XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 14:50

Erməni saytı: Rusiyanın bizə vəd etdiyi silahlar harada qaldı? – Təhlil

235294656Ermənistan maliyyə nazirinin müavini Pavel Səfəryan jurnalistlərə bildirib ki, Rusiyadan kredit almaqla bağlı problemlər var.

Söhbət xüsusən, Рrusiya silahı almaqdan ötrü 200 milyon dollar və AES-nın yenidən təchiz edilməsi üçün 300 milyon dollar həcmində kreditdən gedir. Düzdür, sonra izah etdilər ki, Ermənistan 200 milyonu müasir silahlar formasında almalıydı.

Müdafiə naziri Seyran Ohanyan Pavel Səfəryanın açıqlamasından sonra jurnalistlərin suallarını cavablandırarkən, Rusiya silahı məsələsini bir kənara qoymağı xahiş edərək bildirdi ki, hər şey Rusiya-Ermənistan müdafiə əməkdaşlığı planına uyğun şəkildə gedir.

Məmurların sözlərinə əsasən, fikir yürüdəndə hər halda problemlər var. Bu, necəsə təəccüblü görünür, çünki Ermənistanla Rusiya strateji müttəfiq sayılır və silah tədarükü məsələsi sirr haləsinə bürünməməliydi. Beynəlxalq münasibətlərdə bu cür hal görmək çətindir – xüsusən də müttəfiqlər arasında. Bu nə deməkdir?

Ermənistan-Rusiya münasibətləri və Rusiyayönlü layihələr üçüncü ölkələrlə münasibətdə və müdafiə sahəsində əməkdaşlıq qurmaqda Ermənistanın əl-qolunu bağlayır. Lakin bölgədə dönüşən prosesləri nəzərə alınsa, Ermənistan gözləyə bilməz. Xüsusən də vasitəçilərin münaqişə zonasında araşdırma mexanizmi tətbiq etmək təşəbbüsünün Bakının puça çıxatmaq cəhdləri diqqətdə saxlanmaqla Qarabağ münaqişəsi zonasında güclənmənin artması istisna olunmur. Bu, baş tutsa,  nizamlamanın fəlsəfəsi dəyişəcək və status-kvo “beynəlxalq tanınma” əldə edəcək.

Azərbacan XİN dünən eyham vurdu ki, Bakı danışıqlardan çıxa bilər. Bu isə sərhəddə qarşıdurmanın güclənməsi və fitnə siyasətinin davamına səbəb ola bilər. Azərbaycanda indiki siyasi-hərbi durum nəzərə alınsa, bu perspektiv tamamilə gerçək görünür.

Rusiya da münaqişə zonasında izləmə mexanizminin yerləşdirilməsində maraqlı deyil – bu onun mövqelərinin zəifləməsi demək olardı. Bu məsələdə Moskva və Bakının maraqları üst-üstə düşür.

Ermənistana vəd olunmuş silah məsələsinin bütün bunlara dəxli ola bilərmi?

Ermənistan bu cür şəraitdə təhlükəsizlik vəzifəsinin həll edilməsi ilə bağlı öz əl-qolunu bağlamamalıdır. Rusiya öz öhdəliyini yerinə yetirməsə, təhlükəsizlik sahəsində Ermənistanın başqa əməkdaşlıq rejimi seçməyi lazımdır.

Ermənistanın hərbi rəhbərliyi durumun bütün qəlizliyini hamıdan yaxşı təsəvvür edir və “strateji intizar” Ermənistan üçün təhlükəyə dönür.

Aykazn Qagriyan

Lragir (Ermənistan), 04.02.2016