XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 22:41

Sünni Səudiyyə Ərəbistanı ilə şiə İranın savaş nöqtələri –Yəmən, Bəhreyn, indi isə Livan... - Təhlil

Deniz Gökçe

“Akşam”, Türkiyə

 

İnsanlıq tarixinə baxılan zaman dini fərqlərin bir çox ölkə üçün müharibə səbəbi olduğunu görmək olar. Katolik xristianlarla protestantlar arasında yüz illərlə davam edən dini mənşəli düşmənlik son dövrlər müsəlmanlar arasında da gerçəkləşir. Sünni və şiə ayrılığı Orta Şərqdə gərginlik yaradan təməl amil halına gəlib. Səudiyyə Ərəbistanı sünni, İran isə şiədir!

Digər tərəfdən, bu günlərdə mətbuata düşən Livanın yarısı müsəlman, digər yarısı da, haradasa, əksərən xristiandır. Səudiyyə Ərəbistanı və İranın öz aralarında müharibə edəcək halları elə də yoxdur. Ancaq onlar xaricdən müdaxilə edərək, pul və əsgər göndərərək, məsələn, Yəməndə toqquşmaqdadırlar.

İranı "Hizbullah" təmsil edir, Səudiyyə Ərəbistanını da digər ərəb ölkələri. Xatırlayırsınızsa, Qətər də İrana yaxınlaşdığı üçün Səudiyyə Ərəbistanı və digər yandaş ərəb ölkələri tərəfindən “döyülməyə” başlanmışdı

Yaxşı, bəs Hizbullah nədir, hardan ortaya çıxdı?

Hizbullah bir şiə müsəlman gücüdür. 1980-ci illərdə Cənubi Livanı işğal edən İsraillə vuruşmaq üçün İranın dəstəyilə ortaya çıxıb. Ancaq İsrail-Hizbullah müharibəsi təxminən 2000-ci ildə durub.

Hizbullahın İran tərəfindən dəstəklənməsi 2006-cı ildəki son müharibədən (İsrail-Hizbullah müharibəsi- tərc.) bu yana davam etsə də, indi İranla Səudiyyə Ərəbistanı çəkişməni Yəməndə aparmağa qərar veriblər. Hizbullah Yəməndə İranı təmsilən aktiv hala gəlib və üsyan edən husilərə hərbi dəstək verməkdədir. Təbii, buna qarşılıq olaraq da Səudiyyə Ərəbistanı Yəmənə nəzarət etməyə çalışır.

Səudiyyə Ərəbistanı digər tərəfdən də İranın Hizbullah kanalı ilə Bəhreyndə çoxluqda olan şiələri azlıqda olan sünnilərə qarşı dəstəkləməsindən də narahatdır. Təbii ki, irəlidəki günlərdə və illərdə nə olacağı elə də bəlli deyil.

Hazırda Hizbullah İranın dəstəyilə olduqca güclü hala gəlib. Digər tərəfdən də, Ağ ev, yəni, ABŞ da Səudiyyə Ərəbistanını dəstəkləməkdədir. Lakin onun Livanda hərbi gücü yoxdur.

Təbii, indi bir də Livanın siyasi problemi ortaya çıxıb. Livanın Baş naziri Səəd Həriri müsəlmandır. Amma o, Livandan çıxaraq, Səudiyyə Ərəbistanına gəlib və 4 noyabrda Səudiyyə televiziyasında çıxış edərək vəzifəsindən istefa verdiyini bildirib. Həriri ən son bəyanatında isə Livana geri dönəcəyini söyləyib.

Livanın prezidenti Mişel Aun isə bir xristiandır və  Səudiyyə Ərəbistanının Livan Baş naziri Həririni zorla əlində tutduğunu düşünür. Həririnin özünün istefa vermədiyini, Səudiyyə Ərəbistanı tərəfindən istefaya məcbur etdirildiyini və tutulduğunu düşünür.

Hizbullahın təsiri və gücü gedərək artmaqdadır. Ancaq ABŞ və Tramp administrasiyası da Səudiyyə Ərəbistanını getdikcə daha çox dəstəkləməkdədir. Nələr olacağı da ancaq zaman içində görülə bilər, çünkü hazırda Orta Şərqdə qarışıqlıq hakimdir.




Yuxarı Əvvələ Ana Səhifə