XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 08:54

İranı cilovlamağa nələr mane olur? – TƏHLİL

Natan Şaranski: “Amerika Amerika olduğunu nə vaxt unutdu?”

Putinin İrana “yer-hava” raketlərinin tədarükü embarqosunu ləğv etməsi yekun nüvə sazişinin baçğlanması üzrə “altılıq” ölkələrinin Tehranla danışıqlarının məğlubiyyətə uğramasından xəbər verir. Fransa Putini S-300-lə bağlı qərara görə açıq şəkildə tənqid edir. Natan Şaranski İsrailin tələbini yada salır: “İran onunla normal dövlət kimi davranılmasını istəyirsə, qoy özünü münasib şəkildə aparmağa başlasın” və Obamanı “Amerikanın kürəsəl liderlik inamının itirilməsindən” çəkindirir.

Corc Buş administrasiyasında müdafiə naziri müavininin köməkçisi olmuş Ced Bebbin “The Washington Times”-da yazır ki, Putinin İrana “yer-hava” raketlərinin tədarükü embarqosunu ləğv etməsi haqda qərarı dərhal nəticəsini göstərdi. Birincisi, Əli Xamenei bildirdi ki, beynəlxalq müfəttişlər İranın nüvə obyektlətinə buraxılmayacaq. Müəllifin fikrincə, Obamanın nüvə sazişi haqda danışıqlarda müzakirə etdiyi nüvə obyektlərində S-300-ün yerləşdirilməsi təftiş rejimi fəaliyyətinin qabağını alacaq: “Putinin bəyanatı Obamanın apardığı danışıqlara birbaşa müdaxilədir”.

İkincisi, S-300 tədarükü İsraili “bu sistemlər quraşdırılana qədər İranın nüvə obyektlərinə zərbə endirib-endirməməyi” qət etməyə vadar edir.

üçüncüsü, Rusiya yenidən İrana əsas silah tədarükçüsünə çevrilir və ehtimal ki, ticarətin digər sahələrində üstünlük əldə edəcək.

Rusiya nüvə sazişi barədə İranla danışıqlar aparan “5+1”-ə daxildir. Bebbin yazır: “Putin İranı bu danışıqlardakı “çevikliyə” görə raket tədarükü ilə mükafatlandırıb bub danışıqların nəticəsini öncədən müəyyən etdi və onun uğursuzluğunu təmin etdi. Putinin İrana nisbətdə planları Obamaya hər addımda əngəl törədir. ABŞ Konqresi “altılığın” İranla sazişini qısa vaxt ərzində nəzərdən keçirəcək, lakin Obama konqresmenləri maksimal səviyyədə uddu. Putin Obamanın onun əvəzləyicisi Dmitri Medvedyevə 2012-ci il seçkilərindən sonra böyük çeviklik göstərəcəyi barədə verdiyi vədi xatırlayır. Və Putinin bəxti üzünə gülür”.

“The Financial Times” qəzeti yazır: “Fransanın xarici işlər naziri Loran Fabius müsahibəsində xəbərdarlıq edir ki, Rusiyanın İrana HHM sistemi tədarük etmək qərarı Tehranın nüvə razılaşmasına müqavimətini möhkəmləndirəcək və bölkədə durumu kəskinləşdirəcək: “Biz təəssürat yaratmamalıyıq ki, hazırda yaşadığımız mərhələ yenidən silahlanmaya dartıb aparacaq, əks halda əlverişsiz vəziyyət yaranacaq və sazişin əleyhdarları daha cürətli olacaqlar”.

Qəzet şərh edir: “ötən həftə Tehranı Lozannadakı çevikliyinə görə mükafatlandırdığını bildirən Putinin ünvanına birbaşa tənqid Fransanı sərt xəttini və nüvə proqramı haqda danışıqlarda onun aydın səsini əks etdirir. Olland Ukrayna böhranına münasibətdə daha həlimdir: o, Vaşinqtonun Ukrayna əsgərlərini silahlandırmaq ideyasını rədd etdi. Paris ən son həddə – ilin sonuna kimi Minsk razılaşmasının yerinə yetirilməsinədək Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq ideyasını müdafiə etdi. Eyni zaman Paris sanksiyaları artıq iyunda yığışdırmağa hazırdır”.

Fabius deyib: “Əgər Rusiya tərəfi Minsk öhdəliklərinə sayğı göstərəcəksə, sanksiyaların yumşaldılması mümkündür. Əgər pozulmalar qeydə alınarsa, onda sanksiyaların müddətini artırmaq və yaxud hətta genişləndirmək lazmdır”.

Qəzet hesab edir ki, Mariupola hücum sanksiyaların müddətinin artırılmasına təkan ola bilər.

“Sohnut” yəhudi agentliyinin sədri, hüquq müdafiəçisi Natan Şaranski “The Washington Post” üçün məqaləsində yazır ki, “Amerika Amerika olduğunu nə vaxt unutdu? İranın nüvə proqramı haqda danışıqlar gedərkən İsrail ABŞ və onun müttəfiqlərinə “İran onunla normal dövlət kimi davranılmasını istəyirsə, qoy özünü uyğun şəkildə aparmağa başlasın” çağrışını edəndə. Lakin yalvarışa fikir vemədilər. Görünür, Ağ Ev güman edir ki, azad dünya ancaq nüvə sazişi bağlanandan sonra İrandan sivil davranış gözləyə bilər”.

Şaranskinin fikrincə, bu yanaşma ABŞ-ın SSRİ ilə çoxillik danışıqlardakı mövqeyindən son dərəcə fərqlənir: Sovet rejimi yalnız iqtisadi əməkdaşlıq barədə Birləşmiş Ştatlarla danışıqlara başlamağın xatirinə ideologiya sahəsində ilk güzəştə getməyə məcbur oldu. Moskva 1950-ci illərin sonunda dinc yanaşı yaşamaq konsepsiyası xatirinə dünya inqilabının şiddətləndirilməsi doktrinasından imtina etdi, çünki başa düşürdü ki, ona lazım olanı ABŞ-dan başqa yolla əldə edə bilməyəcək. Əksinə, indiki İran özünün “Amerikaya ölüm!”, “İsraili yerüzündən siləcəyik!” çağrışlarını yumşaltamağa ehtiyac görmür. Və İranın heç bir davakarlığı azad dünyanı inandıra bilməz ki, danışıqlarda Tehran özü özünü oyundan kənar duruma saldı və yaxud ona təklif edilən faydaya iddia etməyə haqqı çatmır. ABŞ Senatı bir zamanlar insan hüquqları sahəsində mühacirət azadlığını SSRİ ilə iqtisadi münasibətlərin normallaşdırılması ilə əlaqələndirdi. SSRİ-nin dissidentlərlə necə ötüşməsi SSRİ ilə ABŞ-ın, demək olar, bütün danışıqlarında başlıca mövzulardan biri idi. Əksinə, İranda insa hüquqları ilə bağlı kədərli durum bu yaxınlardakı danışıqlarda, ümumiyyətlə, xatırlanmırdı”.

Şaranskinin fikrincə, ABŞ-ın indiki mövqeyi “öz mənəvi haqlılığına əminliyin itirilməsi ilə” izah olunur. ABŞ rəsmiləri SSRİ ilə danışıqlarda öz siysi sistemlərinin sovetinkindən əxlaqi üstünlüyünə əmin idilər. Lakin liberal demokratiyanın digər rejimlər üzərində üstünlüyünün bəyan edilməsi çağdaş dünyada keçmiş müstəmləkəçiliyin qalığı kimi göründüyü vaxt, görünür, hətta ABŞ da öz inanclarına inamını itirib.

Müəllif yazır: “İnamlı kürəsəl liderliyin itirilməsi təkcə ABŞ və İsrail üçün deyil, həm də Tehranın hakimiyyəti altında yaşayan İran sakinləri və digər xeyli insanlar üçün də təhlükəlidr. Bir az sonra çox gec olacaq, lakin nəticələr nə qədər ki daha da fəlakətli olmayıbsa, hələ kursu dəyişmək olar”.

“Strateq.az”