XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2018 - 21:05

Kissincerin məxfi planı üzə çıxdı:Çinı sıxışdırmaq üçün Rusiyanı Ukraynaya çevirmək baş tutacaqmı? – Təhlil  

İvan Danilov, Crimson Alter bloqunun müəllifi

RİA Novosti, 30.07.2018

 

Amerika KİV-ləri Kissincerin bu günlərdə açıqlanmış strategiya deyilən fikirlərini fəal müzakirə edir. “The Daily Beast” nəşrinin versiyasına görə, guya 95 yaşlı “keçmiş dövlət katibi bunu Donald Tramp administrasiyasının xarici siyasətində açar ünsür etməyə nail olub”.

Amerika prezidenti administrasiyasından beş qaynaq təsdiqləyib: “Amerika diplomatiyası patriarxınınplanı ABŞ-ın dünya hegemoniyasını təhdid edən Çinə qarşı Rusiyadan taran ölkə kimi istifadə etməkdən ibarətdir. Amerika jurnalistlərinin məlumatına əsasən, bu yanaşma Tramp komandasında müsbət qarşılanıb və Rusiya yönündə bəzi hərəkətlər məhz bununla izah olunur. Bu sxemdə Rusiyaya alət rolu ayrılır. Yəni Kremldən gözlənilir ki, Amerika analitiklərinin “Çini artıq çıxmağı bacarmayacağı qutuya qatmaq” dedikləri prosesə fəal qatılmağa razılaşacaq. Əslində, Çinə münasibətdə Rusiyaya Ukraynanın (ideyaca) Rusiya haqda yerinə yetirdiyi rolu oynamaq – gərginlik ocağı, risklər qaynağı və mümkün iqtisadi və logistik blokadanın fəal iştirakçısı olmaq təklif olunur.

Antiçin sövdələşməsinin bu və ya digər formada Rusiya rəhbərliyinə təklif ediləcəyi haqda şayiələr lap çoxdan dolaşır və hətta Atlantikanın hər iki sahilində tam bir silislə analitik materiallarda müzakirə olunurdu. Amma indi bu sövdələşmənin ilk dəfə “müəllifi” meydana çıxıb, Trampın Rusiya istiqamətində siyasətinə isə rəsmiyyətvari hədəf seçmək təklif olunub. Xüsusi qeyd etməyinə dəyər ki, Ağ Ev, habelə Kissincerin ofisi “The Daily Beast”-in materialını təkzib etməyiblər ki, bu da bu informasiya “tullantısı”na özəl incəlik və hətta əlavə həqiqətəbənzərlik verir.

Biz Henri Kissincerin şəxsən Donald Trampa və Tramp administrasiyasında xarici siyasət gündəliyinə sorumlu kürəkəni Cared Kuşnerə səsləndirdiyi konkret təklifləri haqda həqiqəti, çətin ki, nə zamansa öyrənək. Lakin Amerika prezidentinin fəaliyyətinin əsasında hansısa antiçin gündəliyinin varlığı haqda təxminlərin bir şübhəsiz üstünlüyü var – bu, yeni sanksiyalar və Helsinki sammiti daxil olmaqla Amerika tərəfinin Rusiyaya münasibətdə apardığı bütün fəaliyyəti idealcasına izah edir. Məsələ burasındadır ki, Tramp heç də adi danışıqçı deyil və onun maliyyə, ya da siyasi sazişlərə  gəlmək haqda təsəvvürü ənənəvi diplomatiya çərçivəsindən uzağa gedir.

Trampın özü (daha doğrusu, onun “ədəbi zəncisi” Toni Şvarts) “Sövdələşmək sənəti” kitabında, habelə onun çoxlu keçmiş tərəfdaşları və biznes layihələri üzrə kontragentləri iddia edirlər ki, ABŞ-ın gələcək prezidentinin danışıqlarda uğura nail olduğu tipik üsul sıradakından ibarətdir: hədələmək – özü də maksimal qəddarlıqla – sonra isə böyük hesabla heç nə ifadə etməyən, amma hədələr fonunda əsil ağa mərhəməti kimi görünən lap cüzi güzəşt təklif etmək lazımdır. Biznesdə bu danışıq üslubu buna səbəb olub ki, Tramp bütünlükdə sövdələşməni pozmaq və sadəcə kontragentlərdən əlavə güzəştlər qoparmaq üçün ictimai qalmaqal təşkil etmək təhdidindən çox tez-tez istifadə edib. İndi daha ciddi təsir rıçaqlarına yetişib və uyğun olaraq hədə cəbbəxanası genişlənib. Ki bu da KXDR-lə və Çinlə ticarət savaşıyla bağlı durum üzrə danışıqları necə apardığının timsalında yaxşı görünür. Rusiyanın halında sxem daha aşkardır – Rusiyaya qarşı sanksiyalar tətbiq olunur (bu, qamçıdır), əlavə sanksiyalar təhdidinə işarə olunur, kökə qismində isə sanksiyaların “hipotetik” ləğvinin mümkünlüyü, “mədəni” deyilən dünyaya qayıdış və hətta Amerika yatırımlarını əldə etmək çıxış edir.

Bu cür yanaşmanın  problemi sıradakından ibarətdir: böyük siyasi əlaqələrə, “kübar mənşəyinə” və xeyli maliyyə resurslarına baxmayaraq Tramp hətta biznesdə də qollarının bu cür burulmasına dözmək istəməyən və elə ilk təhdiddən sonra sadəcə ayağa qalxaraq çıxıb gedən opponentlər və ya tərəfdaşlarla üzləşib.

Hətta Tramp altı dəfə korporativ müflislikdən keçib və onun tərəfdaşlar və kreditorlarla danışıqlar strategiyası bir neçə halda bunna səbəb olub ki, onu, sadəcə, banisi olduğu layihədən “sıxışdırıblar”.

Gələcək ABŞ prezidenti biznes mühitində, yumşaq desək, “yetərincə möhkəm olmayan” vizavini sonsuzadək aramağı özünə rəva bilər, amma geopolitikada bu cür alınmır – böyük dövlətlər klubu kifayət qədər  balacadır, hamı ilə korlanmış münasibətlərin nəticələrini isə “müflislik” vasitəsilə silmək olmaz.

Bundan savayı, Vladimir Putinlə qarşılıqlı fəaliyyətin daha səmərəsiz taktikasını təsəvvür etmək çətindir, nəinki Trampın vizit kartı olanı. Rusiya lideri dəfələrlə qeyd edib ki, təhdid və basqı vasitəsilə Rusiyadan əməkdaşlıq və güzəştlərə nail olmaq mümkünsüzdür və bu cür cəhdlər həmişə adekvat və sərt qıcıq doğurub.

“Kissincer planı” haqda məlumat gerçəyə uyğundursa, onda gec, ya tez Rusiyanın informasiya meydanında bu plana “artilleriya hazırlığı” dəstəyi görəcəyik: bir yandan, antiçin isteriyası, o biri yandan isə ABŞ-la mütəfiqlik münasibətləri yoluna qoyulacağı halda Rusiya iqtisadiyyatının hərfi mənada çiçəklənəcəyi haqda tezis yeridiləcək.

Amma Pekinə qarşı Vaşinqtonla “dostluqdan” bonus vədləri nə qədər şirin olsa da, “Kissincer planı”nın icrasına razılıq vermək böyük səhv olardı. Ukraynaya baxmaq yetər ki, qonşu, böyük bir dövlətə qarşı “taran” kimi istifadə edilən ölkənin nəyə çevrildiyini görəsən. Hətta: Birləşmiş Ştatlarla hər bir sövdələşmə çox böyük riskdir – çağdaş Amerika siyasətinin gerçəkliyində istənilən “tarixi saziş” prezident administrasiyası dəyişildiyi halda asanlıqla pozula bilər.

Kissincer və Bjezinski Çin iqtisadi möcüzəsinin iki müəllifidir. Onlar təkcə Nikson administrasiyasını Çindən SSRİ-yə qarşı istifadə etməyə deyil, həm də oranı pulla doldurmaq və Amerika bazarını Çin mallarına açmağa inandırıb. Onlar həm də elə edə biliblər ki, növbəti administrasiyalar prezident Niksonun Çinlə bağladığı sazişə sözsüz əməl etdi. Demokrat və respublikaçıların Sovet İttifaqına nifrəti bəs idi ki, ABŞ-dakı heç bir daxili-siyasi dəyişiklik buna təsir etməsin və bu sabitlik ancaq Çində Ştatlar üçün ekzistensial təhlıükə görən Tramp seçildikdən sonra başa çatıb, amma bu fikir Amerika siyasi elitası üçün ülgü deyil.

Təəssüf ki, Tramp administrasiyasının hərəkətlərinə əsasən o özü və komandası hələ də bundan çıxış edirlər ki, Rusiyanı sanksiya qamçısı və diplomatik kökə vasitəsilə Trampın antiçin gündəliyinə “qoşmaq” olar. Amma bu sxemin gerçəkləşmə şansı sıfırdır. Rusiya-Amerika münasibətlərində həqiqi müstəqil dialoq Ağ Ev komandası Rusiyanın Böyük Çin səddini deşmək üçün “geopolitik çəkic” deyil, öz hüquq və maraqları ilə dünyanın güc qütblərindən biri olduğunu anlayandan sonra başlaya bilər.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə