XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2016 - 15:45

Putin Nulandla görüşdən imtina edib:“Həyasız çevriliş ideoloqu”nu Hitlerdən qaçan Hesslə nə bağlayır? –TƏHLİL

235083437Rəsmi versiya: Rusiya və Amerika rəhbərliyinin yüksək vəzifəli təmsilçiləri Ukrayna böhranını müzakirə etmək və ölkənin şərqindəki kövrək barışığı saxlamaqdan ötrü cümə günü Kalininqradda görüş keçiriblər.

Gerçək durum: Nuland rusiyalılara NATO-nun labüd hücumu haqda xəbərdarlıq edib.

Mətbuatda yayılmış rəsmi versiyaya inansaq, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Polşa ilə Litva arasında Baltik dənizinin yanında yerləşmiş Kalininqrad vilayətində Vladimir Putinin müşaviri Vladislav Surkovla görüş keçirib. Rəsmi qaynaqların sözlərinə görə, junalistlər üçün qapalı görüşUkraynaya həsr edilib. Görüş Rusiya ərazisində baş tutub, çünki Vladislav Surkov Rusiyanın Ukrayna böhranında nəzərdə tutulan rolu ilə bağlı Qərb sanksiyalarına düşüb və Avropaya səfər etmək hüququ yoxdur.

Amerika tərəfdən həmçinin məlumat verdilər ki, əsas vəzifə Ukraynanın şərqində sülh əldə edilməsi üzrə Minsk sazişinin tam gerçəkləşdirilməsi zərurəti olub.

 

Əslində, hər şey necə baş verib

 

Rusiya diplomatiyasının başçısı Sergey Lavrov və onun amerikalı həmkarı Con Kerrinin yanvarın 20-də Sürixdə görüşməyə razılaşmalarından bir gün keçməmiş Viktoriya Nulandın olduğu Amerika hərbi təyyarəsi Kalininqrad vilayətində Çkalovsk hərbi aviabazasında təcili yerə enmək “tələb etdi”.

Nuland Litva Xarici İşlər naziri ilə görüşdən sonra Berlinə doğru kurs götürdü, lakin qəflətən başqa bir qərar qəbul etdi. O, Çkalovskda yerə enəndən sonra prezident Putinlə şəxsi görüşə “israr etdi”. Putin imtina etdi, çünki Nuland prezident Obamaya deyil, Hillari Klintona sarsılmaz sədaqəti ilə məşhurdur. Hər necə olsa da, Rusiya lideri öz yerinə görüşə baş müşaviri Vladislav Surkovu göndərdi. RF XİN-də yalnız görüş faktını və görüşün Pionersk qəsəbəsində bağlı qapılar arxasında keçirilməli olduğunu qeyd etdilər.

Nulandı Pionersk qəsəbəsinə müşayiət etmiş şəxslərin sözlərinə görə, o, son dərəcə həyəcanlı vəziyyətdə imiş və durmadan təkrar edirmiş: “Müharibə yaxınlaşır! Müharibə qapımızın ağzındadır!”

O, həmçinin əlavə edib ki, Rusiya “öz vədinin üstündə durmadı” və buna görə “hamı bədəl ödəyəcək”.

Nuland həm də deyib ki, prezident Obama Ağ Evdə “təmizlik” aparır və Havay adalarında baş verənlər “hələ başlanğıcdır” və “siyahıdakı növbəti adam” onun özüdür.

Nulandın əndişəsi, hər şeydən göründüyü kimi, dövlət katibinin Çkalovska gəlişindən bir az əvvəl Havay sahillərində dəniz piyadalarının iki helikopteri ilə baş vermiş əhvalatla bağlıdır. Helikopterlərdə istirahət vaxtı prezidentin təhlükəsizliyini qorumaq tapşırılmış xüsusi təyinatlılar var idi.

Rusiyada hamıya gözəl məlumdur ki, Nuland Ukraynanı Amerikanın ünlü Stratfor şirkətinin (kölgədəki MKİ) yardımı ilə dağıtmış “Hillari Klintonun dəstəsi”nə daxildir. Nulandın Ukraynadakı fəaliyyətini dəfələrlə “tarixdə ən həyasız dövlət çevrilişi” adlandırıblar. O orada noenasist hökuməti quraşdırıb və ölkəni AB-dən uzaqlaşdırıb. Onun məşhur “Fuck the EU” (“AB-nin içinə …”) ifadəsini də heç kim unutmayıb.

Nulandın “dünya müharibəsini dayandırmaq” cəhdləri (onun sözlərinə görə, hazırda yetişir) 1941-ci ilin 10 may insidentini yada salır: Adolf Hitlerin yaxın silahdaşı Rudolf Hess o zaman Böyük Britaniya ilə sülh bağlamaq və müharibəni durdurmaq cəhdiylə Şotlandiyaya endi, lakin heç nə alınmadı.

 

Annibal Janserik

Agora Vox (Fransa), 18.01.2016




Yuxarı Əvvələ Ana Səhifə