XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 17:24

Ukrayna mətbuatı: –TəhlilRusiya Türkiyə ilə böyük müharibəyə hazırlaşır

qiriciSuriyanın Hələb şəhəri yaxınlığında döyüşlər ciddi şəkildə kəskinləşib, nəticədə Cenevrədə Suriya münaqişəsi üzrə təzəcə strat götürmüş sülh danışıqları dayandırılıb.

Bəşər Əsədin qoşunları Rusiya hərbi qüvvələrinin dəstəyi ilə Türkiyə sərhədi istiqamətində uğurlu hücuma başlayıb. Hökumət qüvvələrinin Hələbi götürməsi haqda hələlik söhbət getmir. Şəhəri götürmək üçün onu yerlə yeksan etmək lazımdır. Orada Hələbi yerli “Stalinqrad”a çevirməklə uzun aylar, bəlkə də, bir neçə il davam edəcək mühasirə ola bilər. Şəhərdə bir neçə yüz min sakin və xeyli üsyançı qüvvələr qalıb. Sonuncular elə-belə çıxıb getməyəcəklər: bir çox istiqamətlərdən mühasirəyə alınıblar. Açıq yerlərə çıxsalar, onları, sadəcə, qıracaqlar. Əlbəttə, üsyançıların Hələbdən qaça bilməyinin nəzəri ehtimalı qalır, lakin böyük deyil. Onlar artıq bildiriblər ki, şəhəri tərk etməyə hazırlaşmırlar.

Əsədyönlü qüvvələrin yaxşı piyadaları xeyli az olduğundan bu, qanlı və uzunmüddətli mühasirə olacaq:ikinci Qroznı, ya da nəsə daha ciddi bir məsələ. Total humanitar fəlakətə yol verməmək üçün xarici güclər araya girəcək.

Ehtimal var ki, Qərb gücləri və yaxud Türkiyə üsyançıları mühasirədən çıxartmağa və yaxud ora dəhliz açmağa cəhd edəcək. Bu isə öz növbəsində daha ciddi münaqişənin, o cümlədən ümumavropa müharibəsinin qızışması təhlükəsi doğurur. Artıq buna hazırlıq gedir. Rusiya dünəndən etibarən Türkiyə ilə böyük müharibə üçün güc və vəsait tərtibinə başlayıb. Xəzərdə və Qara dənizdə hərbi təlimlər keçirilir, RF Güney hərbi dairəsinin qoşunları Vladimir Putinin qərarı ilə qəfil yoxlama çərçivəsində tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ukrayna Baş Qərargahı düzgün inandırır ki, Rusiya hərbçilərinin bu cür fəallığı Ukraynaya qarşı tuşlanmayıb. Xəzər donanmasının Ukraynaya birbaşa dəxli yoxdur və Xəzər sularından Ukraynaya qanadlı raketlərlə zərbə endirməyin mənası yoxdur. Xüsusən də ona görə ki, hazırda Ukraynada hökumət böhranı dönüşür, buna görə də, yəqin ki, Moskvada gözləməyi qət ediblər; birdən özü dağılar.

Rusiya hərbçiləri Suriyanın quzeyində, sonra isə ola bilsin, güneyində qələbə gözləyirlər ki, bununla da Əsədyönlü qüvvələrin Türkiyə sərhədinə çıxışı təmin olunacaq. Türkiyənin buna necə reaksiya verəcəyini heç kim bilmir. Rusiya bundan çıxış edib türklərlə birbaşa irimiqyaslı silahlı münaqişə halı üçün qüvvələrini hərəkətləndirib.

Suriyadaxili sülh danışıqlarının hələlik mənası yoxdur. Qərblə Moskva, bəlkə də, Ankara arasında danışıqlar olmalıdır. Böyük müharibədən yayınmaq üçün basqı lazımdır, durumdan dinc çıxış yolu axtarmaq lazımdır. Mühasirəyə alınmış Hələbin əzablarını seyr edib, sadəcə oturub gözləmək olmaz. Bu, son nəticədə toqquşmaya səbəb ola bilər. Həm də çox pis toqquşmaya – münaqişənin güclənmə təhlükəsi çox böyükdür.

Rusiyanın hansı şərtlərlə münaqişənin dinc şəkildə həllinə gedəcəyinə hazır olması yalnız danışıqların gedişində aydın olacaq.

Pavel Felgenhauer

Новое время страны (Ukrayna), 10.02.2016