XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

20 Sentyabr 2017 - 09:25

Suriya müharibəsinin altqatı açılır:Amerika, Rusiya və kürdlər ölkənin neft-qaz yataqlarını bölüşdürür – Təhlil

Nidal Həmədə

Al-Ahed News Website (Livan), 19.09.2017

 

Qərb qaynaqları Al-Ahed News Website-a xəbər verib ki, Rusiya Deyr-əz-Zorda hərbi baza salmaq istəyir. Bu şəhər Rusiya üçün həm bölgə, həm də beynəlxalq səviyyədə strateji mərkəzdir və Moskva Xmeymimdən sonra böyüklüyünə görə ikinci bazanı məhz burada inşa etmək arzusundadır.

Bundan başqa, Qərb qaynaqları Moskvanın Deyr-əz-Zorda bu qədər maraqlı olmasının bir neçə səbəbini göstərib.

1.Böyük məsafə nəticəsində Suriyanın şərqi və mərkəzində hava uçuşları üçün Xmeymim aviabazasından istifadənin çətinlikləri. Bu şəraitdə Deyr-əz-Zordakı aerodromdan yararlanmaq daha üstün olardı. 2.Deyr-əz-Zorun yaxınlığında Amerikanın İraqdakı bazaları yerləşir.

3. Deyr-əz-Zorun yanında Suriyanın böyük neft yataqları var və Moskva bu yataqların işlənməsinə vəsait qoymaq istəyir. Bundan başqa, bu yataqlar Suriyanın bərpası prosesində böyük rol oynayacaq.

4.Yeni baza “Suriya Demokartik Qüvvələri”nə ölkənin ən böyük yataqları yerləşən cənubunda Fəratı keçməkdə mane olmağa yardım edər.

Qaynaqlar xəbər verir ki, Suriyada 55-ə yaxın neft və qaz yatağı var, bunun 30-u Deyr-əz-Zord bölgəsindən şərqdə yerləşir. Suriya hökuməti 17 neft-qaz yatağına nəzarət edir və burada hasilat Suriyanın ümumi neft-qaz istehsalı həcminin 23%-i təşkil edir.

Qaynaqlar həmçinin qeyd edir ki, “Suriya Demokartik Qüvvələri” alyansına daxil olan kürd qüvvələri hasilatın ümumi həcminin 10%-dən azını istehsal edən beş yatağa nəzarət edir. Halbuki “qızılı” deyilən vilayətdə Suriyada bütün neft və qazın 67%-nin və ümumi milli istehsalm həcminin 56%-nin hasil edildiyi yataqlar yerləşir. Birləşmiş Ştatlar istəmir ki, hökumət gücləri bu rayona gəlsin və Suriya ordusunun Fəratı keçəcəyi və şərq yaxasında görünəcəyi halda bombardmana başlamaq hədəsi gəlir.

Deyr-əz-Zopr mühasirəsinə üç ildən çox müdətdə mətinliklə tab gətirən Suriya ordusu və müttəfiqləri mühasirə götürüldükdən sonra elan edib  ki, Deyr-əz-Zorun ələ keçirilməsi qaçılmazdır və Suriyada İŞİD qüvvələri artıq tükənməkdədir. Amerika helikopterləri keçən həftə məhz buna görə Deyr-əz-Zordan terrorçu təşkilat liderlərinin gizlicə təxliyəsi prosesinə başlayıb.

Qaynaqlar qeyd edir ki, Dəməşqdə İŞİD əhvalatının sonunu müşahidə edən Pentaqon yaraqlıların və onların “müşavirləri”nin başqa bölgələrə, məsələn, Əfqanıstana daşnması üzərində işləyir. Lakin bir məsələ açıq qalır – Birləşmiş Ştatlar Suriyada öz missiyasını bitiribmi?

Eyni zamanda “Suriya Demokratik Qüvvələri” Amerika xüsusi təyinatlılarının dəstəyi ilə bir neçə ay qabaq Rakka şəhərində başlanmış hərbi əməliyyatları başa vurub Deyr-əz-Zora sarı yollanırlar. Kürd qüvvələri bu bölgədə iki məqsəd güdürlər.

Birinci məqsəd Deyr-əz-Zorun şimal və şərqində yerləşmiş və Suriya iqtisadiyyatının incisi sayılan geniş neft yataqlarını ələ keçirməkdən ibarətdir.  

İkinci məqsəd Fərat çayı boyunca “yerüstü körpü” üzərindən cənuba uzanaraq Bağdaddan keçməklə Dəməşqlə Tehranı birləşdirə biləcək Suriya-İraq sərhədi üzərində nəzarət təşkil etməkdir.

Bütün bunlar münaqişənin yekun mərhələsi fonunda baş verir.

Birləşmiş Ştatlar kürdlərin Deyr-əz-Zora irəliləməyini dəstəkləyərək öz növbəsində üç geopolitik hədəf güdür.

1.Vaşinqton Suriya hökumətinin bölgədə iştirakını zəiflətməyə cəhd edir.

2.Amerika İraq-Suriya sərhədində kürd müttəfiqləri üzərində nəzarət vasitəsilə Suriya və Livanda İran nüfuzunun güclənməsini dayandırmağa ümid edir.

3.Birləşmiş Ştatlar özünü İsrailin təhlükəsizliyini təmin etməkdə borclu hesab edir.  

Yada salmaq yetərlidir ki, İsrail Trampa Amerika qoşunlarını Suriyadan çıxarmağa imkan verməz ki, ABŞ-ın Fərat çayı sahilləri boyunca öz iştirakını saxlamaq cəhdi anlaşılsın.

Yerüstü qüvələr bölgüsünə gəlincə, Deyr-əz-Zor uğrunda qov-qaç Suriya ordusu və bölgədəki müttəfiqlərinin tərəfindədir, çünki onlar artıq dərinliklərə irəliləyirlər. Suriya ordusu nəyə başa gələcəyindən asılı olmayaraq Əbu-Kamal şəhəri istiqamətində Fəratı keçmək qərarını elan edib. Suriya müharibəsi sona yaxınlaşır və Vaşinqton bunu etiraf edir. Tərəflərin fəallaşması və Suriya müharibəsini bu ilin sonuna qədər yekunlaşacağı haqda Rusiya-Amerika razılaşması bundan xəbər verir.

Tərcümə Strateq.az-ındır.