XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 17:48

Kataloniya referendumu:nəticələr bütün Avropanı silkələyəcək – Təhlil

Saymon Tisdoll

The Guardian (Böyük Britaniya), 02.10.2017


Kataloniyanı nadir nümunə saymağına dəyməz: bütün Avropada müxtəlif qruplar öz eyniyyətlərini yenidən nəzərdən keçirməyə can atır və mərkəzləşdirilmiş dövləti rədd edir.

 

İspaniya hökumətinin qaba qüvvə vasitəsilə Kataloniyanın müstəqillik referendumunu boğmaq cəhdləri Avropa Birliyi üzvlərinin əksəriyyətində İspaniyanın demokratik normalara sadiqlik dərəcəsinə dair xeyli sual doğurub – faşist diktator Fransisko Frankonun ölümündən 42 il sonra. Belçika baş naziri Şarl Mişel Avropa Birliyi təmsilçilərinin rəyini ifadə edərək Tvitterdə yazıb: “Zorakılıq heç vaxt cavab olmamalıdır”.

Bununla belə, Madridin əksər çoxluq tərəfindən qaba və əttökən hiperreaksiya kimi tənə vurulan döyüşkən mövqeyi bütün Avropa Birliyində potensial separatçılar üçün olduqca ziddiyətli siqnal rolunu oynadı. Bunun məğzi bundan  ibarətdir ki, BMT nizamnaməsində yazılmış öz müqəddəratını universal təyinetmə hüququna uyğun keçirilən dinc kampaniyalar, zorakılığı istisna edən və ənənəvi siyasi vasitələrlə həyata keçirilən kampaniyalar son nəticədə iflasa məhkumdur. Başqa sözlə, zorakılıq yeganə cavabdır.

Bağşlayın, Şarl.

İspaniya baş naziri Mariyano Raxoy

 

İspaniya baş naziri Mariyano Raxoy məhkəmələrin qeyri-legitim saydığı bu referendumun qabağını almaq üçün əlindən gələni edib, amma onun çağırış və hədələri inandırıcı çıxmayıb. Demokratiya məhz belə də görünür. Raxoyun bunun ardınca demokartiyanın təqdim etdiyi təməl hüquqlardan istifadəni qət etmiş vətəndaşlara öz iradəsini zorla qəbul etdirmək üçün fiziki güc işlətmək qərarı İspaniyanın keçmişi haqda  qorxuducu xatırlatma və gələcəyin dedikcə qaranlıq müjdəçisi oldu.

Bu, diktaturadır.  

Əlbəttə, əslində, heç kim inanmır ki, nəticədə yüzlərlə adamın yaralandığı qanlı bazar günü toqquşmalarından sonra Kataloniyanın müstəqillik meyli sönəcək. Ehtimal ki, əksinə, Raxoyun  hərəkətləri bu kampaniyanı yeni, daha radikal mərhələyə keçirib və ola bilsin, yeni toqquşmalar üçün zəmin, qarşılıqlı zorakılıq və ölkənin başqa hissələrində, məsələn, iqtisadiyyatca mağmun Qalisiyada bu cür etirazlar hazırlayıb. ETA separatçılarının nəticədə 800 nəfərin həlak olduğu və minlərlə adamın yaralandığı sürəkli terror kampaniyası apardığı Basklar ölkəsində müstəqillik arzusu təhlükə altında qalıb, amma unudulmayıb. Təhlükə bundan ibarətdir ki, Madridin onları yaddan çıxardığına əmin olan və Barselonada baş verənlərdən hiddətlənən daha gənc baskların yeni nəsli, bəlkə də, ETA-nın 2010-cu ildə qəbul etdiyi müddətsiz barışıq və tərki-silah haqda qərarını yenidən nəzərdən keçirmək istəyəcək.

Hökumətin Kataloniyada referendumu boğmaq cəhdindən sonra zəncirvari reaksiya İspaniya hüdudlarından qırağa çıxa bilər. ETA təşkilatı keçmişdə Şimali İrlandiyadakı kəskin münaqişə dövründə müəyyən bir məqamda İrlandiya Respublika Ordusu (İRO) ilə gizli əlaqələr saxlayıb. Bu iki qruplaşma o zaman təcrübələrini bir-biri ilə fəal şəkildə bölüşüb. Belfast da Bilbao kimi narazı azlığın devolyusiya (latınca: mərkəzi hökumətin müəyyən səlahiyyətləri yerli hökumətə verməsi-tərc.), məhdud  muxtariyyət və səlahiyyətlərin bölüşdürülməsi kimi tədbirlərdən özəl heyranlıq keçirmədiyi yerlərdən biridir. 2012-ci ildən bəri bir neçə terakt həyata keçirmiş yeni İRO kimi  haşiyə qruplaşmaları dövlət tərəfindən zorakılıqda öz fəaliyyətinə bəraət tapır. Ola bilsin, Kataloniya ilə Avropada ehtimal olunan digər separatizm ocaqları arasındakı oxşarlıq şişirdilir. “Şimal liqası” İtaliyanın bəzi şimal hissələrində yetərincə xeyli nüfuza malikdir, amma o, müstəqillik haqda ciddi şəkildə israr etmir. Eyni sözü Almaniyanın güneyində narazılığı Xristian-Demokratik Birliyi – Angela Merkelin hakim Xristian-Demokratik Birliyinin “bacı partiyası” vasitəsilə tez-tez çıxış yolu tapan mühafizəkar millətçilər haqda da söyləmək olar. Müqayisə üçün ən yaxın örnək rolunu Şotlandiya Milli Partiyası oynaya bilər.

Amma bütün bu qrupları Kataloniya millətçiləri ilə dövlət hakimiyyətinin mərkəzləşdirilməsinə münasibət üzrə ədavət birləşdirir. Əvvəllər xeyli sorğunun nəticələri göstərib ki, katalonların əksəriyyəti Madriddən asılılığı bəyənmir. Lakin, yəqin ki,  Şotlandiyadakı kimi əksəriyyət başqa dildə danışan, siyasi diktata əl atan, ədalətsiz vergilər tətbiq edən və aldığından az verən uzaq mərkəzi hökumətin legitimliyinə şübhə edir.

Raxoy və nazirlərinin Kataloniyanın müstəqilliyi uğrunda hərəkatı daha irimiqyaslı və Avropa ölkələrində bu yaxınlarda yüksəlişə başlayan sağ millətçilik, ksenofobiya və populizm kimi təqdim etmək cəhdləri aşkar böhtan idi. Katalonların çoxu Madriddəki hökumətə inanmır. Amma bu, əsla bildirmir ki, onlar dözüm və inklüzivlik (birgəlik-tərc.) kimi dəyərlərdən imtina edirlər. Barselonada olmuş hər kəs deyər ki, hər şey tam əksinədir.

Lakin fərqlər aradan gedə bilir. “Şimal liqası”nın yeni lideri Matteo Salvini kimi siyasətçilər mərkəzi hökumətdə seçicilərin inamszılıq və məyusluğundan fərəhlə isitfadə edirlər ki, özlərinin antimühacir, islam fobiyası və millətçi-populist proqramlarını yeritsinlər. Fransada prezident seçkilərində “Milli Cəbhə”nin əsas ismarıcı dövlətin işləmək bacarığından məhrum olduğu haqda ideya idi. Partiyanın seçkilərdə ziddiyyətli siyasi proqramının əsası məhz bu oldu.

Keçən il Birləşmiş Krallıqda Naycel Faracın Müstəqillik Partiyası Böyük Britaniyada “siyasi elita”ya inamsızlıqla oynayaraq buna bənzər nəsə eləyib ki, Brexit-ə dəstəyi səfərbər etsin. Almaniyada sentyabr seçkilərində “Almaniya üçün Alternativ” ifrat sağ partiya reytinqi rekord səviyyədə aşağı düşən iki aparıcı partiyanın mövqeyini ciddi şəkildə sarsıdıb. “Almaniya üçün Alternativ”in uğuru neofaşizm prinsiplərinin qəbul etməkdən çox biçimlənmiş status-kvodan imtina etmək cəhdi idi. Kataloniyadakı üsyan daha geniş kontekstdə nəzərdən keçirilsə, bu, nüfuz və ənənəvi, qüdrətli, yeknəsəq milli dövlətin legitimliyinin xaotik, ümumavropa, çoxsəviyyəli məhvinin, həmçinin əsas sol və sağ mərkəzçi partiyalar üzərində nəzarətin tədricən itirilməsinin təzahürüdür. Kataloniyanın cəsur seçiciləri eyniyyətin radikal şəkildə yenidən nəzərdən keçiriləcəyi bu cür Avropaya doğru yeni hərəkatın avanqardında durdular. Əgər liderlər və Raxoya hökuməti kimi hökumətlər inad göstərib çeviklik sərgiləməkdən imtina etsələr, öz mövqelərindən məhrum olmaq riskinə gedirlər.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə