XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 23:50

VAKUUMA DÜŞƏN MƏKAN –Yaxın Şərqdə kim ağalıq edəcək? –TƏHLİL

Mixayil Magid,

Yaxın Şərq üzrə ekspert,

Eurasia Diary

 

Yaxın Şərqdə müharibə başa çatır? Əfsuslar olsun ki, bu, yalnız illüziyadır. Ekspertlər və kütləvi informasiya vasitələri bir tərəfdən İranla, digər tərəfdən isə Səudiyyə Ərəbistanı və İsrail arasında gedən gərginliklərdən danışırdı.

İŞİD məhv edildikdən sonra belə bir sual yaranır: Yaxın Şərqdə kim hökmranlıq edəcək? Buna ilk və əsas namizəd İrandır. Rusiya hərbi yazıçısı Pavel Felgenhauer qeyd edir ki, müxtəlif bölgələrdə ABŞ təsirinin zəifləməsi vakuum yaradır ki, bu da bura digər ölkələrin cəlb olunmasına səbəb olur, daha sonra isə onlar arasında hakimiyyət uğrunda mübarizə başlayır.

 

Şiə ayparası

 

İran böyük imperiyanın yaradılmasına yönəlmiş uzunmüddətli xarici siyasət strategiyası nümayiş etdirir. Suriyadakı iranlılar Əsədin Ələvi rejimi ilə ittifaq yaradıb. (Ələvilər – şiə məzhəbinə yaxın, əhalinin 10-12 faizini təşkil edən və Əsəd ailəsinin məsub olduğu təriqətdir). Livandan Əfqanıstan sərhədlərinə qədər olan ərazidə "Şiə ayparası"nı təşkil edən  yeni rejimlər və Tehrandan nəzarət edilən hərbi və mülki qurumlar yaradılır.

Suriya və İraq qoşunlarının birgə fəaliyyəti nəticəsində Suriya və İraq sərhədlərində İŞİD məhv edildikdən sonra, İranın nəzarətində olan qüvvələr əməliyyatlar aparılan sahəyə keçdi. İndi iranlılar tərəfdarlarının, yüz minlərlə hərbçinin Livandan Əfqanıstanadək ərazinin istənilən nöqtəsində cəmləşdirmək səlahiyyətinə sahib olacaq.

İranın strategiyası uzun zaman üçün nəzərdə tutulub. Bu strategiyanın əsas istiqaməti gücünü toplamaq, hər hansı bir dövlətin çətin zamanında öz dəstəyini təklif etməkdən ibarətdir. Belə ki, biz sabit olmayan bir dünyada yaşayırıq və belə bir dəstəyə hər bir ölkənin ehtiyacı ola bilər. Məsələn, 1990-cı illərdən bəri iranlılar Ermənistana kömək edir. İndi isə onlar öz iqtisadi gücünü artırır və bu regionu nəzarətə almaq üçün Rusiya Federasiyasının və Ermənistanın zəifləməsini gözləyirlər.

 

Suriyanı nə gözləyir?

 

İraq və Suriya rejimlərinin sabit olmadığı müddətdə İranın yardımına ehtiyac duyacaqlar. Çox güman ki, iranlılar Əsədlə birgə təkcə İŞİD-i deyil, həmçinin Əsədə qarşı yönəldilmiş üsyanları və ərəb muxtar şəhərlərini də məhv edəcək. Bu azad Suriya şəhərləri (Dara, İdlib, Sərakib) güclü özünüidarəetmə sisteminə malikdir və Ərəb baharının yeganə incisinə çevriliblər. Əl-Qaidə və İŞİD-ə qarşı mübarizə aparsalar da, onları kütləvi repressiyalar gözləyir.

 

İsrail təlaş içindədir

 

İranın güclənməsi ABŞ xarici siyasətinə təsir edən ekspertlərin müzakirələrinin əsas mövzusuna çevrildi. Ancaq bu mövzu təkcə ziyalıların və diplomatların diqqətini cəlb etmədi. İsrail Baş Qərargahının rəis müavini Yair Golan qeyd etdi ki, İran İsrail üçün əsas təhlükəyə çevrilib və İsrail bu təhlükə ilə tək mübarizə apara bilməz, belə ki, İranın hərbi, siyasi və intellektual resursları çox zəngindir. “Onlar da bizim kimi ağıllı və savadlıdır, buna görə də təhlükəlidirlər”, – deyə Qolan bildirib.

 

İran və Avropa Birliyi

 

Yair Golan İsrail ilə İran arasındakı qarşıdurmada Avropa İttifaqının İsrail tərəfində olmayacağına dair xəbərdar etdi. 

İran Suriya və İraq ərazilərindəki müharibələrə müdaxilə etmək məcburiyyətində qaldı. Belə ki, bu bölgələrdə sünni radikallarının qələbəsi şiələr üçün fəlakətə çevriləcəkdi. Yaxın Şərqdə böyük bir İran imperiyasının yaradılması, böyük ehtimalla, qlobal strategiyanın bir hissəsidir. İran sünni radikallarını mütəmadi olaraq məhv edir və bununla Avropa İttifaqını terrorizmdən müdafiə edə bilər. İran dünyanın ən zəngin ölkələrindən biridir. O, böyük daxili bazara  sahibdir və bu Avropa investorlarını cəlb edir.

 

İsrail İrana qarşı tərəfdaş axtarışındadır

 

İsrailin əsas narahatçılığı İrana qarşı tərəfdaş və müttəfiqlər tapmaqdır. İlk namizəd Səudiyyə Ərəbistanıdır.

 

Səudiyyə Ərəbistanı müharibəyə yönəlib

 

Səudiyyə Ərəbistanının hazırki kralı ağır xəstədir və güman ki, hakimiyyət onun oğlu Məhəmməd ibn Salmana keçəcək. O isə İrana qarşı sərt mövqeyi ilə tanınır və ölkədə iqtisadi və siyasi islahatların aparılmasına çalışır.

Bundan əlavə, Səudiyyə Ərəbistanı yenidən silahlanma proqramını həyata keçirir və ABŞ-la tarixin ən böyük silah razılaşmasını imzalayıb. Hal-hazırda Səudiyyə Ərəbistanı və İsrailin yaxınlaşması üçün əlverişli mühit yaranıb.

Hələ ki, İsrail qüvvələri Suriyadakı iranlılarla qarşıdurma yaşayır, Səudiyyə isə, Suriyadaki Əsədə müxalif qruplarının maliyyəşdirilməsini nəzərə almasaq, İranın Yəməndəki tərəfdarlarına qarşı çıxırlar. Ancaq dövlətlərin koalisiyaları arasında birbaşa toqquşmaların yaranması ehtimalı istisna edilmir.