XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 08:20

Fransa nəşri: Putin islamçılarla qaranlıq oyuna başlayıb – Təhlil

Qərblə Rusiyanı Əfqanıstan, Suriya, İraq və Liviyada müxtəlif islamçı cərəyanlarla toqquşduran, səlibçilərə qarşı cihadı vəz edən müharibədə durum daha da qəlizləşib: ruslar taliblərlə təzəlikcə ittifaqa giriblər ki, İŞİD-in İraq və Suriyada yaratdığı xilafətin Əfqanıstan ərazisinə genişlənməsinə mane olsunlar.

Problem ondadır ki, bu addım amerikalılarla britaniyalıların Sangin şəhəri uğrunda dəhşətli və qeyri-müəyyən döyüşlərdə elə həmin taliblərə qarşı Əfqanıstanın nizami ordusuna dəstək verdiyi məqamda atılıb. Eyni zamanda Rusiya aviasiyası DAİŞ-in (İŞİD-in ərəbcə adı-red.) mövqelərini bombalamaqda, amerikalılarla fəaliyyətini koordinasiya etdirməkdə davam edir. Əlbəttə, Kreml qeyd edir ki, taliblərlə yaxınlaşma məhduddur və İŞİD komandirlərinin Əfqanıstandakı fəaliyyəti haqda kəşfiyyat məlumatlarına aiddir. Bununla belə, bu addım ABŞ-ın başısoyuqluğundan yararlanan, dünyanın bu hissəsində özünü durumun ağası göstərməkdən ötrü Putinin bulanıq oyunu xüsusunda Qərbin şübhəsini azaltmağa yönəlməyib.

Rusiya bu təzahürü minimuma endirməkdən ötrü uzunmüddətli cəhdlərdən sonra indi özünün bir neçə min vətəndaşının İŞİD sıralarındakı varlığından rahatsız olur və hesablaşmır ki, Türkmənistan, özbəkistan, Qazaxıstan, Tacikistan və digər qonşu dövlətlər də cihad üçün yaraqlıların iri tədarükçüsüdür. Ruslar İŞİD-in Əfqanıstanda nüfuzunun yayılmasına görə əndişə keçirdən taliblərlə informasiya mübadiləsi apararaq eyni zamanda Əfqanıstandan keçən könüllülər axınının qarşısını almağa və nə zamansa sovet imperiyasının tərkib hissəsi olmuş islamçı respublikalarla daha sıx əlaqələri bərpa etməyə ümid edirlər.

Amerika misalı

Lakin ziddiyyət bundan ibarətdir ki, bu siyasət Putini fəxr etdiyi SSRİ-ni  ən acı məğlubiyyətə düçar edənlərlə münasibətləri təzələməyə məcbur edir. Deyirlər ki, tarix heç zaman ikinci şans vermir. Buna baxmayaraq, 1979-cu ildə ABŞ prezidenti Cimmi Karter artıq o zaman “mücahidlər” adlanan islamçı yaraqlılara dəstək verir, Rusiya işğalına qarşı çıxmaqdan ötrü onlara silah tədarük edirdi. Bu saziş uzunmüddətli perspektivdə fəlakətli effekt yaratdı: ruslar geri çəkildilər, lakin Əfqanıstanda islamçı radikalizmin meydana çıxması, 2001-ci il 11 sentyabr terrorçu hücumları üçün şərait yaratdı. Cihadçılar isə Hindikuşun ətəklərində meydana çıxmış terrorizm ocağını məhv etməkdən ötrü NATO-nun tələm-tələsik, lakin nahaqdan Əfqanıstana  göndərdiyi ordusuna qarşı Cimmi Karterin onlara tədarük etdiyi silahlardan istifadə etdilər.    

Paradoks bundadır ki, amerikalılarla münasibətlərdən sonra bu dəfə ruslar bir islamçı hərəkata qarşı durmaqdan yana, digəri ilə ittifaqa girirlər. Sanki pis və yaxşı cihadçı döyüşçülər var. Putin öz liderliyini sübut etmək üçün bulanıq suda üzür.

Mişel Kolome

Le Point (Fransa), 29.12.2015

 

BBC: Putinin taliblərin lideri ilə görüşü təkzib olunur

“Taliban” hərəkatı öz lideri molla Axtar Mansurun Rusiya prezidenti Vladimir Putinlə görüşü haqda məlumatları təkzib edən açıqlama ilə çıxış edib. Qrupun özəl açıqlamasında bildirilir ki, onun “kənardan hansısa bir qrupun dəstəyinə ehtiyacı yoxdur və bununla bağlı heç kimlə təmasa girməyib”.

Taliblərin lideri molla Mənsurun Putinlə görüşməsi haqda məlumat bazar günü Sunday Times-da yayımlanıb. Qəzet “Taliban”dakı yüksəkrütbəli qaynağa isnadən bildirdi ki, prezident Puitinlə molla Mənsurun görüşü sentyabrda Rusiyanın Tacikistandakı hərbi bazasında baş tutub.

Sunday Times-a görə, Rusiya prezidenti bölgədə qüvvə toplayan İŞİD-ə qarşı olaraq taliblərin liderinə dəstək vəd edb.

Rusiya prezidentinin Əfqanıstan üzrə şəxsi təmsilçisi, Rusiya XİN departamentinuin direktoru  Zamir Kabulov dekabrın 23-də məlumat verib ki, ekstremist İŞİD qruplaşması ilə mübarizədə taliblərlə Rusiyanın maraqları uyğun gəlir. Taliblər cavabında bildirdilər ki, Rusiya ilə informasiya mübadiləsi aparmır və İŞİD-ə qarşı mübarizədə onun yardımına ehtiyacları yoxdur.

Əvvəlki lider molla ömərin həlakı haqda məlumat yayıldıqdan sonra molla Mənsur avqustda hərəkatın rəhbəri seçilib. Molla Mənsurun liderliyi elan edildikdən dərhal sonra, “Taliban” hərəkatında parçalanma baş verdiyi barədə məlumatlar yayıldı. Ən azı, molla Mənsuru qəbul etməyən bir qruplaşmanın hərəkatdan qopması təsdiqini tapıb.

BBC.com, 29.12.2015




Yuxarı Əvvələ Ana Səhifə