Terrorçu qurumla ilgilərini gizlətməyən separatşı siyasi partiyanın lideri Türkiyənin böhranlı münasibət yaşadığı ölkəni ziyarət edir və yüksək səviyyədə qəbula layiq görülür. Söhbət nədən gedir? Xalqların Demokratik Partiyasının (XDP) həmsədri Səlahəddin Dəmirtaşı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qəbul edib. Hansı tərəfdən yanaşsan, bir şey aydındır: bu addım XDP-ni çıxılması olduqca çətin olan çərçivəyə pərçimləyir. Eyni zamanda bu gediş Ankaraya aşkar meydan oxumaqdır – xüsusən də Lavrovun “Biz Suriyada silahlı kürd qruplarını dəstəkləməyə hazırıq” siqnalı nəzər alınmaqla.
Lakin hər şeydən öncə Suriyada kürdlərə dəstək mövzusuna toxunaq, Rusiya Xarici İşlər nazirinin sıradakı sözlərinə diqqət yetirək: “XDP Türkiyədə yaşayan bütün etnik qrupların hüquqlarının təmin edilməsi ilə bağlı siyasi platformaya malikdir və biz həmişə bu xətti müdafiə edirik”.
Rusiyanın öz sərhədləri daxilində üzləşdiyi problemlərə baxarkən etnik azlıqları təmsl erdən partiyalara nə qədər iltifatlı olduğu haqda məsələ olduqca mübahisəlidr. Lakin aydındır ki, Moskva “kürd kartı”nı təkcə Suriya oxu üzrə deyil, daha geniş miqyasda istifadə etməyə cəhd edir. Lavrovun Suriyada silahlı kürd qruplarını dəstəkləmək bəyanına qayıdaq. ölkədəki məsələlərin vəziyyətinə baxsaq, aydın olur ki, bu axtarış və ilgilər heç də yeni deyl. PKK-nın Suriyadakı davamı kmi qavranılan “Demokratik Birlik” partiyası (PYD) Suriyada vətəndaş müharibəsinin lap əvvəlindən kimin tərəfini tutacağını heç cür təyin edə bilmirdi. Qeyd edilməlidir ki, PYD bütün bunları öz iradəsilə etmirdi. Bu qurum çıxış yolunu olduqca müxtəlif oyunçularla ittifaqda axtarırdı, lakin hələ də Dəməşq rejimi ilə əlaqəni qıra bilməyib. PYD-nin Suriyanın quzeyində yüksəlişində Suriya kəşfiyyatının və Tehranın rolu nəzərə alınsa, “Rusiya dəstəyi” nə iləsə gözlənilməz görünmür. Bir yığın sübut və dəlil axtarmağa ehtiyac yoxdur.
Rusiya prezidenti Vladimir Putin sentyabrın sonunda BMT Baş Assambleyasının toplantısında “terrorizmlə mübarizədən” (və İŞİD-i nəzərdə tutaraq) danışıb bildirdi ki, Suriyada bu müharibəni ancaq Suriya ordusu və kürdlər aparır. Bu gün bu “bərabərliyi” Türkiyədə daxili balanslarda da fəallaşdırmaq istəyi var və bu cür təhlükə qarşısında ciddi və dayanıqlı strategiya hazırlamaq tələb olunur.
Türkiyə bu gün öz tarixi ərzində PKK ilə ən şiddətli mübarizə aparır. Terrorçu qurum ağır itkilər verir, lakin bu, əsla bildirmir ki, məqsədə yaxınıq. Təəssüf ki, bizim coğrafi durumun özəllikləri bu cürdür: bu cür təşkilatların yeni üzv tapması çətin deyil.
Biz terrorizmlə mübarizədə lap sonadək ədalətli, qanuni addımlar atmağı davam etdirməli və problemin qaynağını, həmçinin bu problemin zəminində qarşımızda meydana çıxan ittifaqları görməliyik.
Sergey Lavrov Dəmirtaşla danışıqlar masası arxasna əyləşib Suriyada silahlı kürd qruplarına dəstək siqnalı verirsə, bu o deməkdir ki, Rusiya Türkiyənin daxili balanslarını sözün tam mənasında hədəfə götürür.
Nasuhi Güngör
Star gazete (Türkiyə), 25.12.2015