XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 09:31

ABŞ, Rusiya və Çin dünyanı yenidən bölür – TƏHLİL

İndiki mərhələdə Rusiya və çin kütləni fırladır

Amerikanın Asiya-Sakit okean Bölgəsinə (ASB) dönüş strategiyası Asiya dövlətləri arasındakı qüvvələr tarazlığını dəyişdirdi. Mövcud üç qrupdan (çin və Rusiya, çin və Güney Koreya, Yaponiya və Hindistan) məhz Rusiya-çin münasibətləri sürətli inkişaf əldə etdi ki, bu da Amerikanın üstünlüyünə tədricən təhdid yaratmağa başlayır.

çin Kommunist Partiyası Mərkəzi Komitəsi Dəftərxanasının rəisi Li çjanşu (Li Zhanshu) və çXR xarici işlər naziri Van İ (Wang Yi) bu yaxınlarda Moskvaya səfər etdilər. Onları ehtiramla qarşıladılar, RF prezidenti Putin isə Moskva ilə Pekinin münasibətini “bütün tarix boyu” ən yaxşı hesab etdi. Keçən il ölkələr arasında 400 milyard ABŞ dolları məbləğində qaz sazişi, həmçinin valyuta dəyişimləri (SWAP) barədə müqavilə imzalanıb. Bundan başqa, çin və Rusiya Şərqi çin dənizində birgə hərbi təlim keçirəcək. Bütün bunlardan sonra onların münasibətində uzunmüddətli “bal ayı” başlandı. Bu il onlar həmişə ən yüksək səviyyədə görüşməyi davam etdirirlər. Lakin hələlik aydın deyil ki, Putinlə Si Szinpinin şəxsi dostluğu ölkələr arasındakı münasibətləri tərəfdaşların strateji münasibəti səviyyəsinə qalıdra biləcəkmi?

Ukrayna böhranı və Qərb sanksiyaları Rusiya və çinin siyasi, hərbi, energetik, investisiya, humanitar və texniki sahələrdə münasibətlərinin genişlənməsini sürətləndirdi. ölkələr arasında indiki anda ticaət mübadiləsi 100 milyard ABŞ dolları təşkil edir. Bununla belə, gözlənilir ki, beş ildən sonra bu rəqəm iki dəfə artacaq.

Vladimir Putin ötən ilin sonunda Federal Şuraya müraciətində Rusiya strategiyasının üç əsas məqamını aydın şəkildə ifadə edib: qonşu dövlətlərlə əməkdaşlıq, Avropa ilə münasbətin inkişafı və Amerikanın qabağını almaq, Rusiyanın Asiya-Sakit okean Bölgəsinə (ASB) sarı dönüşü. Mayda Moskvada Qələbə paradına çin, Hindistan, Vyetnam, Quzey Koreya və Monqolustan daxil olmaqla 26 ölkənin liderləri gələcəklər. Bu, Putinin məhz bu ölkələrlə əmkdaşlığı gücləndirəcəyi fikrini möhkəmləndirir. Rusiyanın Asiya infrastruktur investisiyaları Bankına daxil olmaq niyyəti isə bir daha təsdiq edir ki, RF özünün şərq siyasətini qəti şəkildə təqib edir.

çinin aşkarlıq siyasəti və Rusiyanın şərq kursu öz aralarında sıx şəkildə çulğaşır, xeyli təmas nöqtələri var və bu, Rusiya-çin münasibətlərinin sonrakı inkişafı üçün tarixi imkan yaradır. Pekin inanır ki, onun “bir qurşaq, bir yol” konsepsiyası bütün Avrasiya qitəsi üzrə bu yolu salmağa fürsət verir, Rusiyanın Uzaq Şərq bölgəsinin inkişafı isə Moskva ilə çoxtərəfgli strateji münasibətlərin qurulması üçün təməl təşkil edəcək.

Rusiya ilə çinin birləşməsinin başlıca səbəbi ABŞ-ın Asiya-Sakit okean Bölgəsində (ASB) qüvvələrin “yenidən tarazlaşdırılması” strategiyası oldu. Pekin Vaşinqtonun bu bölgədə güclənməsinin əleyhinə idi, NATO-nun şərqə genişlənməklə Rusiyanın strateji bufer zonasını azaltması Moskvaya xoş gəlmirdi.

Eyni zamanda Şərqi çin dənizində keçən ilki birgə təlimləri, Sakit okeanda bu ilki təlimlər, ABŞ-ın qonşu ölkələrdəki “rəngli inqilablar”da iştirakı xüsusunda Rusiya və çXR-in qəti etirazları, həmçinin Rusiyanın çinə Su-35 qırıcıları tədarük etməsi barədə danışıqlar Moskva ilə Pekinin daha da fəal əməkdaşlıq etməsinin ASB-də durumun getdikcə lap mürəkkəb və təhlükəli olmasından xəbər verir.

çin də, Rusiya da öz strateji oyununu aparır. Onalrın indiki əməkdaşlığını qarşılıqlı şəkildə tamamlama kimi səciyyələndirmək olar. Bu dostluq Qərb sanksiyalarına görə çətin duruma düşmüş Moskvanın vəziyyətini yüngülləşdirir. Pekin isə öz növbəsində rusiyalılardan öncül silahlar və hərbi texnologiyalar ala bilər. lakin Rusiya və çinin hansı strateji hədəfləri nəzərdə tutduğu önəmli deyil. Onlar birinci növbədə , Ştatların yaratdığı hegemoniyanın dovtələbliyinin öhdəsindən gəlməyə səfərbər olunub və Amerikanın müəyyən etdiyi beynəlxalq qaydanın yenidən bölünməsi uğrunda mübarizə aparır.

Ən yüksək səviyyədə sıx-sıx görüşlərin Moskva ilə Pekin arasındakı qarşılıqlı inamdan xəbər verməsinə baxmayaraq, ikitərəfli münasibətlərin inkişaf yolunda hələ də tamamilə təbii maneələr (tarixi təcrübə, geopolitik amillər, mədəni özünəməxsusluq) mövcuddur. Lakin əməkdaşlıq hər ikisinin işinə yarayır.

Cari münasibətlərin hərbi ittifaqa keçib-keçə bilməməsi məsələsinə gəlincə, bu, Qərbin Moskvaya münasibətdə sanksiya siyasətini davam etdirib-etdirməməsindən asılı olacaq. Sanksiyalar nə qədər çox qüvvədə olsa, gözlənilməz hadisələr bir o qədər çox baş verə bilər.

İndiki mərhələdə, deyəsən, Rusiya və çin kütləni fırladır. Moskva vurğulayır ki, Pekinlə münasibətlər beynəlxalq maraqlara və təhlükəsizlik məsələlərinə uyğun gəlir, həmçinin hər iki ölkənin xalqına əlverişlidir. Pekin öz növbəsində hesab edir ki, onların münasibətinin səciyyəvi özəlliyi bloklara qoşulmama, qarşıdurmanın olmaması və üçnücü tərəfin işinə qarışmamaqdır. Bütün bunlar bir daha təsdiqləyir ki, hər iki tərəf qarşılıqlı sayğı, dəstək, əməkdaşlıq və inkişafa can atır. Rusiya ilə münasibətlər çin üçün əhəmiyyətlidir, lakin ona yeganə mümkün strateji tərəfdaş kimi nəzərdən keçirə bilməz.

çin-Rusiya münasibətləri hələlik nə geopolitik, nə də ticari-iqtisadi baxımdan çin-Amerika münasibətlərini üstələyə bilir. Hələ onu demirik ki, çin və ABŞ hazırda yeni tipli – böyük dövlətlər arasındakı münasibətlər qurur. Lakin Si Szinpin bu il Vladimir Putinlə tez-tez görüşəcək. Onlar mayın 9-da Moskvada Qələbə paradında, iyulda BRHçC (Braziliya, Rusiya, Hindistan, çin, CAR) və Ufada ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitlərinində, Yaponiya-çin müharibəsindki qələbə münasibətilə sentyabrın 3-də Pekində, noyabrda G20-nin Ankara sammitində və Filippində ASİB-in (Asiya-Sakit okean İqtisadi Birliyi) sammitində görüşə bilərlər. Belə ki müxtəlif mühüm razılaşmalar əldə etmək üçün hər iki ölkənin hələ xeyli şansı var.

Rusiya ilə çin Rusiyanın Su-25 qırıcılarının tədarükü üzrə artıq konsensusa gəlib. Valdimir Putinlə Si Szipin növbəti danışıqlarda Qara dənizdə birgə təlimlər keçirmək barədə bildirsələr, əslində, bu o deməkdir ki, Moskva və Pekin hədəfi Amerikaya qarşı çıxmaq olan strateji mövqeyi tutub. Onda hər üçü soyuq müharibənin yeni dönəminə dqxil olacaq və hər üçü də başlıqca rəqiblər olacaq.

“China Times ” (Tayvan)




Yuxarı Əvvələ Ana Səhifə