XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

31 Dekabr 2017 - 17:28

TÜRKİYƏNİN XARİCİ SİYASƏT SUALLARI –Ankara yeni tənzimləmə arayışında - TƏHLİL

Soli Özel

“Habertürk”, Türkiyə

 

Bir gün ara ilə bir-birini təqib edən iki hadisə, doğrusu, ortaya çaşdırıcı bir durum çıxardı. Öncə Rusiyanın Türkiyəyə S-400 raketlərini satacağı təsdiq edildi. Ardından, daha öncə – elə keçən həftə 2019-cu ilin yanvar ayına qədər viza görüşlərini dondurduğunu elan etmiş olan ABŞ, yetərli təhlükəsizliyin təmin edildiyini açıqladı, Türkiyədən istədikləri bəzi təminatların verildiyini bildirərək, viza verilməsi proseduralarına yenidən başlanacağını bildirdi.

S-400 raketləri alındığı təqdirdə çox pis hadisələrin olacağı iddiaları da bu durumda havada qalmış kimi oldu. Bu durumun qalıcımı, keçicimi olduğunu söyləmək üçün zaman hələ erkəndir. Ancaq ABŞ baxımından, Türkiyə ictimai rəyində özünə yönəlik antipatiyanı artıran bir tədbirin tətbiqindən vaz keçilməsinin, hər halda, bir qazancı olacaqdır. Türkiyə baxımından isə bu yeni durum – S-400 raketlərinin alınması məsələsi müttəfiqlər və NATO tərəfindən baş vermiş bir fakt olaraq qəbul edilməsi anlamına, hər halda, gəlməz. Tam olaraq nə anlama gələcəyini də növbəti həftələrdə baş verəcək hadisələrə əsasən anlayarıq.

 

Dəqiqləşmiş deyil

 

İlin sonu yaxınlaşarkən Ankaranın öz xarici siyasətində bəzi tənzimləmələrə getdiyinə, ya da ən azı getmək istədiyinə dair işarətlər vardır. Bunlar hələlik dəqiqləşməyib. Seçilən hədəflərin bu və ya başqa səbəblə, ya da şəkildə daxili siyasət tələblərinə qurban edilməyəcəklərinin bir təminatı da yoxdur.

Prezident administrasiyasının sözçüsü İbrahim Kalının “Hürriyet” qəzetinə verdiyi müsahibədən çıxarılacaq ən önəmli nəticə xarici siyasətin artıq bir mərkəzdən, yəni, Prezident administrasiyası tərəfindən formalaşdırılması və həyata keçirilməsidir. Müvafiq qurumlarla məsləhətləşmə mexanizmlərinin nə ölçüdə işlədiyi, informasiya axınının nə dərəcədə yetərli olduğu, fərqli baxışların yetərincə müzakirə edilib-edilmədiyi isə hələ də aydın deyil.

 

2017-ci ilin mirasları

 

2017-ci ilin buraxdığı miraslar haqqında danışan İbrahim Kalına görə, “Hazırda Türkiyə 360 dərəcəli xarici siyasət perspektivi ilə hərəkət etməyə çalışır. Biz bunu cəmi sıfır olan bir şey olaraq görmürük. "Orta Şərqlə münasibətimiz olacaqsa, Avropadan uzaqlaşmalıyıq, Rusiya ilə münasibətimiz olacaqsa, Amerikadan uzaqlaşmalıyıq” kimi baxmırıq”…

Bu, elə olması lazım olan yanaşmadır, lakin öncəliklərin nə olduğu tam məlum olmadığı kimi, 2017-ci ilin 2018-ə miras buraxdığı, formalaşmaqda olan yeni strateji reallığın necə müəyyən edildiyi və ya qiymətləndirildiyi də tam bəlli deyildir.

Türkiyə, ikinci Soyuq Müharibə dövrünün yaşandığını düşünürmü? Bu durumda, bir ittifaq münasibətləri daxilində olmağı öz maraqlarına uyğun görürmü? Bu günədək davam etdirdiyi strateji kimliyi ilə Rusiyayla qurduğu iqtisadi əlaqələr arasında balansı necə mühafizə edəcək? Ya da bu balans hələ də önəmlidirmi? İqtidara yaxın olan şərhçilərin “ABŞ-la olan münasibətləri daha bərabər zəminə oturtmanın lazımlılığı haqqındakı” kəskin yanaşmaları, Rusiya ilə davam etdirilən münasibətlər üçün də keçərlidirmi? Belə suallara necə cavab veriləcəyi, çalxantılı keçməyə namizəd olan yeni ildə Türkiyənin marşurutunun necə müəyyən ediləcəyilə əlaqədar bir müzakirəyə də zəmin hazırlaya bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə