XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

22 Dekabr 2015 - 05:36

Erməni mətbuatı: “Qərb bizdə həyata keçirilən seçkilərin saxtalaşdırılması prosesinin qəyyumu və vəkili oldu”

İŞİD – nəticədir. Səbəb – SSRİ dağılandan sonra ABŞ-ın monopoliyası və son 25 ildə həyata keçirdiyi siyasətdir. Beynəlxalq arenada təkbaşına hegemoniya Vaşinqtonu şıltaq və ağlına gələni edən və yalnız bundan sonra düşünməyə başlayan sırtıq uşağa çevirdi. Bu monopoliya ABŞ-ı rasionalizm mühitindən həyasızlıq və diletantizm müstəvisinə keçirdi. Nəticələr göz qabağındadır: alovlara bürünmüş Yaxın Şərq, bütün dünyada terrorizmin misli görüməmiş təzahürü, insan faciələri, qaçqınlar…

Amerka elitası və onun əlavə çıxıntısı olmuş Avropa Birliyi bütün “özgələr”ə arı-seçkilik sərgiləyir. Həm də bütün bunlar tolerantlıq, humanizim və insan haqları təbliğatı ilə paralel şəkildə baş verir.

Qərbdə demokratik dəyərləri müdafiə edirlər, lakin müstəsna şəkildə ancaq özləri üçün. Yaşamaq haqqı müqəddəs haqdır, lakin yalnız onlar üçün və s.

Qeyd edək ki, Qərbin bugünkü davranışı özünəməxsus irqçilikdir. İndiki halda siyasi Qərbin vətəndaşları “arilər” hesab olunur, qalanları isə heç nədir və onlarla ağlın kəsən kimi davrana bilərsən. Başqalarının həyatı qara qəpiyə də dəyməz.

ABŞ öz biznes maraqları və geopolitik hesablamaları xatirinə bütün Yaxın Şərqi qarışdırıb və hazırda birbaşa onun fəaliyyətinin nəticəsi olan İŞİD-lə mübaizə aparmağa cəhd edir, lakin artıq bacarmır, çünki cin şüşədən buraxılıb. Parisdə baş verənlərdən sonra böyük hesabla heç nə dəyişilməyib. Fransa prezidenti Fransua Olland bildirdi ki, Bəşər Əsəd rejimi ilə deyil, İŞİD-lə mübarizə düzgün olardı. Lakin bunların hamısı ancaq sözlərdir, çünki bugünkü Fransa hərbi planda az şey deməkdir. ABŞ AB-nin, o cümlədən Fransanın təhlükəsizliyinə zamin durub. Birləşmiş Ştatların öz maraqları var, buna görə də “orada öldürülmüş hansısa bir neçə yüz min nəfər”ə, Parisdəki teraktın qurbanlarına və milyonlarla qaçqına görə, deyək ki, Türkiyə və yaxud Səudiyyə Ərəbistanı ilə münasibətlərini zərbə altında qoymaq istəmir. Söz yox, Parisdə baş verənlər ABŞ üçün arzuolunmaz idi, lakin Qərb nefti insan qanından yüksək tutmağı davam etdirir. Qərb insan həyatı bahasına siyasət yürütməyi davam etdirir. Son nəticədə elə onun özünə qarşı yönələcək siyasəti.

Yeri gəlmişkən, Qərb Ermənistana münasibətdə də iqrçi yanaşma sərgiləyir. Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, bizim xalq Rusiya-Qərb qarşıdurmasında xırda pul olmalıdır və Ermənistan vətəndaşları firavan həyata layiq deyillər.

Məsələ burasındadır ki, Ermənistan hökuməti antirusiya sayılan prosesə girmək hazırlığını dilə gətirib xırda pul olmaqda Qərbə razılıq verdi, Qərb bizdə həyata keçirilən seçkilərin saxtalaşdırılması prosesinin qəyyumu və vəkili oldu. Qərb ERP-ı (hakim Ermənistan Respublika Partiyasını) öz qanadları altına aldı, çünki partiyanın rəhbəri (prezident Serj Sərkisyan) Ermənistanda antirusiya isteriyasının informasiya sponsoru oldu (və olmağındadır). Yəni məsələ xalqa və Ermənistanın geopolitik maraqlarına gələndə Qərb (ümumbəşəri) dəyərləri Qərb üçün ikinci dərəcəli oldu.

Bütün bunlar göstərir ki, Qərb, daha doğrusu, Qərb ölkələrinin siyasi elitası tənəzzülə uğrayıb və ümumbəşəri dəyərləri ayrı-seçkiliklə müdafiə edir.

Qərb irqçiliyinin özəllikləri bu cürdür. Həm də təbiidir ki, bu qeyri-insani ideologiyanın törəməsi daşıyıcısı İŞİD olan daha müdhiş ideologiya olmalıdır.

Qərb irqçiliyi və İŞİD – siam ekizləridir.

Qeyd etmək lazımdır ki, Amerika monopoliyası nəticəsində Qərb beynəlxalq səhnədə öz “yumşaq güc”ünü və  cazibədar özəlliyini itirir. Bu isə, ən azı, ona görə yaxşı deyil ki, ümumbəşəri dəyərlərin daşıyıcıları olan mərkəzlər milyonlarla insanın uğrunda öz həyatını qurban verdiyi həmin ideyaları (demokratiya, insan haqları, sağlam rəqabət və s.) döyəcləyir.

İŞİD-ə yalnız Qərb dəyərlərinə ayrı-seçkiliksiz yanaşarkən qalib gəlımək olar. Əks halda, doğrudan da, Qərbin qürubu yetişəcək.

 

Koryun Manukyan

7or (Ermənistan), 21.12.2015