Bill Emmott
“Project Syndicate”
ABŞ prezidenti Donald Trampın Kim Dzyan (Çen) Inla iyunun 12-nə planlaşdırılan zirvə görüşünü ləğv etmək barədə kəskin qərarı Şimali Koreya lideri üçün diplomatik zərbə və Çin üçün daha böyük qələbəni ehtiva edir. Halbuki qısa müddətdə Kimin səciyyəsi beynəlxalq xuliqandan sülh göyərçininə çevrilmişdi.
Kim daha çətin bir müvəffəqiyyət arzusunda ola bilərdi. ABŞ-ın hava hücumları təhdidi və sərt iqtisadi sanksiyaları qarşısında – hətta ehtimal ki qonşusu və müttəfiqi olan Çinin də buna qoşulması ilə – Şimali Koreya nüvə silahlı dövlət statusu əldə edib. Bu, yüksək liqadır. Üstəlik Kim tarixi sammit ideyasını özü irəli sürmüşdü və indi, Trampın qərarından sonra bu uvertüranı rədd edir.
Şübhəsiz, Şərqi Asiyada Kimin dəyişməsini heç kim təsəvvürünə gətirmir. O, hələ də qəddar diktator və regional sülh üçün potensial təhlükədir. Lakin bu günə qədər Şimali Koreyanın bütün qonşuları – Yaponiya, Cənubi Koreya, Çin və Rusiya – daha proqnozlaşdırıla bilən və ABŞ-dan daha etibarlı diplomatik strategiya yürüdüb.
Kimin “nüvəsizləşdirmə” sözünü masadakı müzakirəyə qoyması həmişə şübhə doğurub. Nüvə çəkindirməsini inkişaf etdirmək üçün xeyli vaxt və səy göstərdikdən sonra da o, bundan asanlıqla imtina etməyəcəkdi. Bununla belə, bəlkə də sülh müqaviləsi və regionda münasibətlərin idarə olunması üçün geniş çərçivə təkliflər, xüsusilə hərbi gərginliyin azaldılması cənubi koreyalılar və Çinin gözündə xoşməramlı inkişafı təmsil edib.
Eyni söz Amerikanın aydın danışıqlar mövqeyinə şamil edilə bilməz. Tramp administrasiyasının Şimali Koreyanın nüvə və raket qüvvələrinin tam və etibarlı ləğvi tələbi heç vaxt realist olmayıb. Bundan da pis olan budur ki, ABŞ-ın hərtərəfli etibarlılığı (milli təhlükəsizlik müşaviri Con Bolton və vitse-prezident Mayk Pensin tövsiyəsi ilə) Trampın İranla nüvə sazişindən çıxmaq barədə qərarı ilə zədələnib. Bu, Şimali Koreyanın vəziyyətini Liviyada Müəmmar Qəddafinin aqibətinə bənzər edir.
Kimin 2011-ci ildə üsyançılar tərəfindən devrilən və öldürülən Qəddafiyə bənzədilməsi, Trampın sammiti ləğvi barədə məktubu da əlavə olunmaqla, Şimali Koreyada qəzəb və açıq düşmənçiliyə səbəb olacaq. Bu, Kim rejimin bəyanatlarının ədalətli bir təsviridir, lakin bu, şimali koreyalıların indi Amerika qorxularının qurbanı kimi göründüyü anlamına gəlmir.
ABŞ-ın bölgədəki əsas strateji tərəfdaşlarının hadisələrə necə cavab verəcəyi hələ də görünmür. Yaponiya və Cənubi Koreya Trampın impulsiv qərar qəbul etməsi ilə şok keçirirlər. Xüsusilə Yaponiya, Şimali Koreyanın hərəkətlərindən daha çox ABŞ-ın hərəkətlərindən qorxur. O cümlədən Tramp administrasiyasının Yaponiyanın polad istehsalçılarına qarşı tarif təhdidindən.
Bütün bunlar nəyə və hara aparır?
Trampın sammit ləğvinə cavab olaraq, Şimali Koreya, mənəvi yüksəliş hiss edərək, görüşə davamlı və açıq olduğunu ifadə edib. Ancaq əsl sual Çinin buna necə təpki verəcəyidir.
Ötən il Çin Şimali Koreyaya iqtisadi nəzarətini gücləndirmək üçün ABŞ-ın təzyiqinə qoşulub. Bu, Pekinin regional sabitliyin qorunması üçün öz rolunu oynamağa hazır olduğunu göstərir. Üstəlik o, iki aydan az müddətdə iki dəfə Kim səfərlərinə ev sahibliyi edib. Bunlar Kimin Şimali Koreya lideri olaraq xaricə ilk səfərləri idi, Çin prezidenti Si Zinpinlə vəfa borcu ödəmək və Sinin diplomatik dəstəyini qazanmaq istədiyini göstərir.
Trampın zirvəni ləğv etməsindən sonra Çinin Şimali Koreyaya təzyiq göstərməsi üçün səbəbi azdır. Əslində, Tramp Çinə qəribə bir seçim imkanı verib: ABŞ-la davam edən ticarət müzakirələrində o, Şimali Koreyadan istifadə və ya Kimin Çindən asılı olduğunu göstərməkdən ötrü Şimali Koreya ilə ticarət və digər iqtisadi əlaqələri bərpa edə bilər.
Hər iki halda, Avropa İttifaqı və Yaponiya Tramp administrasiyasının ticarətdə, Şimali Koreyaya və İranla nüvə razılaşmasına qarşı təcavüzkar hərəkətlərində qarşı köklənir. ABŞ-ın tələblərinə əyilmək üçün Çinə təzyiq də yoxdur. Çinin ən böyük narahatlığı artıq ABŞ-ın Şimali Koreyaya qarşı hərbi hücum tətbiq edəcəyidir.
Koreya yarımadasında hərbi qarşıdurmanın yoxluğu Çin üçün strateji qələbə sayılır. Ona borclu olan müttəfiqi yenidən dirçəltməklə yanaşı, o, sülh və sabitlik qüvvəsi ola bilər. İndi Pekinijn bölgədəki hər bir hərəkəti ABŞ-ın hərəkətləri ilə müqayisədə daha ağıllı görünəcək. ABŞ-ın təsirinin azalması və Çinin strateji dəstəyinin güclənməsi Trampın sayəsində yalnız sürətlənib.
Tərcümə: Strateq.az