XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 23:42

Yəmən ABŞ-ın qorxulu röyasına çevrilir

el-kaideYəməndə vəziyyət yenidən gərginləşib.

Strateq.az xəbər verir ki, ötən il İrana bağlı husilərin əlinə keçən ölkə tədricən əl-Qaidənin nəzarəti altına düşür.

Məlumata görə, əl-Qaidə qüvvələri heç bir müqavimətlə üzləşmədən bu gün Azzar şəhərini ələ keçiriblər. Ölkənin cənubunda yerləşən bu şəhər həm 4 rayonun idarə mərkəzi, həm Qərb sahilinə açılan qapı, həm də Şəbva əyalətinin ikinci böyük ticarət bölgəsi olması baxımından strateji əhəmiyyətə malikdir. Bundan əvvəl isə əl-Qaidə yenə ölkənin cənubundakı Əbyən vilayətinin Caar və Zincibar şəhərlərini almışdı.

Yəmənin əl-Qaidəsi sayılan Ənsar üş-Şəria təşkilatı Qərb vilayətlərində də xeyli aktivdir. Ötən ilin mart ayında Hadramevt vilayətinin mərkəzi Müqəllanı alan təşkilat Yəmən ordusuna aid ABŞ istehsalı olan xeyli sayda zirehli texnikanı müsadirə etmişdi. Cənubdan başlayan hakimiyyəti ələ keçirmə dalğasının asanlıqla ölkənin qərbinə sıçraması ehtimalı var.

Qeyd edək ki, ötən il husilərin qiyamı nəticəsində ölkədən qaçmağa məcbur olan Əbdürrabu Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanı körfəz ölkələrini ətrafına toplayaraq Yəmənə qarşı hərbi əməliyyatlara başlamışdı. Ağır bombardıman altına düşən husilərin zəifləməsindən sonra əl-Qaidəçilər güclənmiş və yaranan avtoritar boşluqdan yararlanaraq ölkəyə nəzarəti ələ keçirməyə çalışmışdılar.

Əl-Qaidənin Yəməndə mövcudluğu təkcə husilərin arxasında dayanan İranı deyil, həmçinin ABŞ-ı da ciddi narahat edir.  2000-ci ilin 12 oktyabrında ABŞ-ın Yəmən sahillərini qoruyan “USS Cole” gəmisini partladan əl-Qaidə 17 matrosun ölümünə, 38-nin isə yaralanmasına səbəb olmuşdu. Kiçik bir qayıqla həyata keçirilən bu intihar hücumu nəticəsində yüzdən artıq suüstü hədəfə kilidlənən və bir milyard dollar dəyərindəki güdümlü raket gəmisi olan “USS Cole” tamamilə yararsız hala düşmüş və Yəməndən ABŞ-a qədər bir başqa gəmiylə daşınmışdır.

Bu hadisədən sonra ABŞ öz hərbi imicini beşqəpiklik edən əl-Qaidəyə xüsusi nifrətlə baxmağa başlamışdı. İndi Yəməndə husiləri əl-Qaidənin əvəz etmə ehtimalının, sözsüz ki, Vaşinqtonu da daha ciddi narahat edəcəyi gözlənilir.

Əl-Qaidənin Səudiyyə Ərəbistanına bağlı qüvvələr tərəfindən dəstəklənməsi və indiki kralın mühafizəkar qanaddan gəlməsi Vaşinqtonla rəsmi Riyad arasında gərginliklərə yol aça və İranın əlini gücləndirə bilər.

Heydər Oğuz




Yuxarı Əvvələ Ana Səhifə