XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2018 - 19:20

İNGİLİSLƏR NARAHATDIR:Türkiyə kritik anda kimin yanında yer alacaq? - TƏHLİL

Özcan Tikit

“Habertürk”, Türkiyə

 

İngiltərə Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmanı diqqətlə izləyən, prosesin hara gedəcəyilə maraqlanan ölkələrdən biridir. Çünki ikitərəfli işləyən rus agenti Sergey Skripala Londonda edilən kimyəvi sui-qəsd təşəbbüsü Rusiya ilə İngiltərənin arasını son bir ayda artıqlaması ilə gərginləşdirmişdir. Bu böhranda bir çox NATO ölkəsi İngiltərə ilə birlikdə hərəkət edərək, çox sayda rus diplomatını deportasiya etmişdir. Türkiyə isə böhranda tərəfsiz qalmağa diqqət göstərdi.

Əlbəttə ki, bu, Ankaranın Londonla münasibətlərinə önəm vermədiyi mənasına gəlmir. Ankaranın Breksit qərarı ilə Avropa Birliyindən ayrılma prosesinə girən və 15 iyuldan sonra da yanında ən çox duran İngiltərə ilə münasibətlərinə dəyər verdiyi çox yaxşı məlumdur. Bununla birlikdə, İngiltərə NATO-dakı rus əleyhdarlığının, demək olar ki, bayraqdarlığını öz üzərinə götürərkən, açığı, Ankaranın Moskva ilə münasibətlərini strateji səviyyəyə doğru irəlilətməsinin bu dostluq və müttəfiqlik münasibətlərinə necə təsir edəcəyi də çox maraq edilir.

Öncəki gün Boğaziçi Qlobal Əlaqələr Mərkəzinin (Bosphorus Global) dəvətilə Türkiyəyə gələn İngiltərə Lordlar Kamerasının üzvü Aleks Karlil (Alex Carlile) ilə böhranların kölgəsindəki bu önəmli münasibətlər haqqında danışdıq. İngiltərənin terrorla mübarizə ilə bağlı qanunlarının tənzimlənməsində üzərinə mühüm vəzifələr götürmüş, hazırda Təhlükəsizlik İnstitutunun direktoru vəzifəsini icra etməyə davam edən Karlil suallarımızı cavablandırdı.

 

Rusiya Estoniyanı da işğal edərsə, nə olacaq?

 

Karlil deyir ki, Türkiyə çox gözəl bir ölkədir, amma bura gələn ingilis turistlərinin sayı azalıb:

“Çünki  ingilis xalqında Türkiyənin daha avtoritar bir sistemə çevrildiyinə dair rəy var. Sizə ingilisləri qayğılandıran gündəlik bir nümunə verə bilərəm. Türkiyə və Rusiyanın prezidentləri birlikdə ortaq çağırışlar etdilər. Mən bunu anlayıram, enerji ticarəti səbəbilə Türkiyənin Rusiya ilə əlaqələrinin önəmli olduğunun fərqindəyəm. Amma Türkiyənin əksər ingilis tərəfindən sevilməsinin bir səbəbi də onun NATO üzvü olmasıdır.

Hazırda ingilis ictimai rəyi Estoniya ssenarisini izləyir. Məsələn, Rusiya Krımda etdiyi kimi, Estoniyanı da işğal edərsə, nə olacaq? İngiltərənin cavabı məlumdur, müharibə etməyi də gözə alar, Estoniyanı xilas etməyə gedər, digər NATO üzvlərindən də eyni hərəkəti gözləyər. Yaxşı, belə bir ssenaridə Türkiyə hərbçiləri də Estoniyada olarlarmı? Bu, qanuni bir sualdır və açığı, indi onun cavabını axtarırıq. Türkiyənin hansı tərəfdə olduğunu bilməyimiz lazımdır”.

 

Türkiyə PKK ilə mübarizəsində haqlıdır

 

“Türkiyənin PKK-ya yönəlik əməliyyatları beynəlxalq hüquqa uyğun olduğu müddətcə legitimdir. Əgər mübarizə sərhəd xaricində aparılırsa, bu, onun ərazisinə girdiyi ölkəni maraqlandırır. Türkiyənin buna haqqının olmadığı söylənə bilməz. PKK, İngiltərəyə görə də, bir terror təşkilatıdır. PYD/YPG isə terror təşkilatları siyahısında deyil. Bir ingilis hüquqçusu və siyasətçisi olaraq mən də onun terrorçu bir təşkilat olduğunun sübut olunmadığı görüşündəyəm. İngiltərədə Daxili təhlükəsizlik naziri bir qrupun terrorçu olduğunu iddia edirsə və onun siyahıya salınmasını istəyirsə, bu məsələ ilə bağlı sübutlar təqdim etməlidi”.

 

Qayğılar var

 

“İngiltərədə prezidentlik sisteminin avtoritarlığa yol açdığı, plüralizmə zərər verdiyi, kürd məsələsində kifayət qədər həssas davranılmadığı, 15 iyul çevriliş təşəbbüsü sonrası həbs edilənlərin sayının çox yüksək olduğu, Türkiyənin tərəf olduğu Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinə zidd hərəkət etdiyi yönündə qayğılar var. Bunlar mənim görüşlərim deyil, sizə ümumi rəyi çatdırıram”.

 

Kürdlər terrora qarşıdır

 

“Bir çox ingilis siyasətçi PKK-ya yönəlik hücumları kürdlərə yönəlik hücumlar olaraq qəbul edir. Mən burada bunun belə olmadığını, kürdlərin əksəriyyətinin zorakılığa və bölünməyə qarşı olduğunu öyrəndim. Separatizm Avropada çox önəmli bir məsələdir. Şotlandiyada, Kataloniyada oxşar diskusiyalar yaşandı. Separatizm məsələsində hər yerdə bərabər standartlar olmalıdı”.