi uzun müddət və effektsiz şəkildə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən hücuma görə Azərbaycanı daha aydın şəkildə tənqid etməyi xahiş edir, lakin İrəvanın rəyi ciddi dəstək qazanmır. Ermənistan tərəfi Azərbaycana ciddi cavab vermədən gərginlyi zəiflətmək cəhdlərini davam etdirir. Bundan başqa, Qarabağ məsələsində Ermənistanın yeni taktikasının (ümumən əgər varsa) hansı olduğu aydın deyil. Lakin aydındır ki, Ermənistan hökuməti əsas resurslarını Konstitusiya dəyişiklikləri yolu ilə hakimiyyəti oliqarxların əlində saxlamaq üçün istifadə edir.

Lilit Gevorkyan əlavə etdi: “Yeni müharibə Ermənistanın milli maraqlarına qarşıdır, lakin İrəvanın indiki taktikası işləmir, çünki Azərbaycan yeni, daha təhlükəli silah növlərindən istifadəyə keçib. Hesab edirəm ki, Bakının bu addımları daha çox daxili siyasi hədəflərə xidmət edir. Azərbaycan iqtisadiyyatı son dərəcə ağır vəziyyətdədir və manatın yenidən dəyərsizləşməsi mümkündür ki, bu, sadə azərbaycanlılar üçün Qarabağ məsələsindən daha ağrılı olacaq. Sərhəddəki toqquşmalar cəmiyyətin diqqətini yayındırmaq üçün yaxşı vasitədir. İrəvanın passiv mövqeyi göstərir ki, onun yeni və yaxud alternativ taktikası yoxdur”.

 

Aram Sərkisyan

Zhamanak (Ermənistan), 16.12.2015