XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 12:06

Türk mətbuatı Qərbi riyakarlıqda və terroru dəstəkləməkdə suçladı: “İslam dünyasına üz tutmalıyıq”

pkk-11Terrorçuların əlindəki silahların əksəriyyətinin ABŞ və AB ölkələrinə məxsus olduğu artıq çoxdan məlumdur.

Biz dəfələrlə eşitmişik: İraqın quzeyindəki bölgə hökumətinə göndərilən silahlar PKK-nın və “Demokratik Birlik” partiyasının (PYD) əlinə keçir. Heç kimin bütün bu açıqlama və iddiaları təkzib etmədiyini də unutmamışıq. Həmçinin məlumdur ki, PKK terror təşkilatının bəzi liderləri AB ölkələrində əyləşib, onların bu ölkələrdən aldığı pullar isə təşkilata ötürülür. Əlbəttə, Qərb ölkələrinin PKK-ya verdiyi dəstək təkcə silahla məhdudlaşmır. Unutmaq olmaz ki, ABŞ-ın “çevik zərbə qüvvəsi” adlı strukturu PKK terrorçularına təlim keçir. Uzun illər belə görünürdü ki, Rusiyanın PKK ilə əlaqəsi siyasi dəstəkdən kənara çıxmır. Lakin ABŞ və koalisiya qüvvələri Suriyanın yenidən tərtiblənməsinə girişdikdən dərhal sonra Rusiya da hərəkətə keçdi. Məgər demək mümkündür ki, Rusiyanın oyuna qoşulması və parçalanmış Suriyada öz iştirakını saxlamaqla daha da gücləndirmək istəyi ABŞ və AB ölkələrindən asılı olmadan baş verdi?

Qərb deyilməsi mümkün olan bütün ölkələrin – AB, ABŞ və Rusiya da bura daxil olmaqla – terror məsələsində qeyri-səmimi davranmasında heç bir sirr yoxdur. Onların sözləri əməlləri ilə düz gəlmir, hətta bu və ya digər strukturları, Türkiyəyə və bütün İslam dünyasına ziyan vura biləcək hadisələri gizlətməyə də ehtiyac duymurlar.

Məlumdur ki, Qərb ölkələrinin müsəlman dövlətlərinə münasibətdə hesabı bu gün meydana çıxmayıb, lap qədimlərdən gəlir. Buna baxmayaraq, tərifli Qərb dəyərlərinə qovuşmaq yanğısı səngimir – hər şeydən öncə bizim ölkədə. Qərb pərəstişkarları güman edirsə ki, biz Qərbin dəyərləndirici qınaqlarını qəbul etsək və ətrafımızda qeyri-müəyyən eyniyyətli cəmiyyət yaransa, bu zaman Qərbin bütünlükdə İslam dünyasına və Türkiyəyə qarşı şər niyyətlərinin yerini xeyirxah düşüncə və səmimiyyət tutacaq, dərindən yanılırlar. Hələ ki gec deyil, bunu anlamaq lazımdır.

Güman edirəm ki, hər dəfə imkan düşəndə Qərb ölkələrinin qeyri-səmimiliyindən gileylənmək, eyni zamanda bütün sahələrdə onlarla qarşılqılı fəaliyyətin faydasından danışmaq Qərbdən daha qeyri-ardıcıl olmaq deməkdir. Əlbəttə, söhbət bütün yerüzündə hamı ilə əlaqələri kəsmək və tənhalıqda yaşamaqdan getmir. Lakin əvvəlcə Qərb ölkələrinin terrorçu təşkilatlara istənilən dəstəyi verməyindən (yaratmaqdan təlimə qədər, silah tədarükündən siyasi və maliyyə dəstəyinədək) və hətta onları qeyri-səmimilikdə ittiham edərək sonra AB-yə girməyi cəmiyyətə əvəzsiz məqsəd kimi təqdim etmək və yaxud onun iltifatla kürəyimizə əl vurmasını necə uğur adlandırmaq olar?Düşünürəm ki, bu, ancaq bizim çaş-başlığımızı göstərir. Sanki İslam dünyasında nəsə çatışmır və nəyin bahasına olursa-olsun, ona Qərb ölkələrinin dəstəyi lazımdır.

Bu kompleksdən qurtulmadan və aydın mövqe bəlirləmədən Qərbin ikiüzlülüynə son qoymaq olarmı?

Qeyri-səmimi saydığımız ölkələrlə dinc yanaşı yaşamağı zəruri ehtiyac kimi təsəvvür ediriksə, məgər bu, bizim səmimiyətimizin aşkar təzahürü deyilmi?

Bu baxımdan, Qərbin hiyləgər mövqeyindən doğrudan da narazıyıq və onun əlindən əzab çəkiriksə, AB-yə inteqrasiya deyil, İslam dünyasının birliyi üzərində əlləşmək düzgün olardı. İslam dünyasının birləşdirilməsinin asan iş olmadığına isnadən bundan yayınmağa cəhd edib Qərbin ikiüzlülüyü və yaxud qeyri-səmimiliyindən şikayətlənməyə haqqımız çatmır.

 

Əbdülqadir Özkan

Milli Gazete (Türkiyə), 05.02.2016




Yuxarı Əvvələ Ana Səhifə