XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2018 - 01:02

Türkiyə-ABŞ əlaqəsini xilasetmə addımı:iki ölkənin xarici işlər nazirlərinin görüşü gərginliyi xeyli yumşaldıb - Təhlil

Sərdar Turqut,

“Habertük”ün Vaşinqton təmsilçisi, 06 iyun 2018-ci il

 

Jurnalistlər baxımından bazar ertəsi günü peşə həyəcanından, dolqulardan, mümkün olduqca, uzaq durma günü idi. Çünki Türkiyə ilə ABŞ arasındakı əlaqənin bitməsi və ya davam etdirilməsilə nəticələnə biləcək həlledici xarici işlər nazirləri zirvəsi vardı.

Təcrübəm və bütün daxili intuisiyam mənə nəticələrlə bağlı tələsməməyi söyləyirdi. Bu üzdən, dünənki günü də istifadə edərək, görüşün mahiyyətindən xəbərdar olan bir çox amerikalı qaynaqla danışdım.

İlk öncə Xarici işlər naziri Mövlud Çavuşoğlunun “Görüş uğurlu keçdi” açıqlaması gəldi. Mənim əsas vəzifəm Amerika tərəfinin dəyərləndirmələrini “oxumaq” olduğu üçün gözləyib, onlarla danışdıqdan sonra nəticəyə gələ bildim.

Ən azı, həmən bunu söyləmək mümkündür: iki tərəf də əlaqənin davam etməsi yönündə olan niyyətlərini güclü formada ortaya qoydu. Nəhayət, uzun müddətdən bəri davamlı böhran halında olan bir əlaqəni daha normal gedişlərə soxmaq üçün addımlar atmaq imkanı yarandı.

Görüşdə, təbii ki, əsas məsələ olan Menbiç məsələsi də müzakirə edildi. Lakin məncə, Türkiyə-ABŞ əlaqəsini yenidən normallaşdırma niyyətinin ortaya qoyulması bu toplantının əsas önəmli nəticəsini təşkil edir.

ABŞ XİN-nin iki ölkənin ortaq bəyanatı olaraq verdiyi açıqlamada “Türkiyə və ABŞ iki ölkənin ortaq məsələlərinə müttəfiqlik ruhu içində baxmağı təsdiq edirlər” deyilməsi də artıq bu nəticəni göstərirdi.

 

Menbiç

 

İki ölkənin daha öncə qəbul etdiyi “Menbiç yol xəritəsi” üzərində irəliləyişin qeyd edildiyi, bu “yol xəritəsi”nin arxasında durulduğu da ortaq açıqlamada bildirildi. Bu da çox önəmli bir hadisədir, çünki bu günə qədər hakimiyyətdən gələn siqnallar bu mövzuda yeni bir çalışmanın olmadığını göstərirdi.

Ancaq əvvəlki yazımda işarə etdiyim kimi, görünür, baş verən yeni bir hadisə (PYD/YPG və Türkiyəyə münasibət məsələsində ABŞ XİN-də mövqelərin haçalanması – tərc.) səbəbilə hakimiyyətdə Türkiyə lehinə hava yaranmağa başlayıb.

Hakimiyyətdə, xüsusilə XİN-də bu günə qədər Suriyada sadəcə YPG ilə hərəkət edildiyi bildirilərək, İŞİD-in tamamən bitirilməsinə az qalmışkən yenidən bir dəyərləndirmə aparıb, ABŞ-ın uzunmüddətli maraqları üçün regional güc olan Türkiyə ilə ortaq mövqelərin tutulmaması müdafiə edilməyə başlanmışdı.

Ayrıca, hakimiyyət 24 iyun seçkilərindən sonra Türkiyənin anti-Amerika çıxışlarının azalacağını da düşünür. Bunun nəticələrini də Çavuşoğlu-Pompeo görüşü ilə gördük.

 

Konkret təqvim

 

İndi hakimiyyət bu günə qədər dəstəklədiyi YPG-ni o qədər də incitmədən, bu yeni siyasəti yerlərdə necə həyata keçirəcəyinin formulunu axtarır. Görünür, “Menbiç yol xəritəsi”nin reallaşdırılması ilə bağlı olaraq konkret bir təqvimin, hələ ki, ortaya çıxmaması da ABŞ-ın zamana ehtiyacının olduğundan qaynaqlanır. Xarici işlər naziri Çavuşoğlu, bax bu səbəblə, 6 aya qədər konkret nəticələrin  görünəcəyini söyləyir.

Bu konkret addımlar iki ölkə tərəfindən yaradılan birgə işçi qrupu tərəfindən qərarlaşdırılacaq. Bu birgə işçi qruplarından biri bazar ertəsi günü, günortadan sonra artıq toplanıb. Digəri də yaxınlarda toplanacaq və Menbiçlə bağlı birgə təqvimi (birgə alınan qərarların həyata keçirilmə təqvimini – tərc.) dəqiqləşdirəcək.

Nəticə etibarı ilə bu zirvə görüşü, Türkiyə Xarici işlər nazirinin dediyi kimi, bir uğurdur və iki ölkə arasındakı əlaqələrin normallaşdırılması yolunda atılmış önəmli bir addımdır. Bundan sonra ABŞ hakimiyyətinin icra məsələsində atacağı konkret addımlar yaxşı izlənməlidir.

 

Tramp ilə yemək

 

Ağ Evin gündəlik proqramına görə, bazar ertəsi günü prezident Tramp Müdafiə naziri Mettis və Xarici işlər naziri Pompeo ilə günorta yeməyi yeməli idi. Bu yeməkdə əsasən Şimali Koreya məsələsi müzakirə edilsə də, Pompeonun Türkiyə ilə bağlı baş verən hadisələri də Trampa çatdırdığını söyləmək yalnış olmazdı.