XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2015 - 12:49

Fransa mətbuatı: Putin Yaxın Şərqə öz düzənini gətirir – Təhlil

Putin dünyanın əsl sahibi olub? İstənilən halda Suriyadakı son hadisələr xəbər verir ki, Rusiya ABŞ və Səudiyyə Ərəbistanına öz baxış nöqtəsini qəbul etməyə məcbur etdi. Antiputin fəryadlarının arxasında isə Qərbin Suriyadakı sarsıdıcı məğlubiyyəti gizlənir.

Yadınızdadırsa, Barak Obamanın başında yeganə bir fikir var idi: Bəşər Əsədin hakimiyyətini Səudiyyədən idarə edilən rejimlə əvəz etmək. Fransua Olland böyük fransız monarxlarına və general de Qolla layiq bəsirət sərgiləyib bu kursu dəstəklədi ki, aşkarca ərəb ölkələrinin bir neçə “Rafale” (qırıcı təyyarə-red.) almağına şərait yaratdı. Məgər Dasso ailəsinin (yəhudi mənşəli Fransa milyarderi-red.) varlılığından önəmli nəsə var?

Bəd dillər xatırlayır ki, ABŞ və Fransa Suriya prezidentinə əngəllər törətmək üçün əvvəlcə İŞİD-ə silah verirdi. Və bu ruhlandırıcı siyasət son nəticədə öz qəfəsindən sıçrayan bədheybəti yemlədi.

Təhlükəsizlik Şurası bu gecə terrorçu hərəkatlar istisna olmaqla Əsədlə danışıqlar haqda qətnaməyə səs verdi. Həm də Rusya keçid prosesinin nəticəsi üzrə Əsədin getməyi ilə barışdığını rəsmən bildirirsə, ABŞ və Fransa bir neçə həftə öncə əksini desə də, onu daha dialoqun ilkin şərti kimi nəzərdən keçirmir.

 

Putin Ər-Riyadı yerində oturdur

 

Con Kerri son bir neçə həftədə Vyanada dünyanı sıraya düzməyə cəhd edir. Bu qaynar fəaliyyət hər halda öz nəticəsini verdi: Suriya məsələsinin siyasi həllinə yol açıldı. Bu, eyni zamanda Qərbin Yaxın Şərqdəki nüfuzunun düşməyinin təsdiqi oldu: Rusiya onun üçün əlverişli qüvvələr nisbətini tam şəkildə təsdiq etməyincə və “müxalifət”in tam məğlubiyyəti nəticəsində Əsəd rejiminin hakimiyyətini bərpa etməyənə kimi, ABŞ danışıqlar aparmaq istəyir.

Əməliyyatdan daha çox bu ölkədəki piyadalarını var gücüylə xilas etməyə çalışan Səudiyyə Ərəbistanı itirir. Ərəbistanlılar İŞİD-dən kənardakı bütün Suriya müxalifətini birləşdirməyə cəhd edb təkcə konfrans keçirmədilər, həm də Suriya ordusuna Rusiyanın dəstəyi ilə əraziləri qaytarmaq imkanı verməmək üçün əyri tikilmiş İslam alyansı yaratmağa səy etdilər.

Putin üçün növbəti addım daha əlverişli qüvvələr nisbəti formalaşdırmaq və danışıqlarda mövqeyinin gücləndirilməsi üçün ərəbistanlıların və türklərin dəstəklədiyi islamçı hərəkatlarn tam əzilməsi olacaq. Bu, üç ünsürü birləşdirir.

Birincisi, Rusiya aviasyası Suriya müxalifətini durmadan bombalayır.

İkincisi, Rusiya və İran diplomatları aydın şəkildə bildirdilər ki, danışıqlarda terrorçu-islamçı hərəkatların təmsilçilərinin iştirakına yol verməyəcəklər. Bu, birinci növbədə Ər-Riyaddakı konfransın “müsəlman özünüdərki”ni yetərincə vurğulamadığını hesab edən və Suriyada ən güclü silahlı hərəkat olan “Əhrar əş-Şam“a aiddir.

üçüncüsü, Rusiya Suriya-Türkiyə sərhəddinin bağlanmasını tələb etməklə hərəkatı arxa bazalardan ayırmağa cəhd edir.

 

İŞİD-in zəifləməyi Rusiyaya əl verir

 

Əlbəttə, bütün bunlar İŞİD-in aşkar zəifliyi olmadan mümkün deyil. İŞİD-in son iki hücumu fəlakətlə nəticələndi. Birincisi ölkənin quzeyində baş verdi: onu kürdlər dəf etdilər. İslamçılar ikinci uğursuzluğa İraqda Ər-Ramadidə məruz qaldılar. İŞİD əvvəllər hər yerdə (məsələn, xristianların izinin də qalmadığı Mosulda) ölüm və dağıntı saçırdısa, indi tam məğlubiyyət perspektivinə ciddi şəkildə yanaşır. Onun Liviyanın Sirt şəhərindki möveləri haqda hamıya çoxdan məlumdur. Bundan başqa, Əfqanıstanda da zəmin hazırlamağa başlayıb. Bütün bunlar tam və sözsüz məğlubiyyət vəd edir və bu faktı izah edir ki, ərəb-Qərb alyansı mümkün qədər tez danışıqlar aparmağa və mövqelərini bərkidən, son beş ildə Əsədə qarşı göstərilən bütün səylərin bəhrəsini gömmək hədəsi gələn Putin qarşısında simasını qorumağa çalışır.

 

Putin Avropaya qarşı

 

Avropa Rusiyanın bu cür şəraitdə aşkar qələbəsi müqabilində ABŞ-ın itaətkar vassalı rolunu oynayır. AB Ukrayna böhranına görə cəfəngiyyat antirusiya sanksiyaların müddətinin uzadılmasına səs verdi. Yadınızdadırsa, sanksiyalar Almaniya, İrlandiya və Niderlandla  rəqabətə tab gətirməyən fransız heyvandarlarına da ciddi zərbə vurur. Lakin hər şeydən göründüyü kimi, kənd təsərrüfatının durumu Fransa hökumətini narahat etmir. Təkcə italyanlar Avropadakı antirusiya tendensiyasını bir təhər səngitməyə cəhd edirlər.

Yeri gəlmişkən, Almaniya Rusiya ilə münasibətlərdə öz üstünlüyünü inkişaf etdirməyi qət etdi və İtaliyaya xeyir edən “Güney axını”nı əngəlləyib ona sərfəli “Quzey axını” qaz kəmərinin genişləndirilməsini təklif etdi. Angela Merkel Avropa maraqlarını öz “həyat məkanı”ndan uca tutmaqda açıq şəkildə maraqlı deyil.

 

Fransanın iflası üçün Ollanda “təşəkkürlər”

 

Bu olaylar silsiləsi Fransua Olland üçün tam iflas deməkdir. Fransa nəinki İŞİD-ə qarşı öz koalisiyasını formalaşdıra bilmədi, həm də faktiki olaraq Rusiya məsələsi üzrə Avropada artıq heç nə deməkdir.

Biz necə də aşağılandıq… Bircə bu rejim tez getsəydi…

 

Erik Verhege

Atlantico (Fransa), 23.12.2015




Yuxarı Əvvələ Ana Səhifə