XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2017 - 21:31

Kürd referendumu Yaxın Şərqi qaynatdı:Türkiyə-Rusiya-İran-İraq oxu hərəkətə gəldi - Təhlil

İsmet Özçelik

"Aydinlik Gazetesi" (Türkiyə), 25.09.2016

 

İraq Kürd Regional Administrasiyasının (İKRA) müstəqillik referendumu keçirmək qərarı bölgəni qarışdırıb. Türkiyə, Rusiya, İran, İraq arasında fəal hərəkət müşahidə olunur. Səbəb – “ikinci İsrail”dir.

İran Baş Qərargah rəisi 38 ildə ilk dəfə Ankarada olub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu danışqılardan sonra qəflətən Bağdada yollanıb. Bu yaxınlarda isə İraq Baş Qərargah rəisi Osman əl-Qənimi Ankarada olub.

 

Putinlə danışıqlar

 

Xəbər verilir ki, prezident Ərdoğan bu gün – sentyabrın 25-də Putinlə telefon söhbəti edib. Onlar cümə axşamı isə birgə şam yeməyi yeyəcəklər. Bir həftədə iki təmas! Bu, diqqət çəkir..! Günün əsas gündəliyi İraq və Suriyadır.

 

İrana səfər

 

Türkiyə Baş Qərargah rəisi Hülusi Akar ən yaxın günlərdə İrana yollanacaq. Akarın ardınca prezident Ərdoğan Tehrana səfər edəcək. Oktyabrın 4-də baş tutacaq səfərin gündəliyində eyni məsələlərdir. Əlamətdardır ki, bu dövlətlərlə münasibətlərdə “Baş Qərargah rəisləri” ön plana çıxır. Bütün bunlar məlum hadisələrdir. Lakin ictimai rəyə açıqlanmayan təmaslar da tam sürətlə gedir.

 

Başqa yol yoxdur

 

Bu hərəkət Türkiyənin Suriya ilə münasibətləri baxımından da önəmlidir. Hazırda Suriya ilə təmasların təməli qoyulur. Hər şeyə əsasən, hazırda dolayı şəkildə gedən danışıqlar qarşıdakı dövrdə birbaşa keçəcək. Türkiyə Ədalət və İnkişaf Partiyası bölgə və Avrasiya ölkələri ilə əməkdaşlığın bu yolundan dönə bilərmi?

Bu, indiki anda siyasi dəhlizlərdə müzakirə olunur. Dərhal deyək ki, bunu etmək asan olmayacaq.

Türkiyə üstünlük vermək deyil, zərurət üzündən Avrasiyaya üz tutub. ABŞ "dərin dövlət"inin ən önəmli fiqurlarından biri Zbiqnev Bjezinski bunu 30 il öncə görüb. O, “Böyük şahmat lövhəsi” kitabında təsdiq edib ki, Türkiyənin maraqları Avrasiyadadır.

Biz hazırda məhz bu prosesdən keçirik. Bu, Türkiyənin maraqlarıdır. Hətta bəzi xırda tərəddüdlərə baxmayaraq, başqa yol yoxdur!

Tərcümə Strateq.az-ındır.