Moskvada MDB ölkə vətəndaşlarına məxsus ticarət pavilyonlarının sökülməsinə başlanılıb.
Strateq.az RBK-ya istinadən bildirir ki, gecə başlanan söküntü Moskva metrosununun bir neçə stansiyasında eyni vaxtda həyata keçirilib. Moskva höküməti bu pavilyonları “özbaşına tikili” elan edib.
104 obyektin sökülməsi qərara alınıb: siyahıda müxtəlif ölçülü ticarət obyektləri var. Bu dükan və pavilyonlar müxtəlif metro stansiyaları ətrafında yerləşir.
Obyektləri sökülən ticarətçilər buna etriaz etməyə cəhd ediblər. Onlar söküntü ilə bağlı müvafiq sənəd tələb etsələr də, polis onları qovub, “Albatros” və “Şelkovskiy” ticarət pavilyonlarındakı etiraz edən ticarətçiləri dağıdıb.
Hazırda polisin nəzarəti ilə söküntü davam edir.
Mülkiyyət üzrə Dövlət Müfəttişiyinin rəisi Timur Zeldıç bildirib ki, fevralın 8-də obyekt sahiblərinə verilmiş vaxt bitib. Bu müddət ərzində onlar könüllü olaraq obyektən çıxmalı idilər.
Sökülən bu ticarət pavilyonlarında azərbaycanlılara məxsus müxtəlif obyektləri də var.