XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2018 - 20:47

İsveçin keçmiş xarici işlər naziri:“Makronun yaltaqlığına rəğmən Tramp nüvə sazişindən çıxmaqla İrana deyil, Avropaya savaş elan edir” – Təhlil

Hannes Lundberq Andersson

Expressen (İsveç), 09.05.2018

 

Karl Bildt ABŞ prezidentinin İranla sazişdən çıxmaq qərarını sərt qiymətləndirir. O, hesab edir ki, bu qərar Trampın bu yaxınlarda Vaşinqtonda görüşdüyü Fransa prezidenti Makron tərəfindən sillə kimi qəbul edilməlidir.

Bildt öz bloqunda yazıb: “Tramp İran sazişi üzrə öz qərarıyla Avropaya müharibə elan edir”.

Keçmiş xarici işlər naziri Karl Blidt həm Tvitterdə, həm də öz bloqunda Donald Trampın İranın nüvə proqramı üzrə sazişdən çıxmaq qərarı haqda yazıb. Saziş İran nüvə proqramı üzərində beynəlxalq nəzarəti təmin edir. Atom sazişi də adlanan müqavilə bağlandığı andan bəri İran beynəlxalq yoxlamanı ölkənin müxtəlif atom obyektlərinə buraxmağın  əvəzində sanksiyaların zəiflədilməsini əldə edib. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın irəli sürdüyü bu müqavilə qüvvəyə minəndən sonra bir çox ölkələrin İrana ixracatı güclü artıb.

 

Karl Bildt: Avropanın maraqlarına heç bir sayğı yoxdur

 

Karl Bildt öz bloqunda İran sazişinə həsr edilən və “Tramp Avropaya müharibə elan edir” adlanan postda yazır ki, yeni sanksiyalar Amerika şirkətlərinə deyil, birinci növbədə Avropa müəssisələrinə toxunacaq. Bildt habelə hesab edir ki, ABŞ-ın yeni mövqeyi İranda hakimiyyətə təsir edəcək.

Bildt sonra yazır: “Həm qısamüddətli, həm də uzunmüddətli perspektiv baxımından olduqca təşvişlidir ki, Tehranda sərt xətt tərəfdarları indi daha güclü ola bilərlər”.

Bildt düşünmür ki, Trampın sazişdən çıxmaq qərarı aydın səmada göy gurultusu olub və deyir: “Amma gözə girir ki, Avropa maraqlarına və arqumentlərinə ən cüzi sayğı sadəcə, bir kənara atılıb”.

 

Karl Bildt: Rusiyaya əlverişlidir

 

Bildtin sözlərinə görə, prezident Makron “həll tapmağa cəhd etməkdən ötrü xüsusən çox səy qoyub”.

“Lakin o özünün bütün yaltaqlığına görə qətiyyən heç bir dividend əldə etməyib. Bu, Parisdə, az qala, sillə kimi qəbul edilməlidir”.

Bildtin fikrincə, sazişlə bağlı durum Rusiya və Putinə əl verir. Rusiyanın neft resursları var və daha əvvəlki qədər neft ixrac edə bilməyəcək İrana qarşı yeni sərt sanksiyalar nəzərə alınsa, neft qiymətləri artaraq Rusiyaya öz növbəsində hərbi sahəyə yatırıla bilən böyük gəlirlər təmin edəcək.

Karl Bildt bu çərşənbə “İsveç televiziyası” verilişində bu fikri inkişaf etdirib.

“Bu, transatlantik münasibətlərində kəskin və olduqca ciddi böhrana səbəb olacaq. Bizi son dərəcə mənfi nəticələrin uzun silsiləsi gözləyir”.

“Demək lazımdır ki, Avropanın bölgəyə bütün bu müxtəlif münaqişələri tənzimləməyə, gərginlyi aradan qaldırmağa çalışmağımızdan ibarət olan münasibəti indi çox şey bildirir. İndi isə amerikalılar deyirlər ki, “biz bu haqda heç bilmək də istəmirik, biz münaqişələri həll etməyəcəyik, bu və ya digər tərəfin udacağı ümidiylə bunları qızışdıracağıq”. Və təəssüf ki, onlar buna nail olurlar. Bölgədə münaqişə kəskinləşəcək və düşünürəm ki, buna görə hamı zərərdə qalacaq. Bizi, avropalıları Yaxın Şərqdən heç bir okean ayırmır, bütün bunlar Ağ Evdənsə bizə tamamilə birbaşa özgə cür təsir edir”.

Tərcümə Strateq.az-ındır.