XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

06 Fevral 2018 - 14:49

İsveç alimi:“Planşet və televizorlar uşaqların intellektini yoxsullaşdırır” – Təhlil

 

Qabriyella Kvarnlöf

 Svenska Dagbladet (İsveç), 05.02.2018


IQ testləri aydınca göstərir: isveçlərin intellekti aşağı düşür. İsveçrə araşdırıcısı Martin İnqvar bununla bağlılığı olan bir neçə amili ayırır. Bu dramın baş yaramazı uşaqların televizor və planşetdən istifadə etməyidir.

1930-cu illərdə intellekt əmsalını özəl testlərlə ölçməyə başlayandan bəri intellektual əyri həmişə yuxarı qalxıb. Cəmiyyətimiz inkişaf etdikcə biz daha ağıllı olurduq. Lakin IQ səviyyəsi son illərdə aşağı düşür, özü də yetərincə sürətlə.

Martin İnqvar söyləyir: “İntellektin əvvəlki əmsalı geri gedir. Bir çox ölkələrdə intellekt aşağı düşür və İsveç istisna deyil. Əyri, təxminən, yeni minilliyin başlanğıcından aşağı enir”.

Bizim hələ daha ağıllıya çevrildiyimiz vaxtlarda ən sürətli inkişaf güclü məktəb təhsili sistemi olan ölkələrdə müşahidə olunub. Martin İnqvar göstərir ki, məktəbdə zəif tədris və uşağın televizora baxmağa sərf etdiyi zamanın inkişafıyla IQ göstəricilərinin pisləşməsi arasında bağlılıq var. Martin deyir: “Televizorla curluqda böyüyən valideynlərin ilk nəsil övladları doğulanda intellekt göstəriciləri düşməyə başlayıb. Bu valideynlərin getdiyi məktəblərdə mütaliə prioritet deyildi. Bilik, dil və intellekt əl-ələ irəliləyir və bütün bunlar həyatda uğurun mühüm amilidir. IQ-nin statistik səviyyəsi həm ömrün uzunluğu və sağlamlığa, həm də özünü təmin etmək bacarığına təsir edir. Bu günki sosial sistemimizə meydan oxunduğunu hiss  etmək üçün Eynşteynin qardaşı olmaq lazım deyil. Cəmiyyətə az deyil, çoxlu beyin gərəkdir”.

Valideynlərin çoxu uşaqlara planşet, mobil telefon və kompüterlər vasitəsilə özlərini əyləndirmək imkanı verir. Martin İnqvar texnikaya qarşı deyil, amma xəbərdarlıq edir ki, bu cihazların hamısı uşağın inkişafına mane olur.

“Məlumatların çoxu ondan xəbər verir ki, nitqi ancaq, məsələn, televizorda və ya planşetdə dinləyən şəxslərin öz nitqləri birbaşa kimləsə danışanlardakı qədər yaxşı inkişaf etmir. Evdə söhbətlər nə qədər azalırsa, adamlar bir o qədər çox telefona, planşetə və yaxud televizora zilləşib otururlar”.

IQ səviyyəsinin düşməsi həm də buna səbəb olub ki, İsveçdə yaşlı və cavan nəsil yerlərini dəyişib.

Ekspert həm də “Yaşlılar üçün PISA” adlandırılan (PISA – öyrədənlərin təhsil uğurlarının dəyərləndirilməsi üzrə beynəlxalq proqram-tərc.) Yaşlıların səriştəsinin beynəlxalq dəyərləndirilməsi Proqramının (PIAAC) statistikasına istinadən qeyd edir: “Ölkələrin əkəsriyyətində gənclər və təhsilli vətəndaşlar yaşlılardan daha çox şey bacarırlar. İsveçdə indi əksindəir. Burada qocalar daha çox bacarır”.

“Svenska Dagbladet”: – Deməli, İsveçdə intellektin səviyyəsi niyə düşür?

Martin İnqvar: – Dəqiq bilmirik, amma amillərdən biri – uşaqlar bu gün son dərəcə az oynayırlar. Uşağın fiziki oyunları planşetə və ya televizora dəyişməsi düşüncə bacarığına təsir edir. Uşaq dil vərdişlərinin önəmli inkişafından məhrum olur, nəticədə mücərrəd təfəkkürün formalaşması ləngiyir, bnu da öz növbəsində intellektə təsir edir. Daha bir mühüm amil: məktəbdə mütaliəyə yetərincə diqqət ayırılmır. Oxuyan ailənin uşağı bu qayda ilə oxumayan ailədəki uşaq qarşısında üstünlük əldə edir. Mütaliə cəmiyyətdə sosiallaşmanın effektli üsuludur.

-İntellekt əmsalını ölçmək niyə belə vacibdir?

-İntellekt əmsalı, IQ sizin həyatınızın necə biçimlənəcəyinin indikatorudur. Lakin IQ çoxlu amildən yalnız biridir. Yaxşı ailənin uşağının intellekt kasadlığından müəyyən qədər “peyvəndi” var. Lakin insan çətin durumda böyüyübsə, həyatının məşəqqətli olacağı riski böyüyür və uğura nail olmaq üçün olduqca istedadlı adam olmaq gərəkdir.

-Və bununla nə etmək olar?

-Asan cavab yoxdur, lakin  hər şey məktəb və təhsilin ətrafında fırlanır. Bu məsələlərə tam diqqət ayırmaq lazımdır, baş vəzifə mütaliə həcmini və bilik səviyyəsini yüksəltməkdir.  Onda tendensiyanı dayandırmaq mümkün olacaq. Durumu indi on şagirddən, demək olar, ikisinin məktəbi bitirmədiyi və gimnaziyaya girə bilmədiyi kimi kimi qoymaq olmaz.

Tərcümə Strateq.az-ındır.