XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 12:19

KATALONİYANIN AQİBƏTİNƏ DAİR 7 SUAL:Müstəqilliyini elan etmiş bölgənin gələcəyi necə görünür? - TƏHLİL

Dieqo Torres

“Politico” (ABŞ)

 

İspaniya baş naziri Mariano Raxoy regional parlamentin müstəqillik elan etməsindən sonra birbaşa idarəçilik üsul-idarəsini tətbiq etməklə, təkcə Katalan böhranında təşəbbüsü ələ almayıb, həm də gözləniləndən seçki tarixini qabağa çəkib.

Əksər siyasətçilər mərkəzi hökumətin Kataloniyadakı rəqabətinin aylarla davam edəcəyi təxminində idi. Müstəqillik düşərgəsi Raxoy üçün, bir növ, müharibəsiz Vyetnam olacağına ümid edirdi. Onun fikrincə, vətəndaş itaətsizliyi qarşısında hökumət geniş dəstəyini itirəcəkdi.

Lakin dekabrın 21-ə regional seçkilər təyin edərək, Raxoy demək olar ki, müstəqillik düşərgəsini ya Madridin seçki prosesində iştirak etməyə, ya da regional qurumların qapılarını biryolluq bağlamağa məcbur etdi.

İspan hökumətinin hakimiyyətdən kənarlaşdırdığı Karles Puçdemon katalanları Madridə qarşı "demokratik müxalifət" tətbiq etməyə çağırıb. Onun müavini Oriol Cunkeras Puçdemonun "ölkə başçısı" olaraq qaldığını söyləyib.

Dünyada heç bir ölkə Kataloniya Respublikasını tanımayıb və heç bir separatçı lider bu günə qədər yol xəritəsi təqdim etməyib. Odur ki, önümüzdəki həftələrdə Katalan böhranının bu yeddi sualı gündəmdə qalacaq:

 

1. Kataloniyanı kim idarə edir?

 

Mərkəzi hökumət Konstitusiyanın 155-ci maddəsinə əsasən, Katalan muxtariyyətinin rəhbərliyini ələ alıb. Bu, səlahiyyəti ona İspaniya Senatı verib.

Puçdemon və onun icra şurasının bütün üzvləri işdən çıxarılıb. İspaniya baş nazirinin müavini Soraya Saenz de Santamaria Kataloniyanın de-facto prezidentidir. İspan nazirləri Katalan hökumətindəki həmkarlarının səlahiyyətlərini alıblar. Xaricdəki Katalan nümayəndəliklərindən biri istisna olmaqla, hamısı bağlanılıb.

Madrid, müstəqillik haqqında 1 oktyabr tarixli mübahisəli referendumdan sonra sədaqətinə şübhələnməyə əsas verən Mossos d'Eskuadra regional polisin rəhbərliyindən kənarlaşdırıb. Bütün polis şeflərinə yeni iqtidarın əmrlərinə tabe olmaq tapşırılıb.

Digər bölmələrdə isə Madrid müxtəlif qurumlarda 140-a yaxın ikinci dərəcəli vəzifələrə toxunmayıb. Bu, mötədil millətçilər tərəfindən praqmatizmin xoş əlaməti olaraq qarşılanıb.

 

2. Vətəndaş müqaviməti ola bilərmi?

 

Kataloniya Respublikasının elanından sonra kütləvi küçə səfərbərliyi oldu. Son həftələrdə Barselona küçələrində yüz minlərlə həm müstəqillik tərəfdarı, həm də əleyhdarlar güc nümayişində iştirak edib. Önümüzdəki həftələrdə çox şey dəyişə bilər. İlk test – bazar ertəsi günü Puçdemon və onun Nazirlər Kabinetinin üzvləri səhər saatlarında köhnə ofislərində işə getməyə çalışacaqlarına qərar vermələri lazım gəldiyi andır. Bölgədəki polis onların girişinə maneə törətmək və ya onları ofislərindən çıxarmaq əmri aldıqda nə baş verəcək?

İstənilən halda, Raxoyun qərarları müstəqillik düşərgəsini də öz taktikasını yenidən nəzərdən keçirmək məcburiyyətin qoyub. "Plan – bütün səylərə müqavimət göstərməkdir ", – deyə aparıcı separatçı, Katalan Milli Məclisinin baş katibi bildirib.

Onlar, ehtimal ki, indi qarşıdurmanın qarşısını alan "yumşaq" strategiya tətbiq edəcəklər.

 

3. Müstəqil qruplar seçkilərə qatılacaqmı?

 

Pro-müstəqillik qrupları ya regional seçkilərə qatılmaq və ya Madridin siyasi qurumları bağlaması riski qarşısında seçki bülletenləri ilə hökumətin qayda-qanununu qəbul etməyi seçməlidir.

İki aparıcı separatçı siyasi qrup – Puçdemonun “PDeCAT”ı və Cunkerasın sol mərkəzçi “ERC”i hələ publik olmayıblar. Hər iki tərəfin rəhbərliyi məsələni müzakirə etmək üçün oktyabrın 30-da görüşəcək.

Kataloniyanın sabiq prezidenti Artur Mas xəbərdarlıq edib ki, parlament "Kataloniya üçün ölümcül ola bilər".

Bu partiyaların əsas simaları səsvermədə iştirak etmək üçün yol tapa biləcəyini düşünür. Ehtimal ki, seçki yeni yaradılan ölkəni gücləndirmək üçün bir vasitədir.

Kataloniyanın illik 34 milyard avroluq dövlət büdcəsi də müstəqilliyə çağırış düşərgəsinin mərkəzi hökumət əleyhinə çıxmasının səbəbini inkişaf etdirmək üçün əsas alətdir.

 

4. Kim müstəqillik düşərgəsinin lideri olaraq ortaya çıxacaq?

 

Müstəqillik düşərgəsində ən güclü partiyalar – liberal “Ciudadanos” və Katalan sosialistləri 21 dekabr seçkilərinə hazır vəziyyətdədir. Aparıcı separatçı partiyalar “PDeCAT” və “ERC” 2015-ci ilin regional seçkilərində “Junts pel Si” (“Bəli” üçün Birlikdə”) adlı blokla bir araya gəlib. Bu dəfə də eyni şəkildə hərəkət edəcəkləri hələ aydın deyil.

“ERC”in millət vəkilləri Puçdemonu xəyanətdə ittiham ediblər – ikitərəfli plana əsasən, onun müstəqillikdən imtina etməsi barədə bəyanat verməsi gözlənilirdi.

Sol mərkəzçi “ERC” lideri Cunkeras ən çox ehtimal edən regional prezident olaraq görülür. “PDeCAT” əksinə, Puçdemont yerinə yeni prezidentliyə namizəd seçməlidir.

“PDeCAT”ın önümüzdəki illərdə Madrid ilə işləmə yolunu tapacaq daha mötədil lider seçə biləcəyi fərziyyələri var.

 

5. Səsvermə bir şeyi həll edəcəkmi?

 

Anketlərin çoxu Katalan cəmiyyətini müstəqillik tərəfdarları və əleyhdarlarına tən-bərabər bölündüyünü təsdiqləyir. Bəzi araşdırmalara əsasən, seçicilərin 48%-inin rəyini qazanan və 2015-ci ildə bölgə parlamentində yerlər qazanan separatçı partiyalar kiçik üstünlüyünü qoruyub saxlayacaq. Digərləri isə onların əksəriyyətini itirəcəklərini təxmin edirlər.

Hər halda, birlik tərəfdarları üçün ən yaxşı potensial nəticə kraliyyət tərəfdarı “Ciudadanos”un Katalan hökumətində koalisiya qurmasıdır, amma bu, gerçəkdən çox uzaq bir ehtimaldır. Separatçılar mütləq əksəriyyəti itirdikləri təqdirdə, Barselonanın bələdiyyə başçısı Ada Kolunun solçu ittifaqı – “Catalunya en Comu”nin də “Ciudadanos”çularla ittifaqa çox istəksizdir.

 

6. Müstəqilliyə dəstək zəifləyə bilərmi?

 

Bölgə seçkiləri hətta ən qızğın müstəqil tərəfdarlarının həqiqi möhkəmliyini sınayacaq. 2015-ci ildə regional seçkilərdə və 1 oktyabr referendumunda Kataloniya Respublikasının doğulduğuna söz verilib. Digər bir seçki çağırışı üçün bu uğur təkrar səfərbər ola bilərmi?

Katalan hökumətinin müstəqilliyi cazibədar və hansısa risksiz bir cəhd kimi təqdim etmək səyləri son bir neçə həftədə əhəmiyyətli dərəcədə zəifləyib.

Birincisi, referendumdan sonra bölgədən rəsmi iqamətgahı seçən təxminən 1700 şirkət ilə bir çox insanlar İspaniyanı parçalamanın çətin iqtisadi nəticələrə səbəb olduğunu başa düşdülər. İkincisi, müstəqillik qazanmaq üçün hər hansı bir əhəmiyyətli beynəlxalq dəstəyin olmamasını, Aİ-nin öz tərəflərinə çəkməyin qeyri-mümkünlüyü həzm etmək çətin idi. Üçüncüsü, separatçı düşərgənin səfərbərliyi zamanı bir çox separatçıları çaşdıran bəzi rəhbərlərin rəqiblərini çox haqsız “divara dirəməsi” idi.

 

7. Oyun dəyişə bilərmi?

 

Son bir neçə həftə ərzində Katalan münaqişəsi tamamilə gözlənilməz hala gəlib və daha çox sürprizlər ola bilər. Şəkil dəyişdirə biləcək bir fakt müstəqillik referendumu ilə bağlı hərəkətlərə cinayət törətməkdə ittiham olunan onlarla Katalan rəsmisinin həbsi, xüsusən də prezident Puçdemonun taleyi ola bilər.

Bundan əlavə, müstəqillik tərəfdarı olan iki müstəqil qrupun liderləri həbsdədirlər. Puçdemon, ya da digər köhnə baş Katalan səlahiyyətlisinin də tutulmaları vəziyyətində, risk artacaq və vətəndaş itaətsizliyi başlayacaq.

 

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə