XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 14:29

ABŞ ORDUSU SAKİTCƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR –Savaş kimə qarşı olacaq?

Helen Kuper

“Nyu-York Tayms”

 

“Bütün qoşunların zabit və əsgərləri sakitcə müharibəyə hazırlaşır, eyni zamanda bu müharibənin heç vaxt başlayamayacağına ümid edirlər”, – “The New York Times” məlumat verir.

Ötən ay Şimali Karolinada yerləşən Fort-Breqq bazasından 48 “Apaçi” hücum helikopteri ağır hərbi “Çinuk” vertolyotlarının müşayiəti ilə təlimlər çərçivəsində havaya qalxıb. Təlimlərdə hücum hədəfləri istiqaməti üzrə döyüş vəziyyəti altında hərbi qulluqçuların və sursatın hərəkəti sınaqdan keçirilib. İki gün sonra Nevada üzərindən quru qoşunların 82-ci hava-desant diviziyasından 119 əsgər xarici müdaxiləni simulyasiya edən təlimlər çərçivəsində gecənin zülmət qaranlığında “S-17” hərbi təyyarəsindən yerə tullanıblar.

“Gələn ay bütün ABŞ ərazisindəki hərbi postlarda 1000 nəfərdən çox ehtiyat əsgər səfərbərlik mərkəzlərinin yaradılmasında təcrübə keçəcək. Gələn ay Qış Olimpiadası başladıqdan sonra Pentaqon Cənubi Koreyanın Pxençxan şəhərinə xüsusi təyinatlı əlavə qoşun göndərməyi planlaşdırır. Bəzi məmurların sözlərinə görə, bu, nəticə etibarilə İraq və Suriyada olduğu kimi Koreyada fəaliyyət göstərəcək operativ qrupun yaradılması istiqamətində ilkin mərhələ ola bilər. Başqa məmurlar bildiriblər ki, plan sırf əks-terror səyləri ilə əlaqədardır” – məqalədə deyilir.

Müdafiə naziri Cim Mattis (Jim Mattis) kimi Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef F.Danford da (Joseph F. Dunford) qətiyyətlə Pxenyanın atom ambisiyaları ilə mübarizə aparmaq üçün diplomatiyadan istifadə edilməsinə qarşı çıxır. Mettis avqustda Şimali Koreya ilə müharibənin “faciəvi” olacağını bildirib. Pentaqonun fəaliyyət göstərən və keçmiş məmurlarından və yüksək vəzifəli hərbi komandanlarından ibarət təxminən iyirmi nəfər nəşrə verdikləri müsahibədə qeyd ediblər ki, təlimlər daha çox qoşunun Mettisin və qərargah rəislərinin Koreya yarımadasında istənilən mümkün hərbi fəaliyyətə hazır olmaq əmrinə cavabını əks etdirir.

İraq, Əfqanıstan və Suriyada üsyançılarla 16 illik mübarizədən sonra Amerika komandanları narahatdırlar ki, qoşunlar dövlətin müdafiə etmədiyi hərbçilərin təqibinə daha yaxşı hazırlaşıb, nəinki yaxşı müdafiə olunan, güclü qoşuna və hava hücumundan müdafiə sistemlərinə malik quru dövlətinə müqavimət göstərmək üzrə ənənəvi missiyaya. 

Məmurlar qəzetə bildiriblər ki, ABŞ Quru Qoşunlarının qərargah rəisi, general Mark Milli (Mark Milley) bu yaxınlarda baş tutan bir neçə görüşdə Amerika qoşun tarixindən (biri II Dünya müharibəsində, biri Koreya müharibəsində) iki faciəvi epizodu qeyd edib, qoşun Şimali Koreya ilə ehtimal olunan müharibəyə hazırlaşmayacağı təqdirdə yaşana biləcək vəziyyətlə onları müqayisə edib. O, Quru qoşunlarının yüksək vəzifəli rəhbərlərini bölmələri qaydaya salmağa çağırıb və əzələ yaddaşı adlandırdığı itkilərlə bağlı narahatlığını dilə gətirib: rəqibin müasir hava hücumundan müdafiə qurğularını, tankları, piyadaları, hərbi-dəniz qüvvələrini, hətta kibersilahlarını işə saldığı müharibə də daxil olmaqla, geniş miqyaslı quru müharibəyə hazırlaşmağın vacibliyindən danışıb.  

Mettis üçün planlaşdırma Trampı sakitləşdirməyə xidmət edir. Analitiklərin sözlərinə görə, əslində plan Pentaqonun təhlükəni nə dərəcə ciddi qəbul etdiyini prezidentə xəbər edir və Mettisi Trampla yanaşı addımlamaması fərziyyəsindən müdafiə edir.

“Qoşunların işi mümkün istənilən gözlənilməz hadisələrə tam hazır olmaqdan ibarətdir”, – Obama administrasiyasında Pentaqonun yüksək vəzifəli rəsmisi və Vaşinqtonda yerləşən “WestExec Advisors” strateji konsaltinq şirkətinin təsisçisi Mişel Flurnoy (Michèle Flournoy) qəzetə bildirib.

“Şimali Koreya ilə bağlı heç bir qərar qəbul edilməsə, heç bir əmr verilməsə də milli təhlükəsizlik səbəbinə görə ilk növbədə prezident və komandasının ağlına gələn gözlənilməz hallara hazırlıq zərurəti komandanları təlimlər üçün əvvəlcədən planlaşdırılmış imkanlardan istifadə etməyə motivasiya edəcək”, – ekspert əlavə edib.

Məsələn, ötən ay Nevadada 82-ci hava-desant diviziyasının təlimləri zamanı quru qoşunlarının əsgərləri paraşütçülərin vertolyotlarda daşınmasını sınaqdan keçiriblər, düşmən sərhədi kimi nəzərdə tutulan məntəqələrə artilleriya, yanacaq və döyüş sursatları tədarük. Manevrlər ilkin mərhələdə düşməni müxtəlif cəbhələrdə döyüşməyə məcbur etməyə yönəlib. Məmurların nəşrə verdiyi məlumata əsasən, “Panthera Blade” adı altında təlimlərdə sınaqdan keçirilən manevrlər nəinki Koreya yarımadası, ümumiyyətlə hər yerdə istifadə oluna bilər.

Mettis və yüksək vəzifəli komandanlar tarazlığa nail olmağa çalışırlar: bir tərəfdən, qoşunun Şimali Koreyanın istənilən təhlükəsinə qarşı durmağa hazır olduğunu nümayiş etdirirlər, digər tərəfdən baş katib Reks Tillersonun (Rex Tillerson) rəhbərliyi altında münaqişənin həlli üzrə diplomatik təşəbbüsləri aktiv şəkildə dəstəklədiklərini göstərirlər. 

(Xpressa) 




Yuxarı Əvvələ Ana Səhifə