XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 12:37

Avropanın qorxulu yuxusu – Ukraynanın tam iflası – təhlil

Ən böyük təhlükəni Mariupol deyil, Ukraynanın tam iflası doğurur

İkinci Minsk sazişi sülh müqaviləsi deyildi. Bu, atəşkəs haqqında, həm də olduqca kövrək razılaşma idi. Miqyaslı hərbi əməliyyatlar, ağır silahların geri çəkilməsi və hərbi əsirlərin mübadiləsi istisna olmaqla onun şərtlərini, çətin ki, tam həcmdə gerçəkləşdirmək mümkün ola.

Kiyev Donbasın bərpa edilməsi üçün pul ödəməyəcək və bunu bacarmaz da. Qiyamçıların rəhbərliyi ilə danışıqlar aparmağa da başlamayacaq. İqtisadi əlaqələr bərpa edilmir, insanlar arasındakı təmaslar isə məhduddur. Donbasın Ukrayna tərkibinə reinteqrasiyası Kiyev üçün yalnız o halda məqbul olacaq ki, rus yaraqlıları tam şəkildə tərki-silah edilsin, onların inzibati strukturları yox edilsin ki, Ukrayna Donetsk və Luqansk vilayətlərini Rusiya ilə bağlayan sərhəd sahələrini nəzarətə götrürə bilsin. Buna nəzəri olaraq Kiyevin hərbi qələbəsi vasitəsilə və yaxud Kremlin siyasi iflası halında nail olmaq mümkündür. Lakin indiki anda nə birinci variant realdır, nə də ikinci. Hazırda münaqişə dondurulub.

Rusiya Kiyevin siyasi kollapsını hazırlamaq üçün ən yaxın günlərdə həlledici qələbəyə can atmaqla yaz hücumuna başlayacaqmı? Bir il əvvəl bu məsələ geniş müzakirə olunurdu. Bildiyimiz kimi, o vaxt qərar qəbul edilmişdi ki, Moskva Donbasın “xalq respublikalarını” dəstəkləməklə kifayətlənəcək, lakin Ukraynanın qalan ərazisində irimiqyaslı hərbi müdaxiləyə əl atmayacaq.

Bu gün həmin qərarın yenidən nəzərdən keçirilməsi, ya onun ləğv edilməsi mümkündürmü? çətin ki. Müdaxilə təkcə təsəvvür ediləcək bütün mənalarda baha başa gəlməyəcək – o, tamamilə gərəksiz olacaq.

Moskva savaşa deyil, sülhə ümid edir və bunun səbəbləri var.

Madam Donbasda bütün hərbi əməliyyatlar əsasən dayanıb, bütün diqqətlər yenidən Kiyevə yönəlib. Oradakı mənzərə isə heç də cəlbedici deyil. Oliqarx İqor Kolomoyski vaxt itirmədən öz yaraqlılarını paytaxtdakı kommersiya aktivlərini tutmağa göndərdi və bununla da prezident Pyotr Poroşenkoya sadiq olan daxili qoşunlarla qəsdən toqquşma törətdi. Baş nazir Arseni Yatsenyuk rəqibləri tərəfindən tənqidə məruz qalıb. Keçmiş baş nazir Yuliya Timoşenko isə ölkədə öz hakimiyyət payı uğrunda iddialara başlayıb. Bu arada Rada partiya xətti ilə deyil, daha çox oliqarxların maraqları üzrə özəlləşdirmə prosedurunu fəal şəkildə müzakirə edir.

Demək mümkündür ki, 2014-cü ilin Maydan inqilabı Ukraynanın oliqarx siyasi-iqtisadi sistemindən başqa hər şeyi dəyişdirdi. Bəli, Viktor Yanukoviç daha yoxdur, lakin onun gedişindən sonra qalanları daha da gücləndilər. Bir klanın idarəçiliyinin axırına çıxıldı, lakin korrupsiyalaşmış oliqarxiya rejimi bərpa olunub. Ukrayna oliqarxlarının öz siyasi müttəfiqləri və agentləri ilə indi ciddi iqtisadi islahatların xeyrinə işləyəcəyinə və ölkənin milli maraqları naminə birləşəcəklərinə ümid bağlamaq Ukraynanın bütün postsovet tarixini unutmaq deməkdir.

Belə bir fonda şərqdə başa çatmamış müharibənin möhkəmlədəcyi bütün cəmiyyətin birliyi hissi uzun müdət qorunmayacaq.

Kiyevdəki durum

Bu vəziyyət isə bir neçə mənada təhlükəlidir. Ukraynaya ciddi maliyyə dəstəyi lazımdır, lakin onun avropalı və digər donorları xüsusi bir comərdlik göstərmirlər, çünki onların bir xeyli başqa öhdəlikləri var (məsələn, Yunanıstan qarşısında). Onlar həmçinin kiyevli tərəfdaşlarına dərin inamsızlıqla yanaşırlar. Lakin bu böyük ölkənin idarə edilməsini öz üzərlərinə götürmək istəmir və bunu bacara bilmirlər. Bəzən möcüzələr baş verir və Saullar Pavellərə çevilə bilir, lakin Ukrayna kimi məkandakı gələcəyə ümidli qumar oyunu siyasi resept kimi bir işə yaramır. Ukrayna ilə daha fəal iş tələb olunur, sıx qarşılıqlı fəaliyyət və yardımdansa fəaliyyətsizlik daha baha başa gələ bilər.

Son 16 ayda baş verənlərə baxmayaraq (bəlkə də, bu səbəbdən), Rusiyada Ukraynanı rus dünyasının ayrılmaz tərkib hissəsi və Avrasiya İqtisadi Birliyinə namizəd sayıb özünü əvvəlki kimi aldadan kəslər Maydanın bərqərar etdiyi rejimin tədricən iflasını və yeni Rusiya üçün yeni imkanlar gözləyirlər. Problem bundadır ki, Ukraynada qeyri-sabitliyin növbəti güclü mərhələsi başlansa, bu, çətin ki, Rusiya üçün üstünlük olacaq. çox ehtimal ki, bu, qeyri-müəyyən və mənfur nəticələrlə ABŞ daxil olmaqla Rusiya və Qərbi kamına çəkən burulğan olacaq.

çətin ki, ABŞ-da bunu kimsə arzulaya bilsin. Bununla belə, Vaşinqtonun ehtiyatlı olmağı lazımdır. Hərbçilərin ayıqlığı qoruyub ən pis varianta, yəni düşmənin hücumuna həmişə hazır olması normaldır. Lakin müttəfiqlərin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi 2008-ci ildə ya təkəbbür üzündən, ya da ölkə üzərində nəzarəti itirməkdən qorxan Ukrayna hökuməti kimi çarəsizlikdən Birləşmiş Ştatların xilas etməyə tələsəcəyinə ümid bağlayıb yanlış start götürməməsinə nail olmaq heç də az önəmli deyil. Baş nazir Arseni Yatsenyuk artıq ukraynalıların Qərb sivilizasiyası uğrunda vuruşmasından danışmağa başlayıb. Lakin səhv hesab bu dəfə Güney Osetiyada olduğundan daha ciddi nəticələrə malik ola bilər.

Strateji mənada Birləşmiş Ştatlardansa Rusiya Ukraynaya daha yaxındır. Rusiyanın orada xeyli dərin ümidləri var və məsələ ifrata varsa, Rusiya tam üstünlüyə malik olmaqla gərginləşməyə əl ata bilər. Sol qüvvələrin Amerikanın dəstəyinə güvənən satqın Batista rejiminə qarşı inqilabı daxil olmaqla 1962-ci il Karib böhranına gətirib çıxardan hadisələr silsiləsi, yeni rejimin sonradan Sovet Birliyi ilə yaxınlaşması, ABŞ-ın adaya uğursuz hərbi müdaxiləsi və nəhayət, Kastro rejiminə dəstək üçün sovet nüvə raketlərinin adada yerləşdirilməsi yarım əsr ötəndən sonra çətin ki təkrar olunsun, lakin bu bizə düşünmək və pauza etməyimizə məcbur etmək üçün bəhanə verməlidir. Bu gün hər şeydən əvvəl Qərbin Kiyevdən iqtisadi və siyasi islahatlar keçirtməyi təkidlə tələb etməyi lazımdır. Ən böyük təhlükəni Mariupol deyil, Ukraynanın tam iflası doğurur və bu təhlükənin qabağını almaq lazımdır.

Dmitri Trenin

Moskva Karnegi Mərkəzinin direktoru

“The National Interest”, ABŞ




Yuxarı Əvvələ Ana Səhifə