XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 18:36

Rusiya iqtisadiyyatı niyə Çinin əyaləti səviyyəsinə düşüb?–TƏHLİL

Xiao Bai

“Hexun” (Çin) 

07 dekabr 2017

 

İlk insanı kosmosa keçmiş Sovet İttifaqı göndərib. Onun nüvə başlıqlarından ibarət arsenalı Amerikanın arsenalından heç də geri qalmayıb. II Dünya Müharibəsi zamanı SSRİ çoxsaylı hücumlara məruz qalsa da təslim olmayıb. Lakin SSRİ dağıldıqdan sonra onun iqtisadiyyatı sürətlə zəifləyib. Hazırda Rusiyanın nominal ÜDM-i 1,33 trilyon dollar təşkil edir. Quandun əyalətində isə bu göstərici 1,16 trilyon dollardır.

Yəni, elə də böyük olmayan bir əyalətin ümumi istehsal həcminin 10 milyon kvadrat kilometr əraziyə malik böyük bir dövlətin istehsal həcmi ilə yaxın olduğunu təsəvvür etmək olar. Bir tərəfdən, Çinin mütəmadi inkişafı, bundan daha vacibi isə rus iqtisadiyyatının tənəzzülü buna səbəbdir.

 

SSRİ dağıldıqdan sonra “şok terapiyası”

 

O vaxt Sovet İttifaqı Yaxın Şərqdəki hadisələrə görə artıq çox zəifləmişdi. İflas həddində olan iqtisadiyyatı xilas etmək üçün təcili islahatlar gərək idi. Məşhur “şok terapiyası” belə bir islahat oldu. İslahatlar ərəfəsində Rusiyada korrupsiya, xarici borcun artması, hiperinflyasiya problemləri kəskin olaraq qalır, eyni zamanda ağır və yüngül sənayenin inkişafı son dərəcə qeyri-müntəzəm gedirdi.

İslahatları tezləşdirmək məqsədilə Yeltsin bütün qüvvələri “şok terapiyasının” həyata keçirilməsinə cəlb etdi. Qısa müddət ərzində inflyasiyanı nəzarət altına almaq üçün pul kütləsinin əhəmiyyətli dərəcədə azalması, vergilərin artırılması, sosial tələblərin yatırılması, tələb və təklif arasındakı kəskin fərqin zorla kompensasiya edilməsi nəzərdə tutulurdu. Bu cür fəaliyyətin nəticəsi isə hamıya məlumdur: bu addımların ardınca deflyasiya gəlir. Pul kütləsinin azalması aktivlərin qiymətinin kəskin şəkildə düşməsinə səbəb oldu. Bu da SSRİ-nin süqutunu dəstəkləyən böyük kapitalistlərə imkan verdi ki, yüksək keyfiyyətli dövlət aktivlərini asanlıqla ələ keçirsinlər.

Digər tərəfdən, insanların istehlak istəyi yenidən itdi. Müəssisələr bir-birinin ardınca bağlanmağa başladılar, bəziləri iflas etdi, iqtisadiyyat isə ən aşağı səviyyəyə düşdü. Əslində isə süqut anında iqtisadiyyat hamının təsəvvür etdiyi kimi elə də pis deyildi. Ən pis dövr “şok terapiyası” tətbiq edildikdən sonra gələn bir neçə il oldu.

 

 Enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi

 

Rusiya elə də böyük iqtisadiyyata malik olmasa da, enerji dövlətidir. Dünyanın neft ehtiyatlarının 13%, qaz ehtiyatlarının isə 26,7%-i Rusiyanın payına düşür. 2008-ci il maliyyə böhranından sonra dünyanın ən iri enerji ixracatçısı olan Rusiya böyük itkilərə məruz qalıb. 2008-ci il oktyabrda Rusiyanın daxili bazarında neftin qiymətləri 42,5%, faydalı qazıntıların hasilatı sahəsində isə 20,8% azalıb. Hər yerdə xammalın qiymətinin aşağı düşməsi ona gətirib çıxardıb ki, sənaye məhsullarının topdan satış qiymətləri 6,6% azalıb. Bu azalma yeni tarixi rekorda imza atıb. Bu, həmçinin 2008-ci il Rusiya iqtisadiyyatında artım tempinin azalmasına gətirib çıxarıb.

 

Qərb sanksiyaları

 

Hərçənd yenidən ayağa qalxmış Rusiya kapitalist ölkəsi olsa da, onun ABŞ və NATO-nun digər üzvləri ilə münasibətləri idealdan çox uzaqdır.  Birləşmiş Ştatlar başda olmaqla Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar paketi qəbul edib. Bu sanksiyalar xammal məhsullarının idxalına, tranzit ticarətinə və s. qadağa qoyur. ABŞ oktyabrın sonu növbəti sanksiya siyahısını açıqlayıb.  Siyahıya Rusiyada müdafiə sənayesi və xüsusi xidmət orqanlarında fəaliyyət göstərən 39 adda şirkət və ayrı-ayrı şəxslər daxil edilib. Aydındır ki, azad ticarətin olmaması istənilən ölkənin iqtisadiyyatına ziyan vurur. Qısamüddətli sanksiyalar aktivlərin qiymətlərinin az da olsa düşməsinə gətirib çıxaracaq. Uzunmüddətli sanksiyalar isə iqtisadiyyatın uzunmüddətli perspektivdə qeyri-sağlam şəkildə inkişafına səbəb olacaq. Xərclərin və ya maddi qıtlığın artmasına görə bir çox sahənin fəaliyyəti dayandırılacaq.

(xpressa.net)