XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 06:28

Obamadan qalacaq ağır miras – TƏHLİL

İndiki münaqişələrin səbəbini Vaşinqtonda axtarmaq ədalətli olmazdı

Birləşmiş Ştatlar bu gün özünəməxsus ziddiyyətli xarici siyasət sərgiləyir: bir tərəfdən dünya üzərində ağalıq edir, lakin digər tərəfdən onun tam acizliyi göz önündədir. Tərki-silah üzrə mümkün hər cür proqramlara baxmayaraq, o, silahların miqdarına görə qalan bütün dünyanı geridə qoyur. Bundan başqa, iqtsadi böhranın nəticələrindən tədricən özünə gəlir. Eyni zamanda da geopolitik baxımdan aydın fəaliyyət planı olmayan ölkə təsiri bağışlayır.

Barak Obamanın özündən sonra qoyacağı xarici siyasət “miras”ından 2016-cı il seçkilərindən sonra asanlıqla imtina etmək mümkün olsaydı, onda növbəti prezident mütləq məhz bu cür hərəkət etməyə xeyli şirnikərdi.

çünki hazırkı anda planetin ən müxtəlif guşələrində yanğınlar alovlanır – Suriya, İraq, Ukrayna, Liviya və Yəməndən keçməklə Nigeriya, Pakistan və Venesuelaya qədər. Beynəlxalq terrorizm azğıncasına inkişaf edir. Google, yaxud Alibaba kimi informasiya texnologiyaları azmanlarının qüdrətinin daim artdığı bir zamanda kibersavaş günümüzün gerçəkliyi olub. çinin və ondan bir qədər zəif şəkildə Hindistanın yüksəlişi yeni təsir sahələrinin meydana çıxmasına aparır. Bu strateji meydan oxumalardan heç biri Amerika prezidentinin səlahiyyət müddətinin bitməsinə qədər aktuallığını itirməyəcək. Onun bu postdakı varisi “beynəlxalq münasibətlər” terminini yendən canlanıdrmaq üçün cəhdlər göstərməli olacaq.

Obama heç vaxt təcridçi olmayıb, lakin onun getdikcə daha çox böyük təcridə düşməsi duyumu daim artmaqdadır. Bunun səbəblərindən biri daxili siyasət yönündə diqqət mərkəzində həqiqi mənada ciddi məsələlərin durduğu bir zamanda onun Konqresi öz tərəfinə çəkə bilməmək qabiliyyəti idi və belə də qalır. Xarici siyasət sahəsində bu duyum digər ölkələrin aparıcı siyasətçilərindən onun qəribə şəxsi uzaqlığı üzündən əmələ gəlir.

Barak Obama birinci prezidentlik müddətinin başlanğıcında Qahirədə çox mühüm bir nitqlə çıxış etdi. çoxları bunu müsəlman dünyası ilə tamamilə korlanmış münasibətlərin bu cür “yenidən yüklənməsi” kimi qəbul etdi. Lakin nə prezident, nə o zamankl dövlət katibi Hillari Klinton öz sözlərini gerçək işlərlə təsdiq etməyə nail oldu. Ona təqdim edilmiş Nobel sülh mükafatından ruhlanmış Amerika prezidenti öz potensialını hər cür (şübhəsiz, o cümlədən həm də vacib) kürəsəl istiləşmə və yaxud “üzü Asiyaya dönüş” kimi mövzulara sərf etdi. Eyni zamanda Avropa və yaxud Sakit okean bölgəsi ilə azad ticarət zonasının yaradılması barədə planlaşdırılan sazişlərin imzalanmasından əvvəlki kimi danışmaq lazım gəlmir. Obama Rusiya ilə münasibətlərdə də həmçinin “yenidən yüklənməyə” nail oldu, lakin tam iflasla başa çatdı. MTA (Milli Təhlükəsizlik Agentlyi) tərəfindən casusluq qalmaqalı ilə bağlı Avropa ilə münasibətlərə də ciddi ziyan vuruldu.

Tamamilə mümkündür ki, daim qəlizləşən münaqişələr artıq strateji baxımdan uzaqgörənliklə düşünməyə imkan vermir və siyasətçiləri tez-tez spontan hərəkət etməyə vadar edir. Lakin bütün bunlar ardıcıl olmağın vacibliyini ləğv etmir. Xüsusən də coğrafi uzaqlığa baxmayaraq, böhranların əksəriyyəti müxtəlif bölgələrin qarşılıqlı asılılığını sübut etdi. Məsələn, 2013-cü ildə Obama Suriya diktatoru Əsəd kimyəvi silah tətbiq etməyə cürət edəcəyi halda onu hərbi müdaxilə ilə hədələdi. Lakin bu, Əsədin onu həqiqətən də tətbiq etməsinə mane olmadı. Müharibələrdən yorulmuş Amerika bundan sonra nəyə təşəbbüs etdi? Heç nəyə. Bu boş hədələrin nəticəsi Krımın Rusiya tərəfindən ilhaqı oldu. Elə Quzey Koreya da əvvəlki kimi öz nüvə fitnəkarlıqlarını davam etdirir.

Obamanın xarici siyasət uğurlarından nələri sadalamaq olar? Birincisi, Kuba ilə yaxınlaşma. İkincisi, avropalılar İŞİD probleminin həllindən özlərini faktiki olaraq uzaqlaşdırandan sonra İraqda İŞİD terrorçularına qarşı əməliyyat. Nəhayət, bu yaxınlarda İranla uzlaşma. Lakin Vaşinqton bu uğurlara görə yüksək qiymət ödəməli oldu: İsraillə münasibətlərin soyuması – yeri gəlmişkən, bunda hər cür fitnəkarlıq həvəskarı, İsrailin baş naziri Netanyahu mühüm rol oynadı – həmçinin İranın başçılığı ilə şiələrin hegemoniyasının başlanmasından əndişələnən çoxillik ərəb müttəfiqlərin ABŞ-a qarşı artan inamsızlığı.

İndiki münaqişələrin səbəblərini Vaşinqtonda axtarmaq o qədər də ədalətli olmazdı. Hərçənd Almaniyada çoxları bütün bəlalara görə məhz Atlantikanın o biri sahilini ittiham etməyi xoşlasa da, təhlükəsizlik siyasəti sahəsindəki xətalara görə avropalıların danlaqlara cavab verməyə hazır olmasına dəyər. Bu arada Demokratik Partiyadan növbəti prezident seçkilərində iştirak edəcək Hillari Klinton Obama dönəmində dövlət katibi kimi öz xaotik diplomatiyasına görə artıq indidən özünü təmizə çıxartmalı olur.

Karl-Teodor tsu Quttenberq

Almaniyanın keçmiş maliyyə (2009) və federal müdafiə naziri (2010-2011)

“Handelsblatt”, (Almaniya)




Yuxarı Əvvələ Ana Səhifə