Rusiya Bəşər Əsədin müttəfiq rejimini xilas etməkdən ötrü ötən sentyabrda Suriyaya onlarla hərbi təyyarə yerləşdirdi. Bununla da, Moskvanın azsaylı xarici müttəfiqlərindən birini müdafiə etməklə yanaşı, Suriyadakı vətəndaş müharibəsi ilə bağlı danışıqlarda onun xeyrinə basqı yaratmağı qət etdi. Rusiyanın KİV bu əməliyyatı sivil dünyanı islam terrorizmindən xilas etməkdə qəhrəmancasına cəhd kimi təqdim etdi.
Bununla belə, Vaşinqtonda hesab edirlər ki, Putin bataqlığa batacaq.
The Economist-in məlumatına görə, “Suriyanı müzakirə edən Amerka icmalçıları, heç olmasa, nədəsə razıdırlarsa, o da budur ki, Əsədə yalnız əhəmiyyətsiz uğurlar əldə etməyə imkan verən Rusiya əməliyyatı məğlubiyyətə düçar olacaq və Rusiyanı öz müştərisini atmağa məcbur edəcək. Bu, ABŞ dövlət katibi Con Kerrinin Əsədin hakimiyyətdən getməyinə və növbəti ilin əvvəlində keçid dövrünün hökumətini formalaşdırmağa yönəlik irəli sürdüyü sülh danışıqlarını hərəkətləndirəcək”.
Lakin Putinin uğursuzluğuna sevinməyinə dəyərmi? Putinin Suriyada uğursuzluğunu gördükdə sevinməyə böyük cazibə olsa da, ekspertlərin Suriya üzrə öz fərziyyələrini dəyişməyi lazımdır. Putinin hərbi avantürası iflasa uğrasa, onda nəticə əsla sülh olmaya da bilər.
Rusiya əməliyyatının dalana dirəndiyini təsəvvür etmək asandır. Əsədin ordusu son zamanlar Suriyanın Hələb şəhərinin civarında önəmsiz uğurlar əldə etməyə nail olub. Lakin ümumi strateji durum Dəməşq üçün bütövlükdə ağır olaraq qalır. Hökumət qoşunları keçən il döyüş meydanında bir neçə məğlubiyyətə uğradı və prezident Bəşər Əsəd boynuna aldı ki, ordu əldən düşüb və resurs qıtlığı hiss edir. Rejim müdafiə edə biləcəyi və Suriyanın ümumi ərazisinin altıda birini təşkil edən sahilyanı əraziyə çəkildi. Rusiya aviasiyası qələbə üçün yetərli deyil. Rakka və Hələbi döyüşlə geri almaq üçün on minlərlə əsgər lazımdır.
Beynəlxalq təcrid və iqtisadi problemlərə görə Rusiya təhlükəli duruma düşüb. İndi isə Putin qeyri-müəyyənliklə üzləşib. Moskva Suriya, İran və “Hizbullah”la hərbi əməliyyatların koordinasiyasında təcrübə sahibi deyil. Bu, soyuq müharibədən sonra Rusiyanın birbaşa nüfuz dairəsinin hüdudlarından kənarda onun ilk hərbi ekspedisiyasıdır. Putin həmçinin öz taleyini dedikcə səriştəsiz diktatorla calaşdırıb. Əsədin işgəncələrə və dinc əhalini çəllək bomba ilə bombardman etməyə əl atmaq vərdişləri Suriyada cəhənnəm aşı doğurub.
Və bu cür vasitəli müharibəni iki subyekt tam şəkildə apara bilər. Suriya qiyamçılarının hamiləri, məsələn, Türkiyə və Fars körfəzi ölkələri qiyamçılara dəstəyi genişləndirib – məsələn, onlara HHM vasitələri tədarük etməklə – Rusiya müdaxiləsini tamamilə müvazinətləşdirməyə qabildir. 1980-ci illərdə sovetlərin Əfqanıstanda qiyamı boğmaq cəhdləri daha çox MKİ-nin əfqan mücahidlərinə “yer-hava” sinifli “Stinger” raketləri tədarük etməyin sayəsində iflasa uğradı.
Putinin Suriyada nələrlə üzləşmək təhlükəsini anlamaq üçün İrana nəzər salmaq kifayətdir. İran Əsədə köməyə gələrkən dərhal başa düşdü ki, Suriya minlərlə İran hərbçisini və milyadlarla dolları sümürməyə hazır olan “qara deşik” təhdidi yaradır. Və yaxud İranın Lvan satelliti, Əsədi xilas etmək üçün sərhədi keçib 1200-1700 döyüşçüsünü dibsiz çıxan bataqlıqda itirmiş “Hizbullah” haqda düşünün.
Qısası, Putinin müharbəsi böyük ehtimal payı ilə məğlubiyyətlə bitə bilər. Lakin o bundan sonra güzəştə gedib müttəfiqlikdən imtina edərmi? Rusiya prezidenti rasional hərəkət etsə, onda itkiləri cüziləşdirmək üçün tədbirlər görməyi gərəkdir. Lakin Putin irrasional şəkildə davrana bilər. “Müharibəni uduzmağın ən etibarlı üsulu” kitabımın yazılması üçün araşdırmalar zamanı hökumətlərin döyüş meydanında dəyişən durumlara nə qədər pis reaksiya verməyi məni sarsıtdı. Vyetnamdakı ABŞ-dan Əfqanıstandakı SSRİ-yədək liderlər məğlubiyyətə cavab olaraq durumlarını daha da ağırlaşdıran fəlakətli qərarlar qəbul edirlər. Yaranmış ağır durumdan çıxış yolu axtarmaq əvəzinə dərrakəni itirirlər. Problem qismən psixoloqların “məğlubiyyət vahiməsi” dediyindən ibarətdir. Uğursuzuq qorxusu qələbə fərəhindən iki dəfə güclüdür. Hətta kiçik uğursuzluq ehtimalı tamamilə qeyri-məqbul görünür və insanlar təki kiçik qələbə əldə etmək üçün böyük risklərə getməyə hazırdırlar. Kazinoda 20 dollar uduzmuş oyunçu çıxıb getmir və qoyulan pulu ikiqat artırır. Vyetnamda minlərlə Amerika əsgərini itirmiş prezident qoşunları çıxartmır, daha yarımmilyon əsgəri bu girdaba atır.
Putinin məğlubiyyətlə barışacağını təsəvvür etmək çətindir. O, Rusiyaya dünya dövləti statusunu qaytarmış rus xalqının atası kimi cani-dildən öz imicini bəsləyir. Əsəd rejiminin çökəcəyi təqdirdə Rusiya keçmiş SSRİ hüdularından kənadakı yeganə bazanı – Tartusdakı donanma bazasını itirmək riski edir. Beləliklə, hərbi səylər tam iflasa gətirib çıxarsa, Putin öz planlarının sınıq-söküyündən hansısa səmərə götürməyə cəhd edə bilər və bununla da münaqişəni yeni, təhlükəli mərhələyə keçirdər. O, bombardmanı fəallaşdırar və yaxud “yaşıl adamcıqlar”ı Suriyaya yeləşdirə bilər. Ukraynanın şərqində qeyri-rəsmən yerləşən Rusiya əsgərlərini belə adlandırırdılar. Rusiya əsgərləri Suriyada həlak olmağa başlayan kimi əvvəlki bütün razılaşmalar ləğv ediləcək.
Hətta Putin artıq keçmişdə müştəri rejiminin mümkün itkisinə hərbi güc tətbiqi ilə reaksiya verib. 2008-ci ildə qərbyönlü prezident Mixail Saakaşvilini cəzalandırmaq və separatçı Abxaziya və Güney Osetiya vilayətlərini müdafiə etmək məqsədilə Gürcüstana Rusiya müdaxiləsi baş verdi. Putin altı il sonra – 2014-cü ildə Ukrana qiyamçılarına kömək etdi və rusiyayönlü prezident Viktor Yanukoviçin devrilməsinə cavab kimi Krımı ilhaq etdi.
Rusiya 2015-ci ildə Bəşər Əsədin sürətlə zəifləyən mütəffiq rejimini xilas edərək yenidən müdaxilə etdi.
Və Putin Suriyada heç də hər şeyi tətbiq etmədiyini deyərkən artıq orada hərbi güclənməyə işarə edərək bildirdi: “Bizim əlavə vasitələrimiz də var. Lazım gəlsə, bundan da istifadə edəcəyik”.
Bəs onda nə etməli? Rusiyanın məğlubiyyətinin ağır nəticələri Rusiyanın qələbəsinin heç də daha yaxşı olduğunu bildirmir. Ən nəhayətdə, Əsəd üstünlüyə nail olsa, onda Suriya əhalisinin bütün qruplarının maraqlarını nəzərə alan nizamlama haqda danışıqlar aparmaq onun nəyinə lazımdır? Bunun əvəzindəPutinin müzəffər qələbə çalmağın mümkünsüzlüyünə inandığı, lakin nəticələri uğur kimi təqdim edib simasını qoruya biləcəyi durum daha səmərəli görünür. Başqa sözlə, missiyanın müsbət nəticəsi kimi Rusiya xalqına nə təqdim edəcəyini tapmağı lazımdır. Bu hökmən həqiqət yox, lakin həqiqətəbənzər və yaxud ən azı, qənaətbəxş olmalıdır. Bu səbəbdən Putini Suriyadan getməyə vadar emək üçün ABŞ Rusiyanın müvəffəqiyyətsizliyi haqda lovğa ifadələrdən yayınmağa cəhd etməlidir. 1989-cu ildə Berlin divarı çökərkən prezident Buş SSRİ prezidenti Mixail Qorbaçovla münsibətlərdə qəlizllikdən qaçmaq üçün bu hadisəni qələbə adlandırmaqdan imtina etdi.
Putinə qələbə nitqi lazımdır. Mətni yazmaqda Vaşinqton ona kömək etməlidir.
Dominik Tyerni
The Atlantic (ABŞ), 10.01.2016