XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 13:25

Şiə və sünnilərin qardaş qırğını – TƏHLİL

“Şiəlik – ehtiras və sirr dinidir”

Yəməndə Yaxın Şərqin iki əsas rəqib dövlətini – Səudiyyə Ərəbistanını və İranı təmsil edən iki düşərgənin dəstələri üz-üzə gəlib. Eyni zamanda, bu müharibə bütün bölgə üzrə şiə və sünnilərin qan tökülməsinə aparan qarşıdurmaya nəzər salmağa imkan verir. Fələstin-İsrail münaqişəsi deyil, məhz İslamın bu iki qanadının çoxdankı və qardaşın qardaşı öldürdüyü müharibəsi hazırda bu narahat bölgədəki bütün savaşların simasını müəyyənləşdirir.

Bu, necə meydana çıxdı? 1960-cı illərdə şiələri kafir və pozğun sayan sələfi və digər ekstremist hərəkatların (Səudiyyədə vəhhabilərin, Suriya və Misirdə “müsəlman qardaşlar”ın) möhkəmlənməsi sünni ölkələrdə şiə azlığa qarşı qartımış nifrəti yenidən oyatdı.

1979-cu ildə İranda İslam inqilabı və ayətullah Xomeyninin öz modelini bütün müsəlman aləmində təsdiq etmək cəhdləri fonunda sünnilərin təşvişi ən yüksk həddə çatdı. Təhlükəni hiss edən Fars körfəzi monarxiyaları (Qərbin razılığı ilə) 1980-ci ildə İraq lideri Səddam Hüseynin İrana müdaxiləsini dəstəklədi. İraqın İranla müharibəsi səkkiz il çəkdi və bir milyondan artıq insanın həyatına son qoydu. Fəqət Fars körfəzində şiə azlığın sıxıntısı daha da kəskinləşdi.

Sonralar bölgəsəl alyansların oyunu bölgünü daha da qəlizləşdirdi. İslam respublikası öz inqilabını yaya bilməsə də, bölgədə öz nüfuzunu yayamaq üçün Livanın “Hizbullah”ı (şiə hərəkatı), Suriyada hakimiyyətdə olan ələvilərin (şiəliyin bir qanadı) və İraqın şiə hökuməti timsalında etibarlı müttəfiqlər tapdı. Bununla belə, hər şey bu ölkələrin sünni əhalisinin ziyanına baş verdi və onlar da öz növbələrində ayrı-seçkilik obyektinə çevrildilər. Suriya və İraqda alovlanmış xalq üsyanlarının səbəbi də belə dərin ictimai qeyri-bərabərlik oldu.

Şiələr bölgədə azlıq təşkil etsələr də (bütün dünyada yaşayan 1,2 milyard müsəlmanın cəmi 10%-ini onlar təşkil edir), İran, Suriya, Livan və İraq “şiə oxu” Yaxın Şərqdəki münasibətlərdə həlledici rol oynamağa başladı. Şiələr İranda əhalinin 98, Bəhreyndə 75, İraqda 54, Livanda 30, BƏƏ-də 27, Küveytdə 25, Qətərdə 20 və Səudiyədə 10%-ni təşkil edirlər.

İslamın iki əsas qanadının müharibəsi İŞİD-in işinə yaradı. Ekstremistlər Suriya və İraqda insanları bürümüş əlacsızlıqdan istifadə etdilər. Belə ki, onları əvvəlcə xilaskar kimi qarşıladılar. 2014-cü ilin iyununda onlar 1924-cü ildə Osmanlı imperiyası ilə birgə yox olmuş “İslam xilafəti”nin bərpa edildiyini bəyan etdilər (o, sünni İslamının qızıl əsrini bildirir). İŞİD Suriya ilə İraqın Yaxın Şərqin bölünməsi üzrə Britniya və Fransa müsətmləkəçilərindən miras qalmış sərhədini aradan qaldırmağı qət etdi.

Muhəmmədin mirası uğrunda müharibə

İslamın tarixində 632-ci ildə Muhəmmədin ölmümündən sonra miras uğrunda başlanmış savaşların kökünü araşdırmadan şiə və sünnilərin indiki qardaş qırğınının səbəbini anlamaq mümkün deyil.

Tarixçi Andre Mikelin dediyi kimi, şiəlik – ehtiras və sirr dinidir. Onun adı ərəbcə “şiə” sözündən götürülüb, mənası “ardıcıl” deməkdir. Söhbət peyğəmbərin əmisi oğlu və qızının əri, peyğəmbərin vəfatından sonra özünün hakimiyyət hüququnu bəyan etmiş Əlidən gedir. Lakin daha tədbirli Əbu Bəkr, ömər və Osman ilk xəlifələr oldular. Əli yalnız 656-cı ildə, yəni peyğəmbərin vəfatından 25 il sonra hakimiyyətə gəldi.

Bununla belə, onun taxt hüququ ilə bağlı Dəməşq hakimi Müaviyə dərhal höcətə başladı. Müaviyə Əlini və onun ardıcıllarını üçüncü xəlifə Osmanın qətlində ittiham etdi.

Dörd il çəkən mübarizədən sonra Müaviyə Əlini devirib özünü xəlifə elan etməyə nail oldu. O, hakim Əməvilər sülaləsinin banisi oldu. Əlini zəhərli qılıncla öldürdülər. Onun sərdabəsi Nəcəf şəhərində (indiki İraqda) yerləşir və bütün dünya şiələri üçün müqəddəs sayılır. Oğlanları Həsən və Hüseyn “ələvilər”ə (şiələrin başqa adı) başçılığı qəbul etdilər və atalarından sonra ikinci və üçüncü imam oldular.

Hər necə olsa da, İslamın ilk illərində kifayət qədər qan tökülüb və 680-ci ildə Həsəni də öldürdülər. Əməvilərlə mübarizədə məşəli onun qardaşı Hüseyn qəbul etdi, lakin 680-ci il oktyabrın 10-da Kərbəladakı məşhur döyüşdə onu qətlə yetirdilər və bədəninin dəhşətli dərəcədə doğradılar.

Kufəli ardıcılları onun köməyinə yetişə bilmədilər və o vaxtdan bəri müqəddəs Nəcəf və Kərbəla şəhərlərində mərasimlər zamanı şiələr öz günahlarını yumağa çalışırlar.

Təqib edilən azlıq

Əli ardıcıllarının və onu oğlanlarının faciəvi taleyi (onları bu gün də şəhid sayırlar) bu gün tanıdığımız həmin qəti etirazlı şiəliyi doğurdu. Onlar hələ də müstəbidlə, ədalət və əsil İslamın zəfəri naminə mübarizə aparırlar.

Şiələr həmişə özlərini sıxışdırılan seçkin azlıq hesab edirlər və İraqda, Suriyada, Yəmənədəki bu günki faciələr onlar tərəfindən keçmişdəki ikrah dolu zorakılığın təcəssümü kimi qavranılır.

Hərbi və siyasi təfriqəyə həm də XVI əsrdə xrsitian aləminin katolik və protestantlara bölünməsitək “dini təfriqə” iz qoyub. Sünnilər peyğəmbərin sünnəsinə (ənənələrinə), Quranın şərhinə və fiqhə daha ciddi şəkildə yanaşmağa üstünlük verirlər. Şiəlik isə tək olan Allaha inama (“Allahdan başqa ilah yoxdur, Muhəmməd isə O-nun rəsuludur”) güvənir. Lakin ona daha az qəddarlıq və dərin mistisizm xasdır (bu, xeyli təriqət doğurub).

Fars sülaləsi sünni-osmanlılardan mərzlənmək üçün şiəliyi dövlət dini, fars dilini dövlət dili elan etməyi və fəqih və ilahiyyatçılardan dövlət ruhaniləri formalaşdırmağı qət etdi. (O, getdikcə gücləndi və hazırda ümumiyyətlə ölkəni idarə edir).

İslamşünas Antuan Sfeyr “İslama qarşı İslam” kitabında yazır ki, “İran XVI yüzillikdən başlayaraq şiləliyin Vatikanı kimi oldu”.

Şiələr, hər şeydən öncə, yalnız Əli və Fatimə xəttini qəbul edirlə
r. Əli və onun törəmələri Muhəmmədin qanuni varisləri, Quranın “məxfi məna”sını özündə yaşadan “imamları” hesab edilir. Şiələrin dual dünyagörüşündə əvvəlkitək belə gizli və batini tərkib elementləri mövcuddur.

Sünnilikdə insanla Allah arasında vasitəçi, yəni ruhanilər yoxdur. İmamı hakimiyyət və ya dindarların özləri seçir, onları yalnız cümə ibadətinə Qurandan moizələr oxumağa və onu şərh etməyə dəvət edirlər. Şiəlikdə isə əksnə, imam icmanın yeganə həqiqi rəhbəridir.

Antuan Sfeyrin yazdığı kimi, Əlidən sonra imamların siyasi hakimiyyətə gələ bilməməsi faktı onları “uzaqlaşdırılmanın ilahiyyat şərhini formalaşdırmağa təhrik etdi”.

Belə ki, on iki imamlı şiələr (üstünlük təşkil edən istiqamət) hesab edirlər ki, imamların nəsli 12-ci imam Muhəmməd əl-Mehdidə dayanıb. Onlar 874-cü ildən bəri, əvvəlki kimi, bu “qeybə çəkilmiş” imamın dönüşünü gözləyirlər. O, yeni Məsih olmalı, Qiyamət günü və Məhşərə qədər yer üzündə ədalət və firavanlığı yoluna qoymalıdır.

Beləliklə, şiələr üçün vəhy Mühəmmədlə başa çatmayıb, o, peyğəmbərlər silsiləsində yalnız bir həlqədir. Buna görə də sonuncu və əsas peyğəmbər olası məxfi imamın zühurunu gözləyirlər. Onun adı dünyanın təmizlənməsi ilə sıx şəkildə bağlıdır. Axı şiəlik, istənilən hər bir məsihçilik kimi, mübarizəni kosmik səviyyəyə qaldırır: möminlər kafirlərə, işıq qaranlığa qarşı…

Anri Tenk

“Slate.fr” (Fransa)




Yuxarı Əvvələ Ana Səhifə