XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 18:43

“Ərəb dövlətləri Qüdsdən deyil, İranın güclənməsindən narahatdır” –Politoloq rəyi

Qüdsün statusu ilə bağlı məsələ Yaxın Şərqdə və dünyada mühüm rol oynayır. Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi müsəlmanların əksəriyyəti tərəfindən təhdid kimi qəbul edilir. Bundan başqa, Fələstin Muxtariyyətinin rəhbərliyi Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı kimi tanınmasını tələb edir.

Müsəlman aləminin liderliyinə namizəd olan Türkiyə və ərəb ölkələri bu məsələyə biganə qala bilməz. Ancaq, Trampın atdığı addımlar regionda ciddi münaqişələrə səbəb ola bilməz. Bunun səbəblərini araşdırmağa çalışaq.

HƏMAS və Fələstin Muxtariyyətinin rəhbərliyi vəziyyətin gərginləşməsində maraqlı deyil

Həmas və Fələstin Muxtariyyətinin rəhbərliyi arasında razılaşma imzalanıb, həmçinin, Misirlə Qəzza sektorunun blokadasının yumşaldılması istiqamətində danışıqlar aparılıb. Digər tərəfdən isə, İsrail İranla müttəfiq saydığı HƏMAS-ın Qəzza sektorundan çıxarılmasını dəstəkləyir. Bu HƏMAS rəhbərliyini narahat etməyə bilməz.

İordaniya çayının Qərb sahilindəki Fələstin Muxtariyyətinin rəhbərliyi isə uzun müddətdir ki, İsrail dövləti ilə sıx əməkdaşlıq qurub.

Ərəb dövlətləri İsraildən çox İrandan qorxur

Başda Səudiyyə Ərəbistanı olmaqla, bir cox ərəb dövlətləri, Qüds məsələsindən deyil, İranın güclənməsindən narahatdır. Belə ki, İran öz sərhədlərindən Aralıq dənizinə qədər uzanan “şiə zolağı” yaradıb. İraq, Suriya və Livanda İranın təsir gücü getdikcə artır. İndi isə İran Qırmızı dənizə qədər uzanan ikinci “şiə zolağı”nı yaratmağa çalışır və bu halda  İsrail güclənmiş İran düşmən yox, ərəb ölkələrinin müttəfiqi kimi qəbul olunur.

Türkiyə və İran ittifaqının güclənməsi

Türkiyə ilə münasibətdə vəziyyət fərqlidir. Belə ki, həm İran, həm də Türkiyə kürd hərəkatlarının fəallaşması və onların ABŞ tərəfindən dəstəklənməsini böyük təhlükə hesab edir.

Buna baxmayaraq, Türkiyə NATO-nun üzvüdür, onun iqtisadi inkişafı ABŞ və Avropa Birliyi ilə sıx əməkdaşlıqdan asılıdır. Bundan əlavə, İsraillə mühüm iqtisadi əlaqələr mövcuddur. Buna görə də hazırda İsraillə (ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqi) ilə münaqişənin genişləndirilməsi ehtimal edilmir.

Fələstinlilərin çoxu  ayrıca dövlət istəmir

Əhali "müstəqil ölkə"ni onların idarə etməyəcəyini, ona Fələstin rəsmilərinin nəzarət edəcəyini yaxşı bilir. Fələstinlilər işsizliklə, təhsil və səhiyyə sahəsində ciddi problemlərlə üzləşəcəkləri cırtdan dövlətin onlara lazım olmadığını düşünür. Ancaq fikirlərini açıq şəkildə ifadə edə bilmir, belə ki, bu yerli hakimiyyət tərəfindən repressiyalara gətirib çıxara bilər. Başqa sözlə, fələstinlilərin əksəriyyətinin Qüds məsələsinə biganə qalacaqları ehtimalı istisna edilmir.

Mixayıl Magid,

Yaxın Şərq üzrə ekspert,

 Eurasia Diary