XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 14:04

Separatçıların “parlamenti” Ermənistan hökumətinə meydan oxudu:“Robert Koçaryanı həbsdən buraxın!” – Təhlil

Sərkis Artsruni

1-in am, 08.08.2018

Artsax (Dağlıq Qarabağ nəzərdə tutulur, tərcümədə müəllifin mövqeyi saxlanılır-red.) Milli Məclisinin bir qrup deputatı avqustun 7-də Artsaxın birinci prezidenti və Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs qətimkan tədbirini azadlıqdan məhrum etməylə bağlı olmayan tədbirlə əvəzləmək haqda Ermənistan baş prokuroruna ərizə göndərib.

Artsax Milli Məclisi mətbuat katibi Anuş Havalyan öz “Facebook” səhifəsində yazıb ki, xahiş Robert Koçaryanın Ermənistan və Artsaxın dövlət quruculuğunda xidmətlərini nəzərə almaqla göndərilib.

Bu ərizə Robert Koçaryanın Artsaxın birinci prezidenti olduğu şəraitdən asılı olmayaraq hüquqi baxımdan, cəfəngiyyat deməsək də, zəifdir. Bəlkə də, bir nəfərin xatirinə Artsaxın dövlət institutlarının ciddiliyini şübhə altına qoymağına dəyməz: başqa ölkə deputatlarının hətta dost dövlətin daxili işlərinə qarışması kimi ümumdünya praktikası yoxdur. Artsax deputatları siyasi mərifət sahibi olmalı və bu cür müdaxilədən çəkinməliydilər – xüsusən də yayın başlanğıcında DQR-də siyasi böhran qeydə alındığı günlərdə Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan duruma birbaşa qarışmağı özlərinə rəva bilməyib, DQR-də siyasi gərginliyin boşalması və cəmiyyətin konsolidasiyasına şərait yaradan addımlar atıblar.

İndiki halda problemin nəzərə çarpacaq siyasi konteksi var və sadəcə, yolverilməzdir ki, Artsax hakimiyyəti yaxud ayrı-ayrı qanadları Ermənistandakı siyasi qarşıdurmada tərəf olsunlar. Bu, qəfil nəticələr törədə bilər. Təhqiqatı həyata keçirən XİX (xüsusi istintaq xidməti-red.) rəisi Sasun Xaçatıryan son günlərdə, ən azı, iki dəfə bildirib ki, Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi cinayətin açılmasına əsaslı mane ola bilər. Artsax deputatlarının bu cür hüquqi izahatlardan sonra müdaxiləsi nəzərə çarpacaq siyasi-gizli mənaya malikdir: DQR parlamenti faktiki olaraq Ermənistan ədalət məhkəməsinə meydan oxuyur, qeyzlənmiş Ermənistanın  əks-inqilab düşərgəsində mövqe tutur. Artsax parlamenti bu müdaxiləylə 1 Marta görə məsuliyyəti istər-istəməz öz üzərinə götürür ki, bu da müxtəlif söz-söhbətlərin təzələnməsi üçün bəhanəyə çevriləcək. Xüsusən də DQR hakimiyyətinin, yumşaq deyilsə, qanlı 1 Mart hadisələrində işıtirak etdiyi haqda versiya fəal şişirdildiyi üçün.

Artsax deputatlarınmı bu günki müdaxiləsi Ermənistan hökumətinə düşmən münasibətidir ki, bu da iki erməni dövləti arasındakı münasibətlərdə anlaşılmazlıq törədə bilər.

Problemin gizli siyasi mənası da var: Robert Koçaryanın həbsi məsələsində Ermənistan cəmiyyətinin birləşmiş mövqeyi var. Artsaxda bir daha “erməni-qarabağlı” ayrı-seçkiliyinə lüzumsuz şəkildə yol vermədən Ermənistan cəmiyyətinin əhvali-ruhiyyəsinə sayğı bəsləməyə borcludurlar.

Robert Koçaryanın idarəçiliyinin mənfi nəticələrindən biri məhz millətdaxili birliyin pozulması olub. Onun Artsax məsələsilə bağlı azğın spekulyasiyası buna səbəb olub ki, erməniçiliyin hər iki seqmentindəki münasibətlərdə müəyyən gərginlik yaranıb.

Xoşbəxtlikdən, məxməri inqilab bu böhranı aradan qaldıraraq ümumdünya erməniçiliyini, birinci növbədə Ermənistan və Artsax cəmiyyətlərini birləşdirib.

Heç şübhəsiz, Artsax hakimiyyəti bu günlərdə Köçəryan komandasının total basqısı altındadır, ya da 1 Mart hadisələrinə görə öz məsuliyyət payı var. Artsax parlamentinin Ermənistanda birmənalı mənfi reaksiyaya layiq görüləcək təşəbbüsünü özgə cür izah etmək mümkün deyil.

Tərcümə Strateq.az-ındır.