XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 04:51

Çinlə Rusiyanın Qazaxıstan uğrunda SAVAŞI necə bitəcək? – TƏHLİL

Nazarbayev qazaxları ölkənin quzeyinə köçürmə qərarı verib

çinlə Rusiya Qazaxıstan uğrunda amansız mübarizə aparır. Qazaxıstan böyük ərazili və təbii yataqlarla zəngin bir ölkədir, buna görə Avrasiyada hegemoniyaya can atan çin də, Rusiya da onu tovlayıb öz tərəfinə çəkmək istərdi.

Yazıçı-sənətçi Keyko Kavasoe (Keiko Kawasoe) bu məqalədə Putinlə Si arasındakı bu məkrli və sürəkli rəqabətdən danışır.

çin bir neçə onillik ərzində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü və Rusiya və çinlə xeyli ümumi sərhədi olan Qazaxıstanla müansibətlərin möhkəmlənməsi üzərində işləyir.

Qazaxıstan Avstraliyadan sonra dünyada ərazicə doqquzuncu yeri tutur (ərazisinə görə Yaponiyanı yeddi dəfə üstələyir). Bu, dünyada qitənin içində yerləşən ən böyük dövlətdir. Əhalisi on yeddi milyon nəfərdir. Eyni zamanda ölkə neft, qaz və digər energetik, mineral ehtiyatlarla zəngindir.

Şöz yox ki, Qazaxıstan Si Szipinin elan etdiyi “Yeni ipək yolu” ideyasının gerçəkləşməsi üçün ən önəmli Avrasiya dövlətidir. İki ölkə arasındakı iqtsadi münasibətlər tədricən yaxşılaşır.

Qazaxıstan təbii ehtiyatların çıxardılması sahəsində praktik olaraq inkişaf etmiş ölkələr sırasına qalxıb. 2017-ci ildə Astanada ümumdünya EKSPO-2017 sərgisi keçiriləcək. Keçmiş paytaxt Alma-Ata Pekinlə yanaşı 2020-ci il qış Olimpiadasının keçirməyə iddialıdır.

çinlə Qazaxıstan ötən ilin dekabrında avtomobil və dəmiryollarının inşası üzrə ümumi məbləği on milyard dollar olan 30-a qədər müqavilə imzalayıb.

Bu ilin fevralında yüklərin Lyanyunqandan Qazaxıstana çatdırılması üçün dəmiryol marşrutu işə salınıb. Bundan başqa, ən yaxın zamanda Qazaxıstan, Rusiya və Polşa ərazisindən keçən çuntsin-Düsseldorf qatarının gedişi sürətləndiriləcək: yola gedən vaxt iki həftədən on günədək azalacaq.

İki ölkənin sərhədində yerləşən və şərikli idarəçilik sayəsində diqqət çəkən sərhədyanı beynəlxalq əməkdaşlıq mərkəzində yük daşınmaları artır, anbar binalarının sahəsi böyüyür.

Təbii ki, prezident Putin çinin var gücü ilə Qazaxıstanın zəngin təbii ehtiyatlarına yaxınlaşmağa necə cəhd etdiyini sükutla seyr etməyəcək. Rusiya lideri ötən il avqustun sonunda Moskva yaxınlığında keçirilmiş gənclərlə görüşündə bildirdi ki, sənaye və texnolgiyaların inkişafı baxımından Qazaxıstanın Rusiya iqtisadi təsir sahəsinə keçməsi sərfəlidir. Bununla belə, ötən ilin martında Krımın birləşdirilməsi və həmçinin Ukraynanın şərqində könüllülərə kömək Qazaxıstanda ciddi narahatlıq doğurdu. Məsələ burasındadır ki, Qazaxıstanın quzeyində Rusiya sərhədi yaxasındakı bölgələrdə xeyli rus yaşayır. Prezident Nursultan Nazarbayev keçən il qazaxların quzey bölgələrə köçürülməsi barədə qərar qəbul etdi. Bundan başqa, separatizmlə bağlı fəaliyyət və sərhədlərin dəyişiliməsnə dəxli olan yeni qanun qəbul edilib.

Buna baxmayaraq, hər şeydən göründüyü kimi, ölkəni sövet dönəminin sonundan idarə edən prezident Nazarbayev xarici siyasətdə ən yüksək prioriteti Ruisyaya verir. Bəzi ekspertlərin fikrincə, çin vahimə doğurduğu halda, Rusiya adi və anlaşılan müttəfiqdir.

Rusiyanın gömrük birliyinə daxil olan Qazaxıstan və Belorusiya Kremlin təşəbbüsü ilə ötən ilin iyununda Avrasiya İqtisadi Birliyinin yaradılması haqda müqavilə imzaladı. Müqaviləyə Ermənistan da qoşulub. Birlik bu ilin yanvarında fəaliyyətə başlayıb.

Bəs Qazaxıstanla Yaponiya arasındakı münasibəti necə səciyyələndirmək olar? Bu haqda az adam bilir, lakin o, layiqli səviyyədədir.

Qazaxıstanın yeni paytaxtı Astananın baş planını yapon memarı Kisyo Kurokava hazırlayıb. 2010-cu ildə açılmış elitar təhsil müəssisəsi Nazarbayev Universitetinin ilk rektoru ümümdünya Bankı başçısının keçmiş müavini Sigeo Katsu olub.

Bununla belə, Qazaxıstanın ümid etdiyi kimi, ölkələr arasında sıx iqtisadi əlaqələr qurulmayıb.

Hər şeydən göründüyü kimi, Qazaxıstanın ərazisi və təbii ehtiyatları ətrafında çinlə Rusiya arasında doğrudan-doğruya mübahisə şiddətlənəcək.

Keyko Kavasoe (Keiko Kawasoe)

“Sankei Shimbun” (Yaponiya)