XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 14:55

 Dünyada ən çox əhaliyə malik Çin özünü ərzaqla necə təmin edir? –Təhlil

kitaytsi-e1441660657109Çin İsveçrənin Syngenta şirkətini – pestisid və geni dəyişdirilmiş ərzaqların istehsalı üzrə dünya liderlərindən birini aldığını bildirib.

Çin tərəfdən China National Chemical Corp. dövlət şirkətinin iştirak etdiyi sövdələşmə Çinin tarixində ən böyük alqı olacaq. Məbləğ 46 milyard dollardır. Eyni zamanda İsveçrə şirkətinə hər səhmə 465 dollar, bazar dəyərindən, təxminən, 20% çox təklif edilib. Pekində nəzərdə tuturlar ki, Syngenta-nın istehsalı ərzaq idxalı ilə bərabər artan əhalini yedirtmək üçün kənd təsərrüfatının səmərəliliyini yüksəldəcək.

Çin nə qədər adamı doyuzdurmalıdır?

ÇXR əhali sayına görə dünyanın ən böyük ölkəsidir. Çin əhalisi XX əsrin ortalarından bəri iki dəfədən çox artıb: 544 milyondan 1,37 milyardadək. BMT-nin dəyərləndirməsinə görə, artım davam edəcək (amillərdən biri – hər ailəyə cəmi bir övlad törətməyə izacə verən çoxdankı qadağanın götürülməsi) və2022-ci ildə 1,4 milyarda çatacaq. Lakin sonralar, gözlənildiyi kimi, Hindistan əhainin sayına görə onu ötə bilər.

Yer kürəsi əhalisinin 19%-ə yaxını Çində yaşayır.

Bununla belə, əkin torpaqlarının 10%-i (İƏİT-in dəyərləndirməsinə görə, bunun 70%-ə yaxını zəif məhsuldardır) və su ehtiyatlarının 6%-i onun payına düşür. Lakin Çin hətta bunlardan da tam şəkildə yararlana bilmir. Təsərrüfat yerlərinin önəmli hissəsi kənd təsərrüfatında istifadə edilən kimyəvi maddələr və sənaye tullantıları üzündən çirklənib. Həm də son onilliklərdə milyonlarla hektar torpaq böyüyən şəhərlərin tələbatını ödəmək üçün kənd təsərrüfatı dövriyyəsindən çıxarılıb (1997-ci ildən bəri haradasa 8, 2 milyon hektar).

Rəsmi Pekin Çin əhalisini ərzaqla təmin etməyə cəhd edir. Lakin etiraf edir ki, öz resursları yetərsizdir və idxala əl atmaq lazım gəlir. ÇXR Kənd təsərrüfatı nazirliyi 2015-ci ilin sonunda bildirdi ki, növbəti beşillik (2016-2022) çərçivəsində öz istehsalını artırmaqdansa daha çox taxıl almağa güvənəcək. Lakin hökumət buna da ümid edir ki, ölkə əhalisinin tələbatını ödəmək üçün ayrı-ayrı bitkilər – düyü və buğda – kifayət qədər yetişdiriləcək.

Daha bir çıxış yolu çatışmayan torpağı xaricdə icarəyə götürməkdir. 2014-cü ildə dərc edilmiş araşdırmaların məlumatına görə, Çin torpaq sahəsi icarəyə götürən ölkələrin içində liderlik edir. Özgə torpaqlarına çıxış həm də irriqasiya və heyvandarlıq üçün zəruri su ehtiyatlarına çıxışdır. Məsələn, bir kiloqram kartofun və ya qarğıdalının istehsalına yüz litrlərlə, qoyun və ya donuz ətinin istehsalına isə min litrlərlə su lazımdır.

Çin nə qədər istehlak edir?

Çin dünyada ən böyük taxıl istehlakçısıdır. Proqnozlara görə, bu göstərici 2016-cı ildə 360 milyon ton təşkil edəcək (ABŞ-ın ehtiyacı 348 milyon tondur). Buğda istehlakı 120 milyon tondur və bütün AB-nin göstəricisi ilə müqayisə edilə bilər. Düyü, təxminən, 150 milyon tondur – dünya göstəricisinin üçdə biri. Çin paxlalı bitkilərin də ən böyük istehlakçısıdır. 2016-cı ilə olan proqnozlara görə, bu göstərici üzrə ikinci yeri tutan ABŞ-dan, demək olar, iki dəfə çox olmaqla 95 milyon ton təşkil edir.

ÇXR ət istehlakı üzrə də ilk yerlərdən birini tutur.

Məsələn, qoyun ətinin istehlakı üzrə 2015-ci ildə yalnız Braziliyadan geri qalaraq ikinci yeri tutdu (6,7 milyon tona yaxın). Donuz əti üzrə birinci yer (AB-nin bütün ölkələrindən iki dəfə çox olmaqla 57 milyon ton). Toyuq əti üzrə birinci yer (12 milyon tona yaxın).

Eyni zamanda, Çin ərzaq bazarının bəzi sektorlarında (məsələn, toyuq əti istehsalında) və digər sahələrdə (məsələn, paxlalı bitkilər istehsalında: gözlənildiyi kimi, 2016-cı ildə onun alışı 6% artıb dünya dövriyəsinin 60%-ini təşkil etməklə 77,5 milyon ton olacaq) iri istehsalçıdır. ÇXR-in idxal strukturunda əsas pay paxlalı bitkilərə – 40%-ə yaxın – və yağlı bitkilərin tumuna, yağa (12%), taxıla, ətə və süd məhsullarına, həmçinin meyvə-tərəvəzə düşür.

Çinə əsas ərzaq tədarükçüsü ABŞ-dır. Çinin aldığı yeyinti ərzağında Birləşmiş Ştatların payı 2012-2013-cü illərdə 24 % təşkil edib. Bu, pulla ifadədə 26 milyard dollara yaxındır. 40%-dək taxıl və 25% ətin tədarükü ABŞ-ın payına düşür. Digər iri tədarükçülər içində Braziliya, Avstraliya, Kanada, Yeni Zelandiya və Argentina var.

Çinlilər nə ilə qidalanmağa üstünlük verirlər?

Çinlilərin orta gəliri son onilliklərdə xeyli artıb: 1990-cı ildən 2010-cu ilədək haradasa iki dəfə. Bu, hər şeydən öncə şəhər əhalisinə aiddir: 1995-2013-cü illərdə əhalinin xalis gəlirləri orta hesabla bir neçə dəfə artıb – 4.2 min yuandan 29, 5 min yuanadək. Lakin 2013-cü ilin məlumatına görə, bu göstərici kənd yerində üç dəfə aşağı olub.

Çinlilərin gəlirinin atması onların qida rasionuna da təsir edib. Məsələn, ət istehlakı 1990-2010-cu illərdə iki dəfə artıb. ÇXR sakinləri həmçinin daha çox yumurta, süd və dəniz nəhsulları yeməyə başlayıblar. Başqa, daha bahalı məhsullara da tələbat artıb. Məsələn, şəraba. 2008-2013-cü illərdə onun idxalı dörd dəfə artıb – 1,5 milyard dollaradək (tədarükün təxminən yarısı Fransanın payına düşür). Pendir, peçenye kimi malların və digər konditeriya məmulatlarının, çay, kofe və dondurmanın tədarükü üç dəfədən çox artıb.

Eyni zamanda çinlilər gedikcə daha çox yarımfabrikatlar və çips, snek və bu kimi fastfudlar yeyirlər. 2008-ci ldə Çində bu cür yeməklərin istehlakı, təqribən, üçdə iki dəfə artıb. 2015-ci ilin əvvəlində dərc edilmiş proqnozlara görə, Çin artıq 2016ıcı ilin əvvəlinə doğru bu göstərici üzrə 107 milyon tona çataraq ABŞ-ı tamamilə arxada qoya bilər.

Mixail Tişenko

Slon Magazine (Rusiya), 08.02.2016

Tərcümə Strateq.az-ındır