XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2016 - 10:56

İsveçrə nəşri: Əsəd müharibədə dönüşə necə nail oldu? – Təhlil

esedSuriya hökumətinin ordusu son günlərdə mühüm irəliləyişə nail oldu. O, Rusiya aviasiyasının dəstəyi ilə Hələbdən Türkiyə sərhədinə aparan strateji yolun bir hissəsini ələ keçirtdi. Bu addım ölkənin quzey-qərbində radikalların nəzarətində olan əsas təchizat kanalını bağlamağa imkan verdi.

Qələbə uzun hücumlar silsiləsinin nəticəsi oldu. Dəməşq ordusu (Rusiya, İran və Livan güclərinin köməyi ilə) həmçinin güneyə sarı irəliləyir və ehtimal ki, bölgəni Türkiyə ilə bağlayan sonuncu kanalı kəsə bilər. Belə qələbə ölkənin ikinci böyük şəhəri və hələ də qismən üsyançıların əlində olan Hələbi mühasirəyə almaq imkanı yaradardı. Buna paralel şəkildə quzeydə kürdlərin Demokratik Birlik partiyasının gücləri islamçıları günbəgün geri çəkilməyə məcbur edir. Lakin hələ yarım il əvvəl Əsədin düşərgəsi sanki iflas həddində görünürdüsə, bu gün bu cür uğurun təminatı nə oldu?

Cenevrəli ekspert Aleksandr Votraver qeyd edir ki, əsas səbəb Rusiya, İran, İraq və Livan “Hizbullah”ının beynəlxalq koalisiyasının qəti dəstəyi oldu. Ümumi maraqların birləşdirdiyi bu koalisiyanın fəaliyyəti Bağdadda yerləşmiş ümumi qərargahdan effektli şəkildə sinxronlaşdırılır^

“İranlılar rusiyalılara aviazərbələr endirməyə imkan verən kəşfiyyat məlumatları təqdim edirlər”.

Dəməşqin indiki uğuru strategiyasındakı dönüşü göstərir. Aleksandr Votraver izah edir:

“Son illərdə Suriyanın hərbi doktrinası ərazilərin sahələrə bölünməsi və düşmənin irəliləməsini önləmək üçün müdafiənin təşkilinə əsaslanırdı. İndi isə hücuma, rəqibin mühasirəyə alınmasına və güclü atəş dəstəyi ilə hücuma istiqamətlənib”.

Əlçatan  ehtiyatların əsaslı şəkildə artmağı doktrinanın dəyişilməsinə səbəb oldu. Son bir neçə ayda hərbçilərin sayı praktik olaraq iki dəfə artıb ki (100 000-dən 200 000-ədək), bu da xarici kömək, həmçinin fəal  daxili yığımla bağlıdır. Sonra, əvvəllər ancaq elitar bölməsi (4-cü zirehli tank diviziyası) olan ikinci və hətta üçüncü növ Suriya ordusu rejimin sadiq tərəfdarlarının komandanlığı altında bir neçə effektli briqada formalaşdırdı.

Rusiya isə ölkə ərazisində təsirli, güclü atəşi genişləndirdi. Aleksandr Votraver qeyd edir:

“Rusiya iki nöqtəsal əməliyyatın gedişatında strateji aviasiyanın 30%-i, yəni yüksəkeffektli silah tətbiq etməklə mürəkkəb vəzifələri yerinə yetirə bilən 27-33 bombardmançını işə saldı. Bunu xüsusi təyinatlıların dəstəyi ilə bir cüt B52 təyyarəsi göndərmiş ABŞ-ın fəaliyyəti ilə hətta müqayisə də etmək olmaz”.

Bundan başqa, Rusiya hərbi doktrinası idealist təsəvvürlərlə öz əl-qolunu bağlamır. “Şəhər zonalarının bombardman edilməsinin çətinlikləri iki məktəbin yaranmasına səbəb oldu. – İsveçrəli ekspert qeyd edir. – Birinci Qərb ordularında qəbul edilib və itkilərin azaldılması üçün hərbçilərlə mülkilər arasında həddin müəyyən edilməsini nəzərdə tutur. ABŞ 2000-ci illərdə İraqın əl-Fəllucə şəhərinə zərbə endirərkən həmişə buna əməl edirdi və xüsusi uğura nail olmadı: bir neçə dəfə hər şeyi təzədən başlamalı oldu və ərazidə etibarlı şəkildə möhkəmlənə bilmədi. Rusiyaın üstünlük verdiyi ikinci üsul atəş gücünə və keçən əsrin sonunda Qroznıda olduğu kimi şəhərin məhəllə-məhəllə darmadağın edilməsi yoluyla ələ keçirilməsinə bel bağlayır. Həm də etiraf etmək lazımdır ki, bu, işə yaradı”.

Rusiya bombardmanı Suriyada da effektli çıxdı. Aleksandr Votraver əmindir:

“Hələbdən çlxan yolların bağlanması Suriyanın faydalı əsas bölgəsini ələ keçirtməyə müvəffəq olmuş üsyançıların oksigenini kəsəcək. Bu, Dəməşq üçün, sadəcə, böyük uğur deyil. Bu – şah və matdır”.

Etyen Dyubui

Le Temps (İsveçrə), 10.02.2016